Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Misli Premyer Liqası: Mövsümün qalan hissəsində ən çox xal toplaya biləcək komanda bəlli olub

Misli Premyer Liqası: Mövsümün qalan hissəsində ən çox xal toplaya biləcək komanda bəlli olub

29.01.2025 [22:43]

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın 42 milli liqasında klubların cari mövsümün qalan hissəsində hər oyun üçün mümkün xal hesabını açıqlayıb.

AZƏRTAC CIES-in rəsmi saytına istinadən xəbər verir ki, komandaların hazırkı çıxışına əsasən tərtib olunan siyahıda Azərbaycan Premyer Liqası ilə bağlı statistika da yer alıb.

İlk pillədə ölkə çempionatının lideri “Qarabağ” qərarlaşıb. Ağdam təmsilçisində bu göstərici 2,57 xala bərabərdir. İkinci sırada liderin ən yaxın izləyicisi “Araz-Naxçıvan” yer alıb - 1,90.

“Sabah” (1,86) üçüncü, “Turan Tovuz” (1,85) dördüncü, “Zirə” (1,64) beşincidir.

Misli Premyer Liqasında sonrakı yerləri, müvafiq olaraq, “Sumqayıt” (1,03), “Neftçi” (1,01), “Şamaxı” (0,84), “Kəpəz” (0,61) və “Səbail” (0,54) bölüşdürür.

Paylaş:
Baxılıb: 246 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30