/ / Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin seçkilərdə qələbəsini möhtəşəm konsert proqramı ilə qeyd etdi
Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin seçkilərdə qələbəsini möhtəşəm konsert proqramı ilə qeyd etdi
10.10.2013 [18:02]
Əli Əhmədov: Möhtərəm Prezidentimizin seçkilərdə bu parlaq qələbəsi ilə keçdiyimiz şərəfli 10 ilin davamına başlayırıq
Oktyabrın 9-da keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) Sədri, dövlət başçısı İlham Əliyev xalqın böyük əksəriyyətinin rəğbətini qazanaraq və bütün rəqiblərini böyük səs üstünlüyü ilə qabaqlayaraq, seçki marafonunun qalibi olub. Odur ki, ötən axşam, Yeni Azərbaycan Partiyasının üzvləri cənab İlham Əliyevin bu parlaq qələbəsini paytaxtın “Sahil” bağında möhtəşəm konsert proqramı ilə qeyd ediblər.
Tədbirdə çıxış edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov tədbir iştirakçılarını bu möhtəşəm qələbə münasibəti ilə təbrik edib.
“Möhtərəm Prezidentimizin seçkilərdə bu parlaq qələbəsi ilə keçdiyimiz şərəfli 10 ilin davamına başlayırıq. Bu gündən ölkəmizdə növbəti inkişaf, tərəqqi və yüksəliş yolu başlayır”, - deyən natiq, Azərbaycan xalqının da bu şərəfli yolu Prezident İlham Əliyevlə birgə keçmək istədiyini vurğulayıb. Onun sözlərinə görə, məhz Prezident İlham Əliyev arxada qoyduğumuz 10 il ərzində Azərbaycanı yüksəkliklərə apara bilib: “İlham Əliyev Azərbaycanı möhtəşəm inkişafın ən yüksək pilləsinə qaldırdı. Və təbiidir ki, növbəti beş ildə də bu yolla gedəcəyik, yenə də bu inkişaf davam edəcək. Yenə də nailiyyətlərimiz olacaq. Bir sözlə, Prezident İlham Əliyev Azərbaycanımızın şansıdır”.
Əli Əhmədov çıxışında daha sonra qeyd edib ki, təbiət də Azərbaycan xalqının sevincinə qoşulub: “Bildiyiniz kimi, bir neçə gün idi ki, ölkəmizdə soyuq hava şəraiti hökm sürürdü, yağışlı-küləkli hava şəraiti var idi. Amma bu gün günəş də çıxdı, hava da istiləşdi. Çünki bizim İlham Əliyev Allah adamıdır, təbiət də Onunla bir yerdədir. Təbiət də Onun qələbəsinə sevinir, Onun qələbəsinə öz dəstəyini verir”.
YAP Sədrinin müavini çıxışında daha sonra qeyd edib ki, o millət xoşbəxtdir ki, öz liderini sevir, ona arxa durur. Və bu gün Azərbaycan xalqının böyük əksəriyyəti bu dəstəyi öz Liderinə göstərdi.
“Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdəki bu inkişaf növbəti illərdə də davam edəcək. Amma hər şeyin kökü bir məsələ ilə bağlıdır. Bu, xalqın İlham Əliyevə olan sevgisi, məhəbbəti və Onu dəstəkləməsidir. Bunun kökü isə İlham Əliyevin öz xalqını sevməsindədir. Qarşılıqlı sevgi, qarşılıqlı hörmət, qarşılıqlı məhəbbət bizi bu günümüzə gətirib çıxardı”, - deyən Əli Əhmədov bu birlik münasibəti ilə Azərbaycan xalqına, eləcə də meydana toplaşanlara öz minnətdarlığını bildirib.
