/ / BMT-nin Azərbaycanda fəaliyyət göstərən strukturları ilə Daxili İşlər Nazirliyi arasında sıx əlaqələr mövcuddur
BMT-nin Azərbaycanda fəaliyyət göstərən strukturları ilə Daxili İşlər Nazirliyi arasında sıx əlaqələr mövcuddur
27.10.2018 [10:42]
Oktyabrın 26-da Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatı baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyevlə görüşüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir son illər respublikamızın çoxsaylı beynəlxalq ictimai-siyasi, mədəni və idman tədbirlərinə ev sahibliyi etməsindən, A.Zuyevin belə mötəbər toplantılardan olan VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirakından məmnunluğunu ifadə edib.
Respublikamızın 26 ildir Birləşmiş Millətlər Təşkilatının üzvü olduğunu diqqətə çatdıran Ramil Usubov dünyanın bu ən mötəbər beynəlxalq təşkilatının ölkəmizdə fəaliyyət göstərən strukturları ilə Daxili İşlər Nazirliyi arasında sıx əlaqələrin mövcudluğunu xatırladıb. O, ikitərəfli münasibətlərin daha da genişləndirilərək çoxşaxəli əməkdaşlığa çevrilməsi və Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq aləmdə öz layiqli yerini tutması üçün çox fəal iş aparıldığını, qlobal sülh və təhlükəsizliyin qorunmasına məsul olan bu qurumun daha səmərəli fəaliyyət göstərməsinə respublikamızın öz töhfəsini verdiyini vurğulayıb.
Sonra DİN-in əsas hüquq və vəzifələri, mövcud kriminogen durum, müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində torpaqlarımızın işğalı, Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində qazanılan uğurlar barədə qonağa məlumat verilib.
Görüşdə Azərbaycanın BMT-nin terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə, qanunsuz miqrasiyaya və insan alverinə qarşı mübarizə üzrə müvafiq Konvensiya və protokollarının iştirakçısı olaraq, bu təşkilatın bir çox xüsusi qurum və orqanları ilə səmərəli əməkdaşlıq mübasibətlərinin davam etdiyi məmnunluqla vurğulanıb. Qeyd olunub ki, təkcə son 5 ildə respublikada və ayrı-ayrı xarici dövlətlərdə BMT-nin təşəbbüsü ilə keçirilən müxtəlif tədbirlərdə daxili işlər orqanlarının 500-dən çox əməkdaşı fəal iştirak edib.
Şəxsi heyətin peşəkarlığının daha da artırılmasından danışan Ramil Usubov Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin ali diqqəti və qayğısı sayəsində daxili işlər orqanlarının maddi-texniki təminatının möhkəmləndirildiyini, nəticədə müasir informasiya-kommunikasiya texnologiyalarının, elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin əməliyyat xidməti fəaliyyətində tətbiqinin daha da genişləndiyini bildirib. Hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi, hüquq qaydasına riayət edilməsinə videonəzarətin həyata keçirilməsi məqsədilə nazirlikdə “Təhlükəsiz şəhər” avtomatik idarəetmə sisteminin, “102 - Zəng Mərkəzi” sisteminin yaradıldığı qeyd edilib.
Qonağa məlumat verilib ki, şəxsi heyət tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər nazirliyin daim diqqət mərkəzindədir. Belə müraciətlər operativ və obyektiv şəkildə araşdırılır, nəticələri məruzə olunur və müvafiq tədbirlər görülür.
Qəbula və ətraflı məlumata görə təşəkkür edən Aleksandr Zuyev Azərbaycanda qısa müddətdə böyük quruculuq işlərinin getdiyinin, iqtisadiyyatın durmadan inkişaf etdiyinin şahidi olduğunu, bu tərəqqinin, sosial rifahın əsasında ölkəmizdə sabitliyin, əmin-amanlığın yaradılmasının dayandığını, Azərbaycanda təhlükəsizlik məsələlərinin uğurla həll olunduğunu, hüquq-mühafizə, o cümlədən polis orqanlarının bu istiqamətdə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiyini deyib, BMT-nin Azərbaycandakı strukturları ilə Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əmiliyini ifadə edib.
Səmimi və işgüzarlıq şəraitində keçən görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.
Xəbər lenti
Hamısına baxSosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09

