Azərbaycan bayrağı Türkiyədə təhqir olundu
16.10.2009 [09:45]
Hər bir ölkənin tarixi və dövlətçilik ənənələri adətən onun rəmzlərində və atributlarında öz əksini tapır. Azərbaycan Respublikasının bayrağı, gerbi, himni və digər atributları Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Xalqımızın maddi, mənəvi və bədii mədəniyyətinin zənginliyini, rəngarəngliyini ifadə edən rəmzlər və atributlar sistemi həmişə mövcud olub.
Bu gün Azərbaycanın dövlət rəmzi sayılan üçrəngli bayrağımız Şərqin ilk demokratik Respublikasından bizlərə qalan əmanətlərdəndir. Hər zaman qeyd olunduğu kimi, böyük türk dünyası Şərqin ilk demokratik Respublikasına malik olduğu üçün qürur duyur. üçrəngli dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilib. Sovet hakimiyyətinin işğalından sonra üçrəngli bayrağımız digər müstəqillik rəmzləri kimi qadağan olundu.
üçrəngli bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Azərbaycan səmasına ucaldı. Həmin dövrdə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Demokratik Cümhuriyyətin bizə əmanət qoyub getdiyi müqəddəs üçrəngli bayrağımızı yenidən ucaltdı. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti əsasında üçrəngli bayrağımızın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi.
Bu qısa tarixi ekskursiyanın səbəbi dövlət bayrağımız haqda məlumatı bir daha xatırlatmaqdır. Təbii ki, bu xatırlatmanın xüsusi ünvanı var. Əsrlərin, minilliklərin bir-birinə bağladığı qan qardaşlığı al-qırmızı bayraqlarımızda şəhidlərimizin qanı ilə təcəssüm tapıb. Azərbaycan-Türkiyə qardaşlığı hər zaman qan bahasına da olsa, bir-birinə dayaq olmağın, ölüm bahasına olsa da, bir-birinin xilasına can atmağın nümunəsi sayılıb. Bunun nəticəsi idi ki, Nuru Paşa qardaşlarının erməni xəyanətindən xilası üçün Bakıya tələsdi. Bunun nəticəsi idi ki, çanaqqala döyüşündə şəhid olan azərbaycanlıların məzarı qəhrəman şəhərin and yerinə çevrildi.
Azərbaycan xalqı hər zaman siyasi prosesləri açıq fikirlə dəyərləndirməyi bacarıb. Məhz bu açıq fikirlilik Ermənistan ilə Türkiyə arasında bağlanan razılaşmalara, imzalanan protokollara “bir dövlətin suveren hüququ” kimi qiymət verdi. Umduğumuz yerdən küsməli idik. Türkiyə hökumətinin atdığı addımları səbrlə izlədik və xalq olaraq, cəmiyyət olaraq Türkiyədən incikliyimizi bir kənara qoyub oktyabrın 14-də Bakının Tofiq Bəhramov adına stadionunda Azərbaycanın üçrəngli bayrağı ilə yanaşı Türkiyənin al-qırmızı bayrağını asdıq. Gənclərimiz bir əlində Azərbaycan, digərində Türkiyə bayrağı tutaraq düşmənlərimizin sevincini üzündə dondurdu. Hamı gözləyirdi ki, Türkiyə hökumətinin Ermənistan prezidentini sanki itkin qardaşı gəlib kimi qarşılaması Azərbaycanda böyük etirazla müşayiət olunacaq. Amma biz buna da səbr etdik və yenə də qardaş bayrağını ən yüksəklərə ucaltdıq...
... Təəssüf hissinə cəmisi iki saat sonra qapıldıq. Bu təəssüf hissi özündə “niyə Türkiyə bayrağını yüksəklərə qaldırdıq” mənasını daşımırdı. Bu təəssüf ulu türkün torpağında, qədim Bursada Azərbaycan bayrağına qarşı edilən təhqiramiz hərəkətdən doğdu...