“Bilirəm ki, siz bura ona görə toplaşmısınız ki, öz sevincinizi, öz təbriklərinizi hörmətli Prezidentimiz İlham Əliyevə bildirəsiniz. Bu sevgi, bu məhəbbət hər bir qələbənin əsasını təşkil edir. Bu gün bu meydana toplaşan insanlar radikal müxalifətin bütün seçki kampaniyası dövründə meydanlara topladığı adamlardan bir neçə dəfə çoxdur. Amma bu, burada olmaq istəyənlərin çox cüzi bir hissəsidir. Əminəm ki, digərləri də öz qəlblərindəki məhəbbəti bura göndəriblər. Odur ki, buraya toplaşanlar hamının- bütün Azərbaycan xalqının məhəbbətini ifadə edir və həmin məhəbbəti Azərbaycan Prezidenti İlham Əliyevə çatdırırıq. Sizə möhkəm can sağlığı, yeni-yeni nailiyyətlər, uğurlar, yeni-yeni inkişaf və yüksəlişlər arzulayıram. Bilin ki, Prezident İlham Əliyev Azərbaycanın yeni-yeni inkişafının önündə gedir, Onun arxasınca isə siz- bu meydana toplaşanlar və bütün Azərbaycan xalqı, o cümlədən 600 min üzvü olan Yeni Azərbaycan Partiyası və Onunla birlikdə olan milyonlarla azərbaycanlılar gedir. Bir daha Prezident İlham Əliyevi bu möhtəşəm qələbə münasibəti ilə təbrik edir, Ona möhkəm can sağlığı və işlərində uğurlar arzulayıram”, - deyə Əli Əhmədov vurğulayıb.
Sonra tədbir konsert proqramı ilə davam edib.
Qeyd edək ki, meydana toplaşan paytaxt sakinləri də öz sevinclərini əməkdaşlarımızla bölüşüblər.
Çingiz Əliyev: “Bizim kollektivin hər bir üzvü Prezident İlham Əliyevin bu seçkilərdə də parlaq qələbə qazanacağına əmin idi. Çünki İlham Əliyev Azərbaycan xalqının bütün istəklərini artıq reallığa çevirib. Ötən illər ərzində ölkəmiz qüdrətlənib, ordumuz güclənib. Qalıb bircə Dağlıq Qarabağ münaqişəsinin həlli. Əminik ki, Ali Baş Komandanımız bu məsələni də qarşıdakı illərdə həll edəcək. Əgər sülh danışıqları bir nəticə verməzsə Ali Baş Komandanımızın göstərişi ilə Azərbaycan Ordusu müdafiə sənayemizin istehsal etdiyi silahlarla düşmənləri torpaqlarımızdan qovub çıxaracaq. Və biz belə möhtəşəm qələbə sevincini Şuşada, Çıdır düzündə qeyd edəcəyik”.
Lamiyyə Hacıyeva: “Biz inkişafa səs verdik və “İlhamla irəli” dedik. Uzun illərdir ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik xalqımızın rifahında, onun əmin-amanlığında vacib rola malikdir. Demokratik hüquqi dövlət quruculuğu da məhz bu münbit şəraitdən qidalanır və sürətlə inkişaf edir. Bu gün demokratik dəyərlər hər bir mütərəqqi cəmiyyətdə olduğu kimi, Azərbaycan cəmiyyətinin də inkişafının özəyini təşkil edir. Bu istiqamətdə əldə edilmiş hər bir nailiyyətin əsasında dövlətin xalqın mənafeyinə söykənən iradəsi və qətiyyətli siyasəti dayanır. Məhz bu möhkəm iradəyə və qətiyyətli siyasətə güvənən Azərbaycan gəncliyi gələcəyimizə, inkişafımıza və sabitliyimizə səs verdi”.
Anar Vəliyev: “Bu gün Azərbaycanın qazandığı uğurları hamı görür. Ona görə də, hamı cənab Prezident İlham Əliyevə səs verir. Biz bütün sahələrdə həyata keçirilən ardıcıl islahatların mahiyyətində dayanan sabitlik və inkişafı səmimi-qəlbdən dəstəkləyir və alqışlayırıq. Sarsılmaz dayaqlar üzərində qurulmuş Azərbaycanımız son illərdə öz inkişaf tempini uğurla davam etdirdi. Bir çox inkişaf etmiş ölkələrdə tənəzzül və siyasi çaxnaşmalara səbəb olan dünya iqtisadi böhranı ölkəmizi öz dağıdıcı təsiri altına ala bilmədi. Güclü makroiqtisadi siyasət nəticəsində ölkəmiz ən çətin dövrlərdə belə, iqtisadi artıma nail oldu, inflyasiyanı, işsizliyi stabil səviyyədə saxlaya bildi. Bununla yanaşı, Azərbaycan dövləti sosialyönümlü iqtisadi siyasətini qətiyyətlə yürüdərək əməkhaqqı, pensiya və digər təminatları artırdı. Bunun özü belə deməyə imkan verir ki, xalqımız düzgün seçim etdi və Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən İlham Əliyevi növbəti dəfə özünə Prezident seçdi”.
