Milli ruhda tərbiyə...
07.09.2023 [10:50]
Gənclərə vətənpərvərlik hissləri necə aşılanır?
Yeganə BAYRAMOVA
Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi cəmiyyətin inkişafının bütün mərhələlərində aktualdır. Vətənpərvərliyin məzmunu əsas etibarı ilə doğma yurd, ?ətən anlayışlarını əks etdirir. Qədim tarixə və dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının inkişaf etməsində milli şüurun və vətənpərvərlik hisslərinin müstəsna rolu olub. Xüsusən son illər regionumuzda və bütövlükdə dünyada gedən proseslər göstərir ki, gənclərimiz nə qədər milli ruhda inkişaf etsə, bir o qədər vətənpərvər olar.
İkinci Qarabağ müharibəsi göstərdi ki, müstəqillik dövründə yetişən gənclik sözün əsl mənasında milli mənlik şüuru və vətənpərvərlik hisslərinin daşıyıcılarıdır. Ölkəmizdə gənclərin milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə edilməsi, onların vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi üçün çox vacib addımlar atılıb.
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, cəmiyyət milli mənlik şüuruna, vətənpərvərlik hisslərinə malik gəncləri yetişdirir. Xüsusən, ailələr öz övladlarının tərbiyəsində mühüm rol oynayırlar: “Əlbəttə ki, hər bir ailə öz övladlarının vətənpərvər ruhda böyüməsində, milli mənlik şüuruna malik olmasında maraqlıdır. Azərbaycan ailəsi belə ali hisslərə sahib övladlar yetişdirmək üçün çalışır. Çünki bu ali hisslərin qorunub-saxlanması bizə ata-babalarımızdan bir ənənə şəklində miras qalıb. Bizim üçün ən böyük dəyər məhz vətənpərvərlik, Vətənə bağlılıqdır”.
Sağlam vətənpərvərlik...
Ə.Qəşəmoğlu qeyd edib ki, müstəqil dövlətin qarşıya qoyduğu mühüm vəzifələrdən biri ölkə əhalisi arasında sağlam vətənpərvərlik hisslərinin inkişