“Üç bacı”dan ən kiçiyi...
12.02.2026 [08:57]
Bahar müjdəli kiçik çillə
Qış fəsli yalnız soyuq, şaxta demək deyil. Bu aylar xalq yaddaşında zamanın sınağı, təbiətlə insanın səbir yarışıdır. Həmin sınağın ən maraqlı mərhələlərindən biri də kiçik çillədir. Böyük çillənin sərt və amansız günlərindən sonra gələn kiçik çillə, sanki, qışın öz gücünü bir daha sınamaq istədiyi, amma artıq yorulduğu bir dövrdür. Bu çillə nə qədər soyuq olsa da, içində gizli bir nəzarət, bahar nəfəsi duyulur.
Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: Böyük çillə 40 gün, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruz bayramınadək qalan 30 gün boz ay adlanır. Bu təqvimlə dekabrın 21-dən yanvarın 31-dək böyük çillə, yanvarın 31-dən fevralın 21-dək kiçik çillə, fevralın 21-dən martın 21-dək Boz ay davam edir.
Bəzi bölgələrimizdə Böyük çillədən kiçik çilləyə keçəndə müəyyən mərasimlər təşkil olunur. Kiçik çillənin birinci ongünlüyündə Xıdır Nəbi bayramı keçirilir, qovurğa qovrulur, hədik və digər yeməklər bişirilir. “Çillə” sözü - ağrı, acı, çətinlik, məşəqqət, sıxıntı mənasını ifadə edir. Çillədən çıxmaq ağrıdan, acıdan çıxmaq deməkdir. Kiçik çillə böyük çillədən fərqli olaraq çətin dönəm kimi anlaşılır. Xalq arasında belə bir deyim var: “Böyük çillə yerə sancar, kiçik çillə sümüyə işləyər”. Bu ifadə təkcə havanın soyuqluğunu yox, həm də həyatın çətinliklərini, dözümlülüyü simvolizə edir.
Xalq inanclarına görə, kiçik çillə böyük çillədən fərqli olaraq, daha hiyləgərdir. Bir gün Günəş üzünü göstərər, ertəsi gün şaxta yenidən hökmünü sürər. El arasında “kiçik çillə aldatdı” deyimi də məhz bu dəyişkən xarakterdən yaranıb. Təbiətin bu qeyri-sabit davranışı kənd təsərrüfatı ilə məşğul olan insanlar üçün həmişə diqqət mərkəzində olub. Çünki kiçik çillənin hər günü torpaqla bağlı qərarların, səbrin və müşahidənin sınağı sayılıb.
“Çillə çıxmamış bahara bel bağlama” deyimi bu gün də aktuallığını qoruyur. Bu, xalqın təbiətlə apardığı uzunmüddətli müşahidələrin nəticəsi olan bir həyat dərsidir.
Qeyd etdiyimiz kimi, kiçik çillə dövrü xalqın məişətində, adət-ənənələrində də öz əksini tapıb. Keçmişdə bu günlərdə insanlar daha çox ev işləri ilə məşğul olar, ailə süfrələri ətrafında toplaşar, nağıl və dastanlara qulaq asardılar. Qış gecələri sözün, yaddaşın və birliyin qorunduğu zaman idi. Bu baxımdan, kiçik çillə həm də milli-mənəvi dəyərlərin ötürüldüyü mühüm bir mərhələ sayılır.
Bu gün müasir həyat tərzi, texnologiyanın inkişafı, şəhər həyatının sürəti bizi təbiət ritmlərindən bir qədər uzaq salsa da, kiçik çillə anlayışı hələ də xalq düşüncəsində yaşayır. Çünki bu anlayış sadəcə hava hadisəsi deyil, həyat fəlsəfəsidir. Səbir etməyi, gözləməyi, zamanın hökmünə hörmətlə yanaşmağı öyrədir.
Kiçik çillə bizə xatırladır ki, qış nə qədər sərt olsa da, bahar mütləq gəlir. Əsas olan bu keçid dövrünü anlayışla, səbirlə və ümidlə qarşılamaqdır. Təbiətin bu sükutlu, soyuq, amma mənalı günləri insanı özü ilə baş-başa qoyur, onu düşünməyə vadar edir. Kiçik çillə - qışın son sınağı, baharın isə ilk vədi kimi yaddaşımıza həkk olunur. Və bu vəd xalqımızın minillik yaddaşında hələ uzun illər yaşayacaq.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50

