/ / “Big Data” mühitində milli intellektual potensialın qiymətləndirilməsi istiqamətində tədqiqatlar aparılır
“Big Data” mühitində milli intellektual potensialın qiymətləndirilməsi istiqamətində tədqiqatlar aparılır
11.12.2024 [22:56]
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda informasiya texnologiyalarının formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində tədqiqatlar davam etdirilir.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
“Big Data” analitikası və “Data Mining” problemləri üzrə “Big Data” mühitində milli intellektual potensialın qiymətləndirilməsi üçün metod və alqoritmlərinin işlənməsi” mövzusu üzrə qeyd olunan mühitdə ölkənin intellektual potensialının formalaşdırılmasının konseptual əsasları tədqiq olunub. İl ərzində aparılan tədqiqatların nəticələri nüfuzlu beynəlxalq jurnallarda çap olunub.
Bunu institutun Elmi şurasının iclasında dosent Məkrufə Hacırəhimova rəhbərlik etdiyi şöbənin illik hesabatını təqdim edərkən söyləyib. O diqqətə çatdırıb ki, il ərzində şöbədə həmçinin “E-dövlət platformasında Azərbaycanda intellektual potensialın əmək observatoriyasının formalaşdırılması problemlərinin araşdırılması” mövzusu üzrə “Big Data” mühitində intellektual potensialın qiymətləndirilməsində elmi araşdırmaların mövcud vəziyyəti analiz edilib, məqalə hazırlanıb.
Sonra şöbə müdiri rəqəmsal platformada milli intellektual potensialın qiymətləndirilməsi metodunun işlənməsi mövzusu üzrə aparılan araşdırmaların nəticələrindən bəhs edib, intellektual potensialın müxtəlif meyarlar üzrə qiymətləndirilməsi metodunun işləndiyini nəzərə çatdırıb. Həmçinin qeyd edib ki, rəqəmsal transformasiyalar şəraitində intellektual insan resurslarının miqrasiya problemləri üzrə zaman sıraları modelləşdirmə metodu əsasında ölkə üzrə intellektual insan resurslarının miqrasiya dinamikasının tədqiqi və proqnozlaşdırılması üçün modeli işlənilib.
M.Hacırəhimova Azərbaycan Respublikasında elmi-kadrlar analitik-informasiya sisteminin yaradılması və digər sistemlərlə inteqrasiyası, sistemin intellektuallaşdırılması üçün metodların işlənməsi, informasiya cəmiyyəti şəraitində intellektual insan resurslarının strateji idarə olunması üçün metod və alqoritmlərin işlənməsi və digər mövzularda aparılan tədqiqatların icra vəziyyəti ilə bağlı məlumatları da diqqətə çatdırıb.
Məruzəçi hesabat dövründə yüksək beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına, eyni zamanda, Ali Attestasiya Komissiyasının siyahısına daxil olan jurnallarda dərc olunan məqalələr, şöbə əməkdaşlarının iştirak etdiyi respublika və beynəlxalq səviyyəli konfranslar haqqında məlumat verib.
O, həmçinin rəhbərlik etdiyi şöbənin elmi-innovasiya, elmi-pedaqoji, elmi-təşkilati fəaliyyəti, elmmetrik göstəricilərindən bəhs edib.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev hesabatla bağlı fikirlərini bölüşərək intellektual insan resurslarının miqrasiya problemləri, eyni zamanda, intellektual potensial üçün əmək observatoriyasının konseptual və arxitektur-texnoloji əsaslarının işlənməsi məsələlərinin ölkə əhəmiyyətli tədqiqat işlərindən olduğunu qeyd edib. Alim müvafiq istiqamətdə araşdırmaların dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb, şöbənin fəaliyyətinin gücləndirilməsinə dair təklif və tövsiyələrini səsləndirib.
Xəbər lenti
Hamısına baxSosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10

