Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Politoloq: “Vaqner"in dönüşü siyasi-hərbi elitada yeni gərginliklər başlada bilər

Politoloq: “Vaqner"in dönüşü siyasi-hərbi elitada yeni gərginliklər başlada bilər

12.08.2023 [17:32]

GÜLAY

Bu gün bir çox qüvvələr “Vaqner”dən təzyiq və təsir vasitəsi kimi istifadə etməyə çalışırlar. Vaqnerçilərin başlatdığı qiyam isə ssenari idi – bu, Rusiyanın mərkəzdən qaçma meyillərinin qarşısını almağa yönəlmiş plan da adlana bilərdi.

Bu fikirləri yeniazerbaycan.com-a açıqlama verən politoloq Tural İsmayılov bildirib.

"Rusiya bunu qəsdən də etmiş ola bilər. Priqojinin timsalında “Vaqner”in qiyamını təşkil edərək, ordu daxilindəki zəif çatları üzə çıxarmaq mümkün idi. Eyni zamanda Lukaşenkonun “Vaqner”dən imtina etmək və ya onu qəbul etmək kimi bir səlahiyyəti yoxdur. Nəzərə almaq lazımdır ki, “Vaqner”in Belarusda peyda olmağının arxasında da dərin səbəblər dayanıb. Bu Rusiya ilə Belarus arasında gedən danışıqların nəticəsində ortaya çıxmış hadisədir və burada müəyyən məqsədlər özünü göstərir”. İlk növbədə burada Şərqi Avropa planlarına diqqət yetirmək lazımdır",- deyə o, bildirib.

Politoloq Belarusun “Vaqner” qrupunun ərazisinə daxil olmağına şərait yaratmasının bir çox səbəblərdən qynaqlandığını düşünür. Onun sözlərinə görə, bu, yalnız Rusiya ilə aparılan danışıqlara əsaslanmırdı, həm də Belarus  ilə həmsərhəd olan bəzi xarici dövlətləri çəkindirmək xarakteri də daşıya bilərdi: “Rusiya isə öz növbəsində Priqojini itirmək istəmir, çünki Afrikada “Vaqnerə” hələ də ehtiyac var. Düzdür, Rusiya müdafiə nazirliyinin Şoyqu və Gerasimovun timsalında rəhbərliyinin, eləcə də bir çox generalların “Vaqner”dən narazı olması hər kəsə bəllidir. Bu baxımdan, "Vaqner"in dönüşü siyasi-hərbi elitada yeni gərginliklər başlada bilər. Beləliklə də, Rusiyada vəziyyət gərginləşər. Hesab edirəm ki, Lukaşenkonun “Vaqner”dən imtinası bu məsələdə xüsusi əhəmiyyətli rol oynamır - “Vaqner”in Rusiyadan uzaqlaşdırılması, Belarusa yerləşdirilməsi xüsusi narazılıqların, ən əsası ordudakı etirazların qarşısın almaq üçün vacib şərtə çevrilmişdi". 

Paylaş:
Baxılıb: 487 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31