YAP Gənclər Birliyinin üzvləri bir milyona yaxın seçiciyə təbliğat bukletləri paylayıblar
03.10.2013 [10:33]
Respublikamızın bütün şəhər və rayonlarını əhatə edən kampaniya çərçivəsində ümumilikdə 5 milyona yaxın buklet paylanması nəzərdə tutulub
9 oktyabrda ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası və partiyanın yerli strukturları təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində partiyamızın namizədi cənab İlham Əliyevin 10 il ərzində xalqımız və vətənimiz üçün gördüyü işlər, ölkəmizə bütün sahələrdə qazandırdığı uğurlarla bağlı seçicilər geniş şəkildə məlumatlandırılır.
Qeyd edək ki, təbliğat kampaniyası çərçivəsində oktyabrın 1-dən etibarən Yeni Azərbaycan Partiyasının gəncləri təbliğat materiallarının paylanılmasına, cənab İlham Əliyevin seçki platforması ilə bağlı geniş məlumatlandırma işi aparmağa başlayıblar. Bununla əlaqədar olaraq Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 200-ə yaxın üzvü Bakı şəhərinin müxtəlif yerlərində, o cümlədən metrostansiyalarının yaxınlığında, istirahət parklarında təbliğat materiallarını insanlara paylayırlar.
YAP Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Balaxan bildirib ki, Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak ediblər. Onun sözlərinə görə, yeni dövrdə dövlətimizin qarşısında duran çətinlikləri həll edə bilmək üçün gənclərin yenidən təşkilatlanması, onlarda milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşması Ümummilli lider Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olub: “Bu qayğı zamanın çağırışlarına uyğun olaraq Prezident İlham Əliyev tərəfindən də məqsədyönlü şəkildə davam və inkişaf etdirilir. Əsası Ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti daha da dərinləşdirilir, gənclərə idarəetmədə və qərar qəbulu səviyyəsində yüksək etimad göstərilir. Yalnız yetkin cəmiyyətlərdə gənclərin enerjisindən lazımınca istifadə olunur və tez bir zamanda da bu, öz uğurlu nəticələrini göstərir. Müstəqillik dövründə gənclərin ictimai-siyasi fəallığı vətəndaş cəmiyyətinin qurulması üçün zəruri şərtlərdən biri kimi yeni demokratik münasibətlərin formalaşmasına da təkan verib. Gənclərin ictimai-siyasi fəallığının yüksəlməsi, gənclərdə öz xalqı və dövlətinin gələcəyi üçün məsuliyyət hisslərinin aşılanması, onların mənəvi tərbiyəsinin, siyasi mədəniyyətinin yüksəlməsi ilə sıx bağlı olub”.
S.Balaxan qeyd edib ki, bu gün Azərbaycan dövləti öz imkanlarını genişləndirdikcə, bütün sahələrdə dünya birliyi ilə ayaqlaşmağa çalışdıqca, gənclərin də müasir zamana müvafiq inkişafı vacib məsələyə çevrilir. Onun sözlərinə görə, dövlətimiz bununla bağlı bir çox layihələr reallaşdırıb, minlərlə gəncin xaricdə təhsil alması, savadlı kadr kimi formalaşması üçün gərəkən addımları atıb.
Bu gün Yeni Azərbaycan Partiyasının üzvü olan gənclər də dövlətin onlar üçün yaratdığı imkanlardan istifadə edir. Həm də öz partiya üzvlüyü məsuliyyətini dərindən dərk edərək çox önəmli bir məqamda partiyanın apardığı işə yaxından kömək olurlar. Gənclər ölkəmizdə keçirilən prezident seçkilərində çox yaxından iştirak edirlər, təkcə seçici kimi deyil, seçkilərdə müşahidəçi, məntəqə üzvü, məşvərətçi, təbliğat kampaniyasında ən aktiv qüvvə kimi çıxış etməkdədirlər. Seçkilərin təbliğat kampaniyası başlanandan bu günə qədər prosesdə YAP Gənclər Birliyi üzvü olan 10 minlərlə gənc iştirak edib. Son iki gün ərzində ölkəmizin bütün regionlarında və Bakı şəhərində təbliğat materiallarının paylanılmasına başlayan gənclər indiyə qədər bir milyona yaxın seçiciyə təbliğat bukletləri paylayıblar. Qarşıda duran günlərdə də bu təbliğat işi davam etdiriləcək və ümumilikdə çalışacağıq ki, kampaniya bütün seçiciləri əhatə etsin.
Yeri gəlmişkən, Bakı şəhərinin hər bir rayonu üzrə bu işə cəlb edilən gənclər hər gün 3 saat olmaqla təbliğat materiallarını ictimai yerlərdə paylamaqla məşğul olurlar. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat kampaniyasına qoşulan bu gəncləri xüsusi hazırlanmış və üzərinə “İLHAMLA İRƏLİ” yazılan geyimlərdən və üzərində Yeni Azərbaycan Partiyasının emblemi olan papaqlardan tanımaq olar. Prosesdə iştirak edən gənclər də bu kampaniyaya qoşulmaqdan məmnunluq ifadə edirlər.
