Fransa od üstünə benzin tökmək prinsipindən çıxış edir
03.02.2024 [13:29]
Mübariz FEYİZLİ
Qərəzçilik, regional və qlobal önəm daşıyan geosiyasi proseslərə ikili standartlar prizmasından yanaşmaq Fransanın, xüsusilə də prezident Emmanuell Makron iqtidarının həyata keçirdiyi xarici siyasət kursunun leytimotivinə çevrilib, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Bu gün Fransa çox doğru olaraq ziddiyyətli ölkə kimi səciyyələndirilir. Məlumdur ki, tarixdən inqilablar beşiyi kimi tanınan bu ölkə özünə “Azadlıq, bərabərlik və qardaşlıq” şüarını seçib. Di gəl ki, hazırkı Fransanın siyasətində bu gəlişigözəl tezislərdən əsər-əlamət yoxdur. Qeyd olunan şüar Fransanı Afrikada, dənizaşırı ərazilərdə qatı müstəmləkəçilik siyasətindən geri dönməyə sövq etmir. Əksinə bu ölkə bəhs olunan coğrafiyalarda imperialist mövcudluğunu qorumaq üçün bəzən ən qəddar vasitələrə, bəzən də ikrah doğuran hiyləgərliklərə əl atmaqla sümürmə siyasətinin ömrünü uzatmağa çalışır.
E.Makron hakimiyyətinin Cənubi Qafqaz ölkələrinə, konkret desək Azərbaycana və Ermənistana münasibəti də tipik ikili standartlar nümunəsidir. Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev Fransa hökumətinin qərəzçiliyini, bu ölkənin Cənubi Qafqaz siyasətinin ədalət prinsipindən və beynəlxalq hüquq normalarından uzaq olduğunu həm yerli, həm də müxtəlif beynəlxalq auditoriyalarda açıq mətnlə ifşa edir. Dövlətimizin başçısı bu xüsusda fikirirlərini növbəti dəfə Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən diqqətə çatdırıb.
Fransanın Cənubi Qafqazın məğlub ölkəsi olan Ermənistanla münasibəti iki ölkənin bir-birini “böyük bacı, kiçik bacı” adlandırmaları kontekstində dəyərləndirilir. Həqiqətən də, E.Makronun özünun və onun komandasında yer alan hökumət təmsilçilərinin yanaşmalarına və zaman-zaman səsləndirdikləri fikirlərə istinadən belə qənaət hasil olur ki, Fransa Ermənistanın mənafeyi naminə bir böyük bacının kiçik bacı üçün nəyi edə biləcəyinin hamısını edir, bəlkə də, daha artığını. Necə deyərlər, böyük Fransanın prezidenti E.Makron kiçik Ermənistan naminə ermənidən artıq ermənilik etməyi özünə şərəf sanır ki, bu da onun ölkəsi üçün rəzalətdən başqa bir şey deyil.
Fransanın Ermənistana açıq-aşkar havadarlıq etməsi 30 il həllini tapmayan keçmiş Dağlıq Qarabağ münaqişəsinin və 44 günlük müharibədən, 23 saatlıq antiterror tədbirlərindən sonra yaranan reallıqların fonunda daha qabarıq şəkildə nəzərə çarpır. Fransa açıq-aşkar anti-Azərbaycan siyasəti həyata keçirir. Məlumdur ki, bu ölkə onilliklər ərzində Ermənistanın işğalşılıq siyasətinə görə yaranan keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı artıq ömrünü bağışlayan ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən biri statusuna malik olub. Ancaq bu ölkənin davaranışları uğurlu və obyektiv vasitəçi mövqeyindən çox uzaq idi. Danışıqlar prosesində Fransa daim anlaşılmaz, absurd yanaşmalar ortaya qoymaqla proseləri dalana istiqamətləndirib və işğal məhsulu olan keçmiş status-kvonun ömrünü uzatmağa çalışıb.
Fransanın anti-Azərbaycan siyasəti postmüharibə mərhələsində daha qabarıq şəkildə nəzərə çarpır. Aydın şəkildə müşahidə edilir ki, E.Makron və onun siyasi sifarişi ilə hökumətin təmsilçiləri, parlament Azərbaycanla bütün körpüləri yandırmaq yolu tutub. Hələ müharimə günlərində E.Makron tez-tez Azərbaycan Prezidentinə telefon açaraq döyüşlərin dayandırılmasını istəyirdi. O unudurdu ki, Azərbaycan güclü dövlətdir və heç kimin diktəsi ilə oturub durmur. Postmüharibə dövründə isə Fransa hakimiyyəti Azərbaycanın qələbələrini - ərazi bütövlüyünü və suverenliyini təmin etməsini sinirə bilmir. Fransanın düz 5 dəfə BMT TŞ-də Azərbaycana qarşı qətnamələr qəbul edilməsi ilə bağlı məsələni gündəmə gətirməsi, son olaraq bu ölkənin Senatının 2024-cü il yanvarın 17-də növbəti dəfə respublikamızın əleyhinə qətnamə qəbul etməsi E.Makron iqtidarının qərəzçilinin açıq təzahürüdür. Fransa postmüharibə mərhələsində də Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində vasitəçilik etmək istəyini ortaya qoyur. Ancaq açıq-aşkar Ermənistanın tərərfini saxlayan, burada revanşizmi alovlandıran, Azərbaycana münasibətdə qərəzçilik nümayiş etdirən bir ölkə hansı haqla vasitəçi ola bilər? Yeri gəlmişkən, məhz Fransanın manipulyasiyaları və qərəzçiliyi ucbatından Brüssel formatı iflasa uğrayıb.
Bütün bu kimi reallıqlardan çıxış edən Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən bildirib ki, Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir. Fransanın, həmçinin Ermənistanın militarizasiya siyasəti apardığını, geosiyasi intriqaların təşəbbüskarı olduğunu deyən dövlətimizin başçısı rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu, müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürütdüyünü də diqqətə çatdırıb.
Azərbaycan Prezidenti Fransanın Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək məqsədilə siyasət yürütdüyünü, lakin onların bu istiqamətdəki cəhdlərinin əbəs olduğunu vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22

