Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan suveren hüquqları çərçivəsində məqsədyönlü addımlar atır

Azərbaycan suveren hüquqları çərçivəsində məqsədyönlü addımlar atır

16.08.2023 [10:43]

Mübariz 

Məlumdur ki, məğlub Ermənistan Laçın-Xankəndi yolunu manipulyasiya predmetinə çevirib. Postmüharibə mərhələsində respublikamız erməni əhalinin Laçın-Xankəndi yolu vasitəsi ilə sərbəst gedib-gəlməsinə bütün şəraiti, təhlükəsizlik mühitini təmin etmişdi. Lakin Ermənistan bundan sui-istifadə edərək bəhs olunan marşrutdan respublikamızın ərazisinə silah-sursat, minalar daşınmasını həyata keçirdi. Bu marşrutla tez-tez xarici ölkələrdən Xankəndinə Azərbaycanın razılığı alınmadan çağırılmamış qonaqlar təşrif gətirir və onlar burada separatizmə rəfvac verən çağırışlar edirdilər. Təbii ki, Azərbaycan suverenliyimizə zidd olan bu cür davranışlara dözə bilməzdi. Ermənistanın üçtərəfli Bəyanatın müddəalarına uyğun olmayan belə fəaliyyətinin qarşısı alınmalı idi. Beləliklə, Azərbaycan suveren hüququndan istifadə etməklə cari ilin aprel ayında Həkəri çayı üzərində sərhəd-keçid məntəqəsi qurdu. Sərhəd-keçid məntəqəsinin fəaliyyəti tamamilə şəffaf şəkildə tənzimlənirdi. Bütün zəruri avadanlıqla təchiz olunan məntəqədən Beynəlxalq Qırmızı Xaç Komitəsinin, sülhməramlı kontingentin və ermənilərin sərbəst keçidi təmin olunurdu. Təbii ki, zəruri yoxlamaların aparılması şərti ilə. Lakin Ermənistan yenə də manipulyasiyalara, pozuculuq əməllərinə əl atdı. Əvvəlcə sərhəd-keçid məntəqəsi atəşə tutuldu. Təxribat zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralandı. Bir qədər sonra isə sərhəd-keçid məntəqəsindən  Qırmızı Xaç Komitəsinin avtomobillərində qaçaqmalçılıq yüklərinin daşınmasına cəhdlər göstərildi. Azərbaycan tərəfi isə iyunun ortalarında və iyulun əvvəlində törədilən təxribatlara baxmayaraq, yenə də erməni sakinlərin məntəqədən humanitar məqsədlər üçün keçidinə şərait yaradıb. Eyni zamanda, respublikamız erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadənin mümkün olduğunu diqqətə çatdırılıb.

Azərbaycanın Xankəndinə yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif etməsi ölkəmizin öz suverenliyini, milli maraqlarını qətiyyətlə qorumasını və humanist yanaşmasını əks etdirir. Qarabağda yaşayan erməni sakinlər Azərbaycan vətəndaşlarıdırlar. Onların hüquqlarının qorunmasına Konstitusiya ilə hər cür təminatlar verilir. Ağdam-Xankəndi marşrutundan istifadə olunması reinteqrasiya proseslərini sürətləndirəcək.

Azərbaycanın belə ədalətli və humanist yanaşması fonunda Ermənistanın rəsmiləri, həmçinin Xankəndidə yuva salan separatçılar Həkəri çayı üzərində nəzarət-keçid məntəqəsinin qurulmasını və nəzarət tədbirlərinin gücləndirməsini beynəlxalq birliyin diqqətinə əyri güzgüdən təqdim edir və yanlış rəy formalaşdırılması üçün dəridən-qabıqdan çıxırlar. Ermənistan Azərbaycan ərazisindən tam çıxarılmamış silahlı qüvvələrin ehtiyaclarını təmin və təchiz etməkdən, habelə Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq istismar etməkdən məhrum olması reallığı ilə barışmayıb. Bu səbəbdən, məğlub ölkə bütün dünyada təbliğat kampaniyasına başlayıb, sərhəd-buraxılış məntəqəsinin normal fəaliyyəti, eləcə də Azərbaycanın Qarabağ bölgəsinə yüklərin çatdırılması üçün “Ağdam-Xankəndi” yolu kimi digər marşrutlardan istifadə edilməsinə qarşı bir sıra hərbi və digər maneələr törədib. Ermənistanın Azərbaycanın suveren hüquqlarından istifadə etməsini “blokada” kimi təqdim etməyə çalışmasına, nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması barədə qərar qəbul etmək üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməsinə baxmayaraq, məhkəmə 6 iyul tarixli qərarında bu tələbi yekdilliklə rədd edib. 

Paylaş:
Baxılıb: 462 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31