Hələ oyundan öncə Bursa valisi tərəfindən stadiona Azərbaycan bayraqlarının gətirilməsinə qadağa qoyulduğu xəbəri yayıldı. Amma Türk xalqı yenə də ayaqda idi və stadiona üçrəngli bayraqların gətiriləcəyində israr edirdi. Heç bir hakimiyyət xalqın iradəsinə qarşı gələ bilməz. Türkiyə hakimiyyəti də böyük Türk xalqının iradəsi qarşısında baş əyməli oldu və öz qərarını geri çevirdi. Səbəb aydın idi. Hakimiyyətlər gəldi-gedərdi, amma Azərbaycan-Türkiyə qardaşlığı əbədidir. Amma Türkiyə hökuməti öz məqsədini birbaşa deyil, FİFA-nın vasitəsilə həyata keçirdi. Türkiyədəki mənbələrdən verilən məlumata görə, Azərbaycan bayraqlarının Türkiyə-Ermənistan futbol matçının keçirildiyi Bursa Atatürk stadionuna buraxılmaması haqda göstəriş AKP hakimiyyətinin yüksək vəzifəli şəxsi tərəfindən verilib. Bursa valisi Şahabettin Harput yaxın ətrafına bildirib ki, rəsmi Ankara stadionda Azərbaycan bayrağının vəziyyəti gərginləşdirəcəyi qənaətində olub və buna görə də, “Azəri bayrağının keçirilməsinin qarşısı alınmalıdır” şəklində qərar qəbul edib. Lakin məlum qərar ictimaiyyətin narazılığına səbəb olduğuna görə, məsələnin daha incə yolla, FİFA vasitəsilə həll edilməsi qərara alınıb. Maraqlıdır ki, FİFA-nın məlum qərarı mətbuata şəxsən Abdulla Gülə və Rəcəb Tayyib Ərdoğana yaxınlığı ilə seçilən “Milliyyət” qəzetinin yazarı Taha Akyol tərəfindən çıxarılıb. Etibarlı mənbə bildirir ki, Türkiyə mətbuatında göstərildiyi kimi, FİFA-nın baş katibi Jerom Valkenin Türkiyə Futbol Federasiyasının prezidenti Mahmud özgənərə zəng etməsi və Azərbaycan bayraqlarının keçirilməsinə qadağa qoyulduğu barədə xəbərdarlığı həqiqəti əks etdirmir. Bayraqların stadiona keçirilməsinə yol verilməməsi barədə guya Ermənistanın FİFA-ya müraciət etməsi, AKP-ni ictimai qınaqdan yayındırmaq məqsədi daşıyan dezinformasiyadır. Ekspertlər FİFA-nın belə bir qərar verməyə hüququnun olmadığını bildirirlər.
Futbol matçı ərəfəsində Bursada ciddi təhlükəsizlik tədbirləri həyata keçirilib. Məlumata görə, Atatürk stadionu ətrafında 2500 nəfər polis daxil olmaqla 3500 nəfərlik mühafizə kordonu yaradılıb. Azarkeşlər stadiona 3 mərhələli yoxlamadan sonra buraxılıblar. Türkiyə mətbuatının məlumatına görə, mühafizə xidmətinə qanunla qadağan olunmuş vasitələrlə yanaşı, Azərbaycan bayrağının keçirilməsinə imkan verməmək göstərişi verilib. Bir sıra hallarda azarkeşlərin əlindən Azərbaycan bayrağı alınan zaman onun cırılması, ayaqlar altına düşməsi faktları da müşahidə olunub. Azərbaycan bayrağı Türkiyə hakimiyyətinin göstərişi ilə təhqir olunub.
Qanunla qadağan olunmuş vasitələr kimi, Azərbaycan bayrağının qadağan edilməsi, milli rəmzimizin təhqir olunması AKP hakimiyyətinin Azərbaycana əsl münasibətinin göstəricisidir. Türkiyə millisinin, futbol klublarının müxtəlif çempionatlarda qələbələri zamanı Bakının, Azərbaycanın hər yerində Türkiyə bayraqları dalğalanıb, insanlar gecə yarıya kimi qələbələri qeyd ediblər, Bakının əksər küçələrində Türkiyə bayrağı Azərbaycan bayrağı ilə yanaşı dalğalanır. AKP hakimiyyəti isə ermənilərə xoş gəlmək üçün müxtəlif bəhanələrdən istifadə edərək nəinki bayrağımıza qadağa tətbiq etdi, hətta onun təhqir olunmasına şərait yaratdı. Bir vaxt Qrant Dink qətlə yetirildiyi zaman milyonlarla türkün küçələrdə ermənipərəst sloqanlar səsləndirməsinə şərait yaradan AKP hakimiyyəti bu gün Azərbaycan bayrağını təhqir edir. Bu təhqir isə tək Azərbaycana edilmədi. AKP hakimiyyəti bu addımı ilə həm də bütün Türk dünyasını təhqir etdi...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

