2020-ci ildən bəri keçirilən layihə
03.08.2024 [11:50]
Tarixin müxtəlif dövrlərində gender siyasəti bütün sahələrdə qadın və kişilərin bərabərliyini özündə ehtiva edib. Ölkəmizdə də gender bərabərliyi tendensiyasının başlanmasının tarixi uzun illərə gedib çıxır. Bu, özünü ilk növbədə 19-cu əsrin ortalarından başlayaraq qadınların savadlanması, sonra onların ictimai həyata xeyriyyəçi kimi qatılması ilə göstərib.
Məlum olduğu kimi, gender bərabərliyi ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişi və qadınların bərabərliyini nəzərdə tutur. Gender tendensiyası müxtəlif ölkələrdə özünü fərqli formalarda büruzə verib. Bütün sahələrdə qərar qəbul edilərkən gender bərabərliyinə nail olmaq üçün inkişaf etmiş Avropa dövlətlərində belə bir sıra qanunlar qəbul edilib, müəyyən addımlar atılıb. Amma hələ də dünya üçün gender bərabərliyinin təminatı aktual problem olaraq qalır.
Yanlış təbliğatlar...
Təəssüf ki, bəzi hallarda yanlış təbliğat səbəbindən gender bərabərliyi adı altında bir çox ailənin dağıldığına şahid oluruq. Ailə dəyərlərini qorumaq üçün Azərbaycan xalqı bu adət-ənənəni nəsildən-nəslə ötürüb, qoruyub, saxlayıb. Ancaq bəzən mentalitetlə ailə dəyərləri səhv salınır. Mentaliteti insanların yaratdığını bilmək mütləqdir. Ailə dəyərləri isə qədimdən bu günümüzə qədər nəsildən-nəslə ötürülərək gəlib çatıb.
Qadın və kişinin özünə xas xüsusiyyətləri var. Bu xüsusiyyətlər bir-birini tamamladıqda gözəl olur. Təəssüflər olsun ki, ölkəmizdə gender bərabərliyi adı altında yanlış təbliğat aparılır. Bu da dağıdıcı xarakter daşıyır.
Bir çox hallarda gender bərabərliyi deyəndə insanlar bunu yalnız qadın hüquqlarının qorunması kimi başa düşür. Lakin bir məqamı etiraf edək ki, cəmiyyətdə yalnız qadınların deyil, eyni zamanda, kişilərin də hüquqları pozulur. Əsas olaraq öz konsepsiyamız olmalıdır. Maarifləndirmə işləri aparılmalı, istər bağçalarda, istər məktəblərdə, istərsə də ali təhsil müəssisələrində tədbirlər keçirilməlidir. Eyni zamanda, gender məsələlərinin mahiyyəti cəmiyyətin yetişən gəncliyinə başa salınmalıdır.
Gender bərabərliyinin təmini üçün görülən işlərdən, xüsusilə, regionlarda yaşayan qadınlar, həmçinin kişilər o qədər də məlumatlı deyillər. Qadınların evlə bağlılığı, ana olaraq məsuliyyətlərinin daha çox olmasından irəli gələn problemlər onlara imkan vermir ki, qabağa getsinlər. Təbii ki, söhbət kişinin üzərinə daha çox məsuliyyət götürməli olduğundan getmir. Sadəcə ailədə məsuliyyət bölüşdürülməlidir. Bu baxmdan kişilərində maarifləndirilməsinə ehtiyac var ki, bu, onların düşüncə tərzinin dəyişməsinə təsir göstərsin.
“Atalar məktəbi - məsuliyyətli atalığa doğru”
Gender bərabərliyindən danışmışkən, ölkəmizdə 2020-ci ildən etibarən həyata keçirilən layihəni xüsusilə qeyd etmək yerinə düşər. Belə ki, bu yaxınlarda ölkəmizin bir çox bölgələrində “Atalar məktəbi - məsuliyyətli atalığa doğru” təliminə yenidən start verilib. Təlim Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar Agentliyi (UN Women) tərəfindən həyata keçirilən “Avropa İttifaqı gender bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində həyata keçirilir.
Bu il 6 regionda keçiriləcək
Layihə bu il İsmayıllı, Mingəçevir, Bərdə, Lənkəran, Sabirabad və Quba olmaqla, ümumilikdə, 6 regionu əhatə edir. Hər regionda 5 həftə ardıcıl davam edəcək atalar məktəblərindən ümumilikdə 150-dən çox gənc ata və ata olmağa hazırlaşan şəxs faydalanacaq.
Quba rayonunda layihənin əhatə etdiyi regionlardan seçilmiş mütəxəssislərin bilik, bacarıq və məlumatlılığının artırılması məqsədilə təlim sessiyaları təşkil edilib. Sessiyalar gender bərabərliyinin təmin olunmasında ataların rolunun əhəmiyyəti, gənc ata və ata olmağa hazırlaşan şəxslərin maarifləndirilməsi yolu ilə gender əsaslı cins seçimi və digər zərərli təcrübələrlə mübarizə, məsuliyyətli atalığın düzgün aşılanmasını təmin etmək üçün təlim metodologiyalarının hazırlanması kimi mövzular üzərində qurulub.
Atalar məktəblərində keçiriləcək seminarlar ailə planlanmasının sağlam cəmiyyətin formalaşdırılmasındakı rolu, sağlam ailə modeli və gender bərabərliyi prinsiplərinə əsaslanan dəyərlər, qız övladının dəyərinin təşviqi yolu ilə ailələrdə oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması, uşaqlara qulluq və qayğı, eləcə də digər məişət öhdəliklərinin kişi və qadın arasında bərabər bölgüsü, ataların icmaları daxilində şəbəkələşməsinin əhəmiyyəti kimi mövzuları əhatə edəcək.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

