Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycan karate millisinin üzvləri ilə görüş keçirilib

Azərbaycan karate millisinin üzvləri ilə görüş keçirilib

30.01.2025 [22:27]

Azərbaycan Karate Federasiyasında idman karatesi (WKF) üzrə böyüklərdən ibarət milli komandanın üzvləri və məşqçilər heyəti görüş keçirib.

Qurumdan AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı yığma üzvlərinin problemləri dinlənilib, gələcək beynəlxalq yarışlarla bağlı müzakirələr aparılıb və müvafiq tövsiyələr verilib.

Federasiya rəhbərliyi, həmçinin yığmanın üzvü, “Tokio-2020” Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı İrina Zaretska ilə görüşüb. İdmançı 1 illik fasilədən (analıq məzuniyyəti) sonra qarşıdakı yarışlara hazır olduğunu bildirib.

Qeyd edək ki, son beynəlxalq yarışlarda fərqlənən, yüksək döyüş və əzm nümayiş etdirən karateçi Nuran Rzazadənin də maaşının artırılması ilə bağlı qərar qəbul edilib.

Paylaş:
Baxılıb: 222 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30