YAP Mingəçevir şəhər təşkilatının IX hesabat-seçki konfransı keçirilib
29.09.2017 [10:21]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının IX hesabat-seçki konfransı keçirilib. Konfransda YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP İcra Katibliyinin məsul işçisi Araz Xudadanov iştirak ediblər.
Konfrans iştirakçıları və qonaqlar öncə partiyanın qurucusu, Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüblər.
Konfrans dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Sonra YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov VIII konfransdan ötən dövr ərzində görülən işlərdən bəhs edən geniş hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, bu gün YAP şəhər təşkilatının 7430 nəfər üzvünü özündə birləşdirən 57 ərazi ilk partiya təşkilatı var. Təkcə hesabat dövrü ərzində 622 nəfər partiya sıralarına qəbul olunub. C.Yusubov qeyd edib ki, YAP Mingəçevir şəhər təşkilatı öz fəaliyyətini Ulu öndər Heydər Əliyevin ideyaları, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin siyasəti əsasında qurub.
Konfransda həmçinin YAP Mingəçevir şəhər təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Yaqub Hüseynov, Qadınlar Şurasının sədri Nurcamal Məmmədova, Gənclər Birliyinin sədri Bəxtiyar Mustafayev və 33 saylı “AzİES” MMC-nin ərazi ilk partiya təşkilatının sədri Təhmasib Hüseynov çıxış ediblər. Çıxışlarda şəhər təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti müsbət qiymətləndirilib.
Konfransda çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Yeni Azərbaycan Partiyasının yaradılmasında Ulu öndər Heydər Əliyevin əvəzsiz rolundan danışıb. Natiq bildirib ki, YAP yarandığı gündən öz fəaliyyətini Ümummilli lider Heydər Əliyevin ideyalarının geniş ictimaiyyət arasında təbliğatına yönəldib, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu proseslərində yaxından iştirak edib. Dövlətimizin 26 illik müstəqillik tarixində YAP öz sözünü deyən, fəaliyyətində daim xalqımızın mənafeyini qoruyan güclü siyasi təşkilat olub.
Çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP-nın ölkənin ictimai-siyasi həyatında rolundan bəhs edərək bildirib ki, Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasına inanır və yüksək etimad göstərir. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. N.Bayramov şəhər təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirdiyini qeyd edib.
Sonda təşkilati məsələlərə baxılıb. Cavanşir Yusubov yenidən YAP Mingəçevir şəhər təşkilatının sədri seçilib. Həmçinin YAP Mingəçevir şəhər təşkilatının 51 nəfərdən ibarət Şurası, 7 nəfərdən ibarət isə Nəzarət-Təftiş Qrupu seçilib.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