Səadət Quliyeva: “Ölkə ziyalıları heç şübhəsiz ki, son illərdə Azərbaycanda aparılan uğurlu siyasətin davamını arzulayırdılar və seçimlərini buna müvafiq olaraq etdilər. Çünki məhz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tarixində görünməmiş yüksəliş və inkişafa nail ola bilmişdi. Ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən, səhiyyə sistemində də inkişafa nail olunmuşdu. Bu illər ərzində respublikanın bütün rayonlarında yeni-yeni səhiyyə müəssisələri tikilərək xalqımızın xidmətinə verildi. Odur ki, biz səhiyyə işçiləri növbəti 5 ildə də İlham Əliyevin rəhbərliyi altında ölkəmizin yeni-yeni uğurlara imza atmasını istəyirik. Biz öz səsimizlə möhtərəm Prezidentimizi dəstəklədik. Əminik ki, Onun rəhbərliyi ilə növbəti 5 ildə də ölkəmiz yeni-yeni nailiyyətlər əldə edəcək, yeni uğurlara imza atacaq”.
Rəşad Məmmədov: “Bu gün yalnız bölgənin deyil, həm də dünyanın ən aparıcı ölkəsinə çevrilmək iddiasını ortaya qoyan Azərbaycan dövləti bu niyyətini gerçəkləşdirmək üçün siyasi, sosial və iqtisadi prioritetləri tam olaraq müəyyənləşdirə bilib. Məhz sonrakı 5 illikdə də ölkəmizin inkişafını istəyirdiksə, mütləq ötən 10 ilin inkişafına baxaraq ağlımızın və vicdanımızın səsinə qulaq asaraq, ən layiqli namizədə səs verməliydik. Biz bunu bacardıq. Bu namizəd məhz möhtərəm Prezidentimiz İlham Əliyev idi. Xalqın, o cümlədən, gənclərimizin dəstəyi ilə O, yenidən ölkə Prezidenti seçildi. Bu münasibətlə, hər bir Azərbaycan gəncini təbrik edirəm”.
Tural Aslanlı: “Son 10 ildə Azərbaycanın əldə etdiyi uğurlar və nailiyyətlər göz qabağındadır. Ölkəmizin elə bir regionu yoxdur ki, orada tikinti-quruculuq, abadlıq işləri aparılmasın. Bu gün regionlarımız öz inkişaf səviyyəsinə görə, paytaxt Bakı ilə rəqabət apara biləcək dərəcədə inkişaf etməkdədir.
Təbii ki, bütün bunlara cənab Prezidentimiz İlham Əliyevin sayəsində nail olunub. Ölkəmizin əldə etdiyi inkişaf xalq tərəfindən də dəstəklənir. Odur ki, xalqımız doğru seçim edərək, yenidən İlham Əliyevə səs verdi. Düşünürəm ki, bu inkişaf qarşıdakı 5 ildə də davam edəcək”.
Heybət Nəcəfov: “Bu gün hər bir təhsil işçisi kimi, mən də öz seçimimi etdim və ölkədə təhsil islahatlarını uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səs verdim. Bu gün müxtəlif sahələrdə, o cümlədən, təhsil sahəsində islahatlar mərhələ-mərhələ həyata keçirilir. Son illərdə ölkəmizin iqtisadiyyatının dinamik inkişafı təhsilin inkişafı üçün də əlverişli şərait yaradıb, Azərbaycan təhsili özünün yeni inkişaf dövrünə qədəm qoyub. Ölkəmizin gələcək inkişaf modelini formalaşdıran əsas amil kimi təhsilin inkişafı daha da sürətlənib, insan kapitalının formalaşmasına xidmət edən ən mühüm sahə olub. Prezident İlham Əliyevin gündəlik diqqəti və qayğısı sayəsində təhsilin ayrı-ayrı sahələri üzrə 16 inkişafyönümlü Dövlət proqramı təsdiq olunub və uğurla həyata keçirilməkdədir. Təhsilimizə bu cür əməli qayğı göstərən bir Lider məncə seçilməyə layiqdir və vətəndaşlarımız çox haqlı olaraq cənab İlham Əliyevi növbəti 5 ildə də Prezident kimi görmək istədilər. Hamını bu münasibətlə səmimi-qəlbdən təbrik edirəm”.
Səlim Loğmanoğlu,
Oqtay Hacımusalı
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 12:42
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58

