Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Avropanın əsas enerji tədarükçüsü Azərbaycandır

Avropanın əsas enerji tədarükçüsü Azərbaycandır

22.11.2022 [14:46]

Dünyanın siyasi arenasında yerini möhkəmləndirən müstəqil Azərbaycan əksər dövlətlərlə münasibətlərini inkişaf etdirməkdədir. Bu gün Azərbaycan beynəlxalq müstəvidə nüfuzunu gücləndirməkdədir.  Tam müstəqil xarici siyasət həyata keçirən Prezident İlham Əliyevin uğurlu diplomatiyası ilə Azərbaycanın bir çox dövlətlərlə strateji tərəfdaşlq, səmimi dostluq-qardaşlıq münasibətləri də mövcuddur. Bu gün Azərbaycan bir çox ölkələr ilə fəal əməkdaşlıq edir. Onlardan biri də Albaniyadır. Bu ölkə ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir.

Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabrın 23-də qurulub. İki ölkə arasında siyasi dialoq daim yüksək səviyyədə olub. Ölkələrimiz arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. Albaniya prezidentləri ölkəmizə 5 işgüzar səfər, Baş nazirləri isə 2 rəsmi və 2 işgüzar səfər ediblər. Bu vaxtadək Azərbaycan və Albaniya arasında 8 sənəd, o cümlədən 2013-cü il aprelin 8-də Bakıda “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasına səfər edib. Bu səfər Prezident İlham Əliyevin Albaniyaya ilk səfəridir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməklə bərabər, eyni zamanda Albaniya-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verərək gələcək yaxın əməkdaşlıq üçün çox əlverişli imkanlar yaratmış oldu.

Həm Albaniya, həm də Azərbaycan ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinə maraq göstərir. İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin geniş potensiala malik olması bu sahədə əməkdaşlığın inkişafına şərait yaradacaqdır.

Ölkə Prezidenti cənab İlham Əliyev Albaniyada mətbuata bəyanatla çıxış edərək, Albaniyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu dəstəyin həmişə qarşılıqlı olduğunu qeyd edib. Möhtərəm Prezidentimiz həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi Azərbaycanın çox yüksək qiymətləndirdiyini vuğulayıb.

Ölkə rəhbəri cənab İlham Əliyev TAP layihəsindən söz açaraq bildirdi ki, hər iki ölkə TAP layihəsinin üzvləridir və "Cənub qaz dəhlizi"nin icrasında çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri çox fəal iştirak ediblər.

Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanıb. Həmin memorandum əsasında Azərbaycan 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindədir. Təbii ki, o qaz Albaniya ərazisindən keçəcək, beləliklə, Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə veriləcəkdir.

Azərbaycan Prezidenti Albaniya səfərində də bir daha sözünə sadiq etibarlı tərəfdaş olduğunu və tam müstəqil siyasət yürütdüyünü göstərdi. Bu səfər Azərbaycanın Albaniya ilə əməkdaşlığında yeni səhifənin açıldığını bir daha təsdiqlədi. Eyni zamanda bir daha bəlli oldu ki, hazırda Avropanın əsas enerji tədarükçüsü Azərbaycandır. 

 YAP Naftalan şəhər təşkilatının səeüdri Rövlan Heydərov

Paylaş:
Baxılıb: 522 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31