Rus rublunun dəyərini itirməsi Ermənistan iqtisadiyyatına güclü zərbə vurub
14.01.2016 [09:16]
Vardan Bostancyan: Hakimiyyət xalqı yalnız xidmət sahəsində çalışmağa məhkum edib
Serj Sarkisyan hakimiyyətinin işğalçı ölkədə yürütdüyü səbatsız daxili və xarici siyasət Ermənistan dövlətini uçuruma sürükləməkdədir. İqtisadi tənəzzül, işsizlik səviyyəsinin durmadan yüksəlməsi gündən-günə ölkə vətəndaşlarının güzəranının daha da pisləşməsinə səbəb olur. Bu azmış kimi, ailəsini dolandırmaq üçün Rusiyaya üz tutan ermənilərin son aylar rublun dəyər itirməsi səbəbindən bu ölkədən əliboş geri qayıtmaları Ermənistandakı daxili gərginliyi daha da artırıb. Odur ki, müstəqil iqtisadçılar həyəcan təbili çalaraq, Ermənistan hakimiyyətini ölkəni yuvarlatdıqları bu acınacaqlı vəziyyətdən xilas etməyə çağırırlar.
“Neftin dünya bazarında satış qiymətinin kəskin şəkildə aşağı düşməsi və rus rublunun dəyərini itirməsi Ermənistan iqtisadiyyatına güclü zərbə vurub”. Bunu “www.lragir.am” saytına müsahibəsində iqtisadçı-ekspert Vardan Bostancyan bildirib.
“Hazırda bu iqtisadi geriləmə bütün sahələrdə özünü açıq şəkildə büruzə verir. Əslində, bu, ölkə iqtisadiyyatı üçün yeni hal deyil və uzun müddətdən bəri müşahidə edilirdi. Hakimiyyət hər dəfə xalqı yalan vədlərlə aldatmağa çalışsa da, bunun qarşısını almaq mümkün olmadı. İndi hamı öz əməkhaqqından narazıdır, çünki vəziyyət getdikcə daha da ağırlaşır və əhali aldığı məvaciblə öz gündəlik tələbatını ödəməkdə belə çətinlik çəkir”, - deyə Vardan Bostancyan vurğulayıb.
İqtisadçı daha sonra qeyd edib ki, neftin satış qiymətinin belə aşağı düşməsi Rusiya üçün nə qədər arzuolunmazdırsa, bu, Ermənistan üçün də bir o qədər üzücüdür: “Biz istəsək də, istəməsək də bunu etiraf etməliyik ki, Ermənistan iqtisadiyyatının 85 faizi məhz Rusiya ilə bağlıdır”.
Vardan Bostancyanın sözlərinə görə, ailəsini dolandırmaq üçün qazanc dalınca ölkədən miqrasiya edən ermənilərin böyük əksəriyyəti Avropa ölkələrinə deyil, Rusiyaya üz tutduqları üçün indi çətin duruma düşüblər. “Əvvəllər miqrantlar heç olmasa, Rusiyada qazandıqları pulların bir hissəsini öz ailələrinə göndərə bilirdilərsə, indi ermənilər bu imkandan da məhrum olublar. Bir sözlə, vəziyyət getdikcə daha da pisləşir”, - deyən iqtisadçı hakimiyyəti təcili tədbirlər görməyə çağırıb, həmçinin, ölkə iqtisadiyyatını dirçəltmək üçün yeni yolların axtarılmasının vacibliyini vurğulayıb.
“Ermənistan öz problemlərini özü həll etməlidir və belə ağır vəziyyətdən çıxmaq üçün, ilk növbədə, daxili resurslarından səmərəli istifadə etməyi bacarmalıdır”, - deyən iqtisadçı daha sonra əlavə edib ki, hakimiyyət insan kapitalından da düzgün şəkildə istifadə etməyi bacarmalıdır.
“İnsan kapitalından öz təyinatına görə, düzgün şəkildə istifadə etməyi bacarmaq lazımdır. Amma Ermənistanda hər şey tərsinədir və bunun da nəticəsində ölkədə ciddi şəkildə qütbləşmə gedib. Bir qrup şəxs, - hansılar ki, qanunsuz yollarla özlərinə sərvətlər toplayıblar, - özünü çox ratah hiss edir. Əhalinin mütləq hissəsi isə yoxsulluq və səfalət içində çabalamaqdadır”, - deyə Vardan Bostancyan bildirib.
Onun sözlərinə görə, məhz ölkə iqtisadiyyatının strukturu Ermənistanı bugünkü acınacaqlı duruma gətirib çıxarıb.
“Bu gün Ermənistanda kənd təsərrüfatını inkişaf etdirmək üçün bütün lazımi şərait var. Bundan əlavə, sənayeni dirçəltmək, informasiya texnologiyaları sahəsində müəyyən irəliləyiş əldə etmək olardı. Lakin hakimiyyət bu sahələri inkişaf etdirmək üçün barmağını belə barmaq üstünə qoymayıb. Ən acınacaqlısı isə odur ki, bu gün erməni xalqı yalnız xidmət sahəsində fəaliyyət göstərməyə məhkumdur. Xidmət sferası ən aciz bir funksiyadır, ən aşağı bir sahədir ki, Ermənistan rəhbərliyi bunu öz xalqına rəva bilir. Halbuki biz dəyər yarada, məhsul istehsal edib, onu xarici bazarlarda sata bilərdik”, - deyə Vardan Bostancyan vurğulayıb.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49

