İqtisadi sistemin əsası hesab olunan kənd təsərrüfatı
01.11.2022 [10:32]
Bu gün Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günüdür
Səidə RƏHİMLİ
Gündəlik həyatımızda yaşamaq və daha gümrah ola bilmək üçün gündə ən az 3 dəfə qidalanırıq. Bundan əlavə, vitamin depolamaq və daha sağlam olmaq üçün çoxlu meyvələr yeyirik. Bəs bütün bu qida növləri necə hazırlanır?
Keçmişdə insanlar həyatlarının çox hissəsini qida axtarmaqla keçirirdilər. Əkib-becərməyi, heyvanları əhliləşdirməyi hələ öyrənməmiş olan əcdadlarımız yabanı bitkilər toplayaraq, vəhşi heyvanları ovlayaraq qidalanır və həyatda qalmağa çalışırdılar. İndiki həyatımızda isə kənd təsərrüfatı sayəsində bu, xeyli asanlaşıb. Əkinçilik, bağçılıq, arıçılıq, maldarlıq, üzümçülük və s. bir çox qida sahələrini əhatə edən kənd təsərrüfatı sahəsi qida tədarükçüsü kimi insan varlığının təməl daşını təşkil edir. Bu sahənin inkişafı əsrlər boyu sivilizasiyaların inkişafına böyük töhfə verib. Kənd təsərrüfatı bitki və heyvan mənşəli məhsulların istehsalını, onların keyfiyyətinin və səmərəliliyinin yoxlanılmasını, satışa çıxarılmasını özündə ehtiva edir. Bunlardan əlavə, bəzi tikinti və kağız məmulatları, yun, pambıq, dəri və s. mühüm vasitələrin istehsalı da kənd təsərrüfatına aiddir.
İqtisadiyyatda mühüm rol oynayan kənd təsərrüfatı inkişaf etməkdə olan ölkələr üçün iqtisadi sistemin əsası hesab olunur. İqtisadi cəhətdən strateji əhəmiyyətli və səmərəli olan kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi iqtisadiyyatın davamlı inkişafına zəmin yaradır.
Ölkəmizdə ümummilli lider Heydər Əliyevin dövründən başlayaraq günümüzə qədər bu sahənin inkişafına dövlət tərəfindən xüsusi diqqət yetirilir. Cənab Prezident İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanı ilə hər il noyabrının 1-inin Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunması və bu günə həsr olunmuş xüsusi tədbirlərin keçirilməsi bunun əsas göstəricilərindəndir.
Dövlətimiz hər zaman kənd təsərrüfatı sahəsinin inkişafına və bu sahədə çalışan işçilərə xüsusi qayğı göstərir. Bu istiqamətdə atılan addımlardan biri də 2007-ci ildə Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatına dövlət dəstəyi proqramına start verilməsidir.
Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatının daha da inkişaf etdirilməsi üçün səmərəli fəaliyyət göstərərək ciddi nəticələr əldə edir. Nazirliyin təşəbbüsləri dövlət tərəfindən hər zaman dəstəklənir.
Son illərdə kənd təsərrüfatı sahəsində dinamik inkişaf qeydə alınır. Kənd təsərrüfatının ümumi məhsulunun dəyəri hər il daha da artır. Məhsulların ixracında müsbət nəticələr əldə olunur.
İşğaldan azad edilmiş torpaqlarımızda kənd təsərrüfatının yenidən qurulması üçün “Ağıllı kənd” layihələri icra olunması da ölkəmizin hər keçən gün daha inkişaf edərək irəli getdiyinin sübutudur.
Azərbaycanda iş yerlərinin çoxu kənd təsərrüfatındadır. Bu sahənin həm iqtisadiyyatın inkişafında, həm də qida tədarükçüsü olaraq insanların həyatındakı rolu çox böyükdür. Məhz buna görə də kənd təsərrüfatı sahəsində çalışan işçilərin əməyi əvəzolunmazdır. “Yeni Azərbaycan” olaraq kənd təşərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik edirik!
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10

