Önəmli siyasi həqiqət
24.10.2025 [10:44]
Sürətlə keçən avtomobillər vurmasın deyə pişik balasını yoldan götürüb təhlükəsiz yerə qoyan insana nümunəvi hərəkətinə görə böyük ehtimal hər kəsin dərhal rəğbəti yaranar. Ya da ki, güclü və özünə əmin olan bir nəfərin yanında dayanmış sərxoş və cılız insanın qeyri-adekvat davranışına cavab vermədən alicənablıqla öz yoluna davam etməsi də yaxşı mənada cəmiyyət tərəfindən diqqətsiz qala bilməz. Sadəcə pişik balasından fərqli olaraq sərxoşun bu cür gülünc vəziyyətə düşməsinin səbəbkarı özüdür. Nədənsə siyasətdə oxşar mənzərə yaşanan zaman bəziləri hadisələri ifrat dərəcədə təhrif edir və qərəzli şəkildə yozur: yolunu azmış pişik balasının avtomagistralda qalmasına görə sürücü, sərxoşun özünü qeyri-adekvat aparmasına görə isə ətrafda olanlar günahkar kimi təqdim olunur. Budur siyasi demaqogiyanın cəmiyyət üçün təhlükəli olan eybəcər tərəfi.
Məhz qeyd olunanlar müstəvisində önəmli bir siyasi həqiqət haqqında bəhs etmək istərdik. Çünki yanlış təsəvvürlər obyektiv həqiqəti görməyə mane olur. Xoşumuza gəlib-gəlməməyindən asılı olmayaraq obyektivlik naminə qeyd etməliyik ki, mentalitet və digər “yerli xüsusiyyətlər” istər-istəməz konkret ölkədə cərəyan edən siyasi proseslərin məzmununa təsir edir. Yəqin ki, hakim Yeni Azərbaycan Partiyasının ölkəmizdə fəaliyyət göstərən bütün digər partiyalar ilə müqayisədə açıq üstünlüyü ilə bağlı heç kəsin şübhəsi belə yoxdur. Bəli, 740 mindən artıq üzvü olan və regionun ən böyük siyasi təşkilatı sayılan YAP nəhəng siyasi qüvvədir. Sahib olduğu inzibati resurslar, intellektual və kadr potensialı, maliyyə üstünlüyü, sözsüz ki, hakim partiya olması və sədrinin ünvanına dünyanın “super gücü” hesab olunan ABŞ kimi bir dövlətin prezidenti tərəfindən “Siz böyük lidersiniz” deyilmiş bir partiya ilə rəqabət aparılması yumşaq desək çox çətindir. Ancaq açıq rəqabət aparmaq üçün müvafiq güc və potensialın olmaması kirli texnologiyalara və xain əməllərə əsla haqq qazandıra bilməz. Güclünü güclü olmasında günahlandırmaq acizlik və qərəzli demaqogiyadan başqa bir şey deyil.
Unutmayaq ki, uzun illər ərzində demokratiya və açıq rəqabətdən danışanlar məhz həmin demaqoqlardır ki, “hakimiyyət Qarabağı qaytarmaq istəmir və bunun üçün gücü yoxdur”, “Azərbaycanı dünyada heç kəs tanımır”, “Azərbaycanı dəstəkləyən ölkələr yoxdur”, “Azərbaycan beynəlxalq münasibətlər sistemində dəstəksiz və tək qalıb”, “Azərbaycan yanlış siyasət aparır”, “Azərbaycanın Ordusu tənəzzül içindədir” və digər bu kimi xain, məsuliyyətsiz fikirləri səsləndiriblər. İndi isə yeni tamaşa üzərində fəal çalışırlar.
Ölkənin uğurlarında zərrə qədər payı olmayan, habelə milli birliyi inkar edən və dövlətimizə qarşı düşmən mövqe tutan qüvvələrin əllərində “marionet kukla” kimi oynadılmağa razı olanların nəinki milli siyasi qüvvə adlanmağa, hətta siyasətdə olmağa belə haqları yoxdur. Yaşadıqları “siyasi tükənmişlik” sindromu isə onların aqressiv davranışlarına haqq qazandıra bilməz. Tükəniblər ki, artıq ucuz feyklərə müraciət edirlər. Görünür ki, siyasətdə inkişaf və müasirliyi onlar məhz feyk texnologiyalarda görürlər.
Elmi və nəzəriyyəni yox, məhz faktları sevənlər iqtidarı zəif olan dövlətlərin aqibətini yadlarına salsınlar. Bu məsələdə heç uzaqlara belə getməsinlər, elə öz dövlətimizin müstəqilliyinin ilk illərini yada salsınlar yetər. 30 il davam etmiş münaqişə, Azərbaycanın tarixi, regionumuzun coğrafiyası, möhtəşəm Qələbəmiz, dünyada müşahidə olunan mürəkkəb tendensiyalar və bəzilərin xain meylləri ona dəlalət edir ki, dövlətimiz güclü olmaq məcburiyyətindədir. Heç təsadüfi deyil ki, Prezident İlham Əliyevin “Bizim gücümüz birliyimizdədir!” ifadəsi hakim Yeni Azərbaycan Partiyasının Proqramının əsas şüarıdır.
![]()
Odur ki, siyasi partiyalar sahib olduqları potensialdan asılı olmayaraq dialoqda iştirak etməklə əslində dövlət və cəmiyyətin gücünü artırması kimi strateji məsələdə pay sahibi olurlar. Partiyalar yalnız bu vasitə ilə leqal şəkildə öz gücünü artıra bilərlər. Odur ki, “biz dialoqda varıq” deyənlər nəinki özlərini, həm də cəmiyyətin gücünü artırmış olurlar. Siyasi dialoqun müstəsna əhəmiyyəti bundadır. Əks halda cəmiyyət bu cür siyasətcikləri məqalənin əvvəlində qeyd etdiyimiz kimi, yolunu azmış pişik balası və ya cığallıq etmək istəyən adekvatlığını itirmiş sərxoşa bənzəyəcək. Bu cür vəziyyət nə yaxşı, nə pis deyil, bu sadəcə reallıqdır. Elə ona görə də əminliklə qeyd edə bilərik ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə təşviq olunan siyasi dialoq mühitinin cəmiyyətimiz üçün əhəmiyyəti tükənməzdir. Məhz elə buna görə də “Biz dialoqda varıq!” deyənlər dövlətin və cəmiyyətin inkişafını qəlbdən istəyənlərdir.
politoloq Asif Adil
Xəbər lenti
Hamısına baxAnalitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50

