Yuxunuz şirin olsun!
13.03.2024 [11:28]
Sağlam yuxu üçün nə etməliyik?
Beynin normal fəaliyyəti üçün ən vacib fizioloji proseslərdən biri yuxudur. Hər kəs gücünü bərpa etmək və fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyur. Məlumdur ki, yuxu bədənin özünü yenilədiyi vaxtdır və az istirahət insan orqanizmində daha çox problem deməkdir. Lakin bəzən işlərin çoxluğu, bəzən də ekran qarşısında saatlarla vaxt keçirmək kimi səbəblərdən yuxumuzu yetəri qədər almırıq.
Araşdırmalara görə, insanın öz gücünü tam bərpa etməsi üçün 12 saat istirahət və yuxu lazımdır. Amma vacib deyil ki, 12 saatınızı yuxuya həsr edəsiniz. 8 saat normal yuxu kifayətdir, lakin əsas məqamlardan biri saat neçədə yatmaqdır.
Düzgün yuxu saatı...
Tədqiqatlar göstərir ki, yetkin insanlar orta hesabla 6-8 saat yatmalıdır. Bir çoxları gecə saatlarında yuxuya gedib, səhər 9-10-da oyanaraq, 8 saatı başa vurduğundan arxayın olur. Lakin yuxu hesablamasına görə, insanın saat neçədə yatmasından asılı olaraq onun yuxu saatı hesablanır. Belə ki, axşam saat 19-21 arası yatdıqda, bu müddət 6-7 saat yuxuya bərabərdir.
Bu saatlarda yatsanız...
Ən qiymətli və uzun yuxu vaxtı saat 21-23 arasıdır. Əgər bu saatlarda yatsanız, sonra yatmasanız belə, elə hesab edilir ki, 6-7 saat yatmısınız. Çünki məhz bu saatlar arası yuxuda orqanizm gücünü bərpa edir, beyin təmizlənir, hormonlar qaydasına düşür. Düzgün vaxtda yatmadıqda xroniki yuxusuzluq və yorğunluq sindromu başlayır.
Yuxu niyə önəmlidir?
Milyonlarla insan üzərində aparılan epidemioloji tədqiqatların nəticəsi əsasında bu sadə fakta varmaq olar: nə qədər az yatarsan, ömrün bir o qədər qısalar. Yəni qocalmamaq və mümkün qədər sağlam qalmaq istəyirsinizsə, gecələr yaxşı yatmalısınız.
Yuxusuzluğun əsas səbəblərindən biri işlərin çoxluğudur. Bir çox insan işlərini tamamlamaq üçün yuxusuz qalmağı seçsə də, bu, insanın uzun müddət fəaliyyət göstərməsinə əngəl yaradır. Yuxusuzluğun səbəb olduğu və nəticədə məhsuldarlığı aşağı salan bəzi təsirlər bunlardır:
Yavaş reaksiya
Bədən kifayət qədər istirahət etmədikdə beyin yorğun olur, buna görə də insan konsentrasiyanı asanlıqla itirə və ya ləng davrana bilir. Bədən hərəkətlərinin yavaşlaması isə öz növbəsində ətrafdakı dəyişikliklərə reaksiya sürətini azaldır. Bunlar eyni zamanda insanın karyerasına da ciddi zərər verə bilər.
Səhv etməyə meyillilik
Yetəri qədər yatmadıqda səhv etmək ehtimalı normal yuxu alan insanlarla müqayisədə xeyli yüksəkdir. Bu, istənilən fəaliyyətdə problem demək olsa da, xüsusən iş yerində mühüm mərhələləri idarə edərkən olduqca risklidir.
Keyfiyyətli yuxu...
Özünüzü müntəzəm olaraq yorğun və ya yuxulu hiss edirsinizsə bu, kifayət qədər keyfiyyətli yuxu almadığınıza işarədir. Problemi həll etmək üçün bir çox yol var. Əvvəlcə bir yuxu rejimi qurmaq lazımdır. Çox gec olmayan bir yuxu saatı seçdikdən sonra bu vaxta qədər sakitləşmək üçün bəzi məşğuliyyətlər tapıla bilər. Məsələn: kitab oxumaq, meditasiya etmək və s.
Yeri gəlmişkən, martın 13-ü Ümumdünya Yuxu Günüdür. Bu gün ilk dəfə 2008-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə qeyd edilib.
Y.SAHİB
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30

