Mamuka Baxtadze: Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığına görə fəxr edir
31.08.2018 [09:23]
Azərbaycan Respublikasının Milli Məclisinin sədri Oqtay Əsədov avqustun 30-da ölkəmizə səfərə gələn Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Mamuka Baxtadzenin Gürcüstanın Baş naziri kimi ölkəmizə ilk səfərinin dövlətlərimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Azərbaycan-Gürcüstan münasibətlərinin çox qədim tarixi olduğunu deyən Milli Məclisin sədri bildirib ki, bu dostluq və qardaşlıq əlaqələri əsrlərdən bəridir davam edir. Hər iki dövlət ən çətin zamanlarda bir-birinə dəstək olub.
Oqtay Əsədov qeyd edib ki, XX əsrin sonlarında müstəqilliyini bərpa edən ölkələrimiz əlaqələrini yeni müstəviyə qaldırıb. Bu münasibətlərin inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatması çox sevindirici haldır. Siyasi əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən Milli Məclisin sədri bildirib ki, bu münasibətlərin inkişafında dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin böyük rolu var.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, bugünədək ölkələrimiz arasında 108-dən çox ikitərəfli dövlət və hökumət sənədləri imzalanıb. Bu da Azərbaycan ilə Gürcüstan arasında siyasi dialoqun çox yüksək səviyyədə olduğunun göstəricisidir. Dövlətlərimizin ticarət əlaqələrindən söz açan Oqtay Əsədov 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin 545 milyon dollardan çox olduğunu deyib. 2018-ci ilin yeddi ayı ərzində isə bu göstərici 392 milyon dollardan çoxdur.
Oqtay Əsədov qeyd edib ki, Azərbaycan və Gürcüstanın Avropanın enerji təhlükəsizliyində çox böyük rolu var. Hər iki ölkə regional layihələrin iştirakçısıdır. Milli Məclisin sədri hər iki dövlətin birgə iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzrum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu və digər regional enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən danışıb. O, həmçinin SOCAR-ın Gürcüstandakı fəaliyyətinə də toxunub. Milli Məclisin sədri minə yaxın Azərbaycan şirkətinin Gürcüstanda, 300-ə yaxın Gürcüstan şirkətinin isə ölkəmizdə çalışdığını deyib.
Parlamentlərarası əlaqələrin məmnunluq doğurduğunu söyləyən Milli Məclisin sədri dostluq qruplarının fəaliyyətini təqdirəlayiq hesab edib. O, eyni zamanda, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsini yüksək qiymətləndirib.
Baş nazir Mamuka Baxtadze bildirib ki, Gürcüstan Azərbaycanla strateji tərəfdaşlığına görə fəxr edir. Qonaq qeyd edib ki, bizim əcdadlarımız bu əlaqələrin təməlini qoyub və bu dostluq əsrlər boyudur davam edir. Azərbaycan və Gürcüstan birlikdə tarixi əhəmiyyət daşıyan layihələri icra edib. Baş nazir deyib ki, iqtisadi potensialdan daha səmərəli istifadə üçün qarşıya müəyyən məqsədlər qoyulub.
Gürcüstanın parlamentlərarası əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini söyləyən Mamuka Baxtadze bu münasibətlərin vacibliyini qeyd edib. Azərbaycan-Gürcüstan əməkdaşlığının əhəmiyyətinə toxunan Baş nazir ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin daha da artırılmasının vacibliyini xüsusi vurğulayıb. “Biz Gürcüstanda olan azad ticarət rejimindən istifadə edərək birgə müəssisələr, şirkətlər yarada bilərik”, - deyə Mamuka Baxtadze söyləyib.
Xəbər lenti
Hamısına baxSiyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33