YAP Gənclər Birliyi Ofisinin koordinatoru Leyla Kərimova isə bildirib ki, şəhərin müxtəlif yerlərində cənab İlham Əliyevin təbliğat-təşviqat materiallarının paylanmasında iştirak etməkdən bir gənc olaraq qürur hissi keçirir: “Çünki insanların əksəriyyəti cənab İlham Əliyev siyasətini dəstəkləyir və Ona səs verəcəklərini bildiriblər. Həqiqətən xalq inkişafa, sabitliyə səs verir. 10 il ərzində cənab İlham Əliyevin apardığı uğurlu siyasət xalqın etimadını doğruldub. Mən də bir gənc olaraq, artıq seçimimi etmişəm, bu, cənab İlham Əliyevdir. Necə deyərlər: “Qələbəyə doğru İlhamla İrəli!”
YAP Gənclər Birliyi Ofisinin koordinatoru Rahu Qurbanova isə bildirib ki, təbliğat kampaniyasında YAP uğurla start götürüb və fəal şəkildə prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını aparır. YAP Gənclər Birliyi olaraq bu kampaniyanı davam etdirib cənab İlham Əliyevin təbliğat materiallarını insanlar arasında payladıqlarını deyən R.Qurbanovanın sözlərinə görə, Yeni Azərbaycan Partiyasının namizədinin təbliğatını aparmaq çox məsuliyyətli bir işdir. “Yaşından asılı olmayaraq təbliğat materiallarını verdiyimiz insanlarda buna maraq olduqca yüksək idi. Onlar cənab İlham Əliyevə qəlbən inanır və bilirlər ki, ölkəmizin parlaq gələcəyi yalnız Prezident İlham Əliyevin uğurlu siyasətindən asılıdır. Təbliğat zamanı bir daha müşahidə etdik ki, Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək növbəti prezident seçkilərində alternativi olmayan və əhalinin böyük əksəriyyəti tərəfindən dəstəklənən və qalib gəlməyə daha çox imkanları olan yeganə namizəd kimi dəyərləndirilir. Bu gün keçirdiyimiz təbliğat aksiyası şəhər əhalisində xoş təəssürat yaratdı. Bütün gənclər kimi biz də cənab İlham Əliyevin ətrafında sıx birləşmişik və 9 oktyabrda Ona səs verəcəyik” - deyə, o qeyd edib.
YAP Gənclər Birliyi Ofisinin digər koordinatoru Elmar Məmmədov da aksiya ilə bağlı fikirlərini bildirib: “YAP gəncləri olaraq partiyamızın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində, təbliğat materiallarını şəhər sakinlərinə təqdim etdik. Təbliğat materiallarını şəhər sakinlərinə təqdim edərək, onları öz gələcəyi olan cənab İlham Əliyevə səs verməyə səslədik. Hətta bizə şəhər sakinləri bu işdə öz köməkliklərini də təklif edirdilər. Ümumiyyətlə, insanlarda cənab İlham Əliyevə böyük sevgi var, hər bir şəhər sakini Prezidentimizə səs verəcəyini vurğuladı. Daha sonra YAP gəncləri ilə birgə “İlhamla irəli” yazılan köynəklərlə ucadan “İlhamla irəli” söyləyərək Prezidentimizə dəstəyimizi ifadə etdik”.
YAP GB üzvü Elmin Fərruqov isə növbəti seçkilərdə də qələbə qazanacağına əmin olduğunu bildirib. Onun fikrincə, bu qələbə Azərbaycan xalqının, o cümlədən gənclərin qələbəsi olacaq: “Mən də bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi təbliğat kampaniyasında yaxından iştirak etdim və bununla qürur duydum. Çünki mən də Azərbaycanın gələcəyi, firavanlığı naminə cənab İlham Əliyevə nəinki səs verəcək bir gəncə, həm də Onun fəal təbliğatçısına çevrildim. Biz sabahımıza, inamlı inkişafımıza və bu inkişafın qarantı cənab İlham Əliyevə səs verəcəyik”.
YAP GB üzvü Tofiq Abdullayev isə bildirib ki, cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasında fəal iştirakı özünə vətəndaşlıq borcu hesab edir: “Bu gün də çoxlu sayda dostlarımla şəhərimizdə cənab İlham Əliyevin 10 illik fəaliyyətini əks etdirən bukletləri şəhər sakinlərinə təqdim etdik. Hər bir vətəndaşımız cənab İlham Əliyevin bir Prezident kimi ölkəsi üçün gördüyü işləri məmnunluqla qeyd edirdi və yenidən Ona səs verəcəklərini söyləyirdilər. Bir daha əmin oldum ki cənab İlham Əliyev həqiqətən də böyük xalq sevgisinə, etimadına sahib güclü Liderdir”.
“YAP Gənclər Birliyinin üzvləri ilə cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasında iştirak etdim. Bu kampaniyada iştirak etdiyim üçün özümü çox xoşbəxt hiss edirəm. Mən dövlət başçımız İlham Əliyevə inanıram. İnanıram ki, cənab Prezident İlham Əliyev yüksək səs çoxluğu ilə yenidən bizim Prezidentimiz seçiləcək. Biz gənclər hər zaman cənab İlham Əliyevə dəstək olmağa hazırıq. Bizim gücümüz birliyimizdədir”. Bu fikirləri isə YAP GB üzvü Vüsalə Hüseynova deyib.
Partiyanın gənclərindən Aytən Məmmədova da qeyd edib ki, aksiya zamanı ünsiyyətdə olduğu insanlar özlərinin liderləri kimi cənab İlham Əliyevi gördüklərini deyiblər: “Bu kampaniyada iştirak etmək mənim üçün çox xoş oldu. Güclü gənclik və güclü lider güclü Azərbaycan deməkdir. Biz liderimizə inanırıq”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

