Qazaxda YAP sıralarına qəbul olunmuş gənclərə partiya vəsiqələri təqdim edilib
08.06.2022 [11:53]
15 iyun Milli Qurtuluş Günü ərəfəsində, 8 iyun 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı Qazax Müalicə Diaqnostika Mərkəzi ərazi partiya təşkilatında geniş bayram tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və müqəddəs şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək öz dərin hörmət və ehtiramlarını bildirdilər.
Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri Anar Nəbiyev tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, bugünkü tədbirimiz xalqımız üçün çox əlamətdar, yadda qalan, tarixi bir günə - 15 iyun Milli Qurtuluş Gününə təsadüf edir. Odur ki, bu bayram münasibətilə hər birinizi təbrik edir və ən xoş arzularımı çatdırıram. Burada əyləşənlərin böyük əksəriyyəti 1993-cü ilin iyun günlərini yaxşı xatırlayırlar. Həmin dövr yenicə müstəqillik qazanmış Azərbaycanın həyatında çox çətin, məsuliyyətli bir dövr idi. Belə ki, respublikamız məhv olmaq, parçalanmaq, tarixin səhnəsindən silinmək təhlükəsilə üz – üzə qalmışdı. Həmin dövrdə ölkə rəhbərliyində olan şəxslərin səriştəsizliyi, təcrübəsizliyi, yarıtmazlığı ucbatından respublikamızın hər yerində xaos, anarxiya, özbaşnalıq hökm sürürdü, demək olar ki, ölkə faktiki olaraq idarə olunmurdu. Xalq belə bir məqamda Böyük Xilaskar, Dahi Rəhbər, Ulu Öndər, Müdrik Şəxsiyyət Heydər Əliyevə müraciət etdi. Doğma Azərbaycanı canından əziz sevən Ümummilli Liderimiz xalqın bu müraciətini müsbət qarşıladı və Böyük xilaskarlıq missiyasını öz üzərinə götürdü. Qısa müddət ərzində Azərbaycanda ictimai – siyasi sabitlik əldə olundu, qanunsuz silahlı birləşmələr ləğv edildi, çətinliklə olsa da ölkədə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prossesi başlandı. Bir sözlə, Azərbaycan məhv olmaq təhlükəsindən xilas edildi.
Rayon təşkilatının sədri daha sonra bildirdi ki, bu gün 15 iyun - Milli Qurtuluş Günü respublikamızda böyük ruh yüksəkliyi, böyük coşqu ilə qeyd olunur. 44 günlük Vətən Müharibəsindən sonra bütün azərbaycanlılar dünyanın hər yerində bu günü Qalib Xalqın Qalib Övladları kimi alnı açıq, üzü ağ, başı uca qeyd edirlər. Mən elə bilirəm ki, Vətən Müharibəsində əldə olunmuş Möhtəşəm Zəfərin əsası məhz, 15 iyun 1993-cü ildə Ümummilli Liderimiz Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışı ilə qoyuldu. Bu gün Ulu Öndərin siyasi kursu, onun dəsti - xətti Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənabları tərəfindən inamla, qətiyyətlə və layiqincə davam etdirilir. Ulu Öndərin bizlərə miras qoyduğu Müstəqil Azərbaycan ictimai – siyasi həyatımızın bütün sahələri üzrə inkişaf edir, çiçəklənir və beynəlxalq aləmdə Qüdrətli bir ölkəyə çevrilir. Əminik ki, müdrik xalqımızı qarşıda daha xoş, daha firavan günlər gözləyir.
Tədbirdə Qazax Müalicə Diaqnostika Mərkəzi ərazi partiya təşkilatının sədri Kamandar İbrahimov, partiya üzvlərindən Arifə Mirzəliyeva, Xatirə Əliyeva, Afiq Mustafayev çıxış etdilər .
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş gənclərə partiya üzvlük vəsiqələri təqdim olundu. YAP sıralarına yeni qəbul olunmuş gənclər 15 iyun – Milli Qurtuluş Günü ərəfəsində onlara üzvlük vəsiqələrinin təqdim olunmasını ikiqat bayram kimi qarşıladılar və bu vəsiqənin onlar üçün çox qiymətli, dəyərli bir sənəd olduğunu bildirdilər. Böyük sevinc hissləri keçirən gənclər YAP üzvü kimi bundan sonra da partiya sıralarında daha əzmlə, səylə, fəaliyyət göstərəcəklərinə söz verdilər.
Xəbər lenti
Hamısına baxDünya
09 May 17:41
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56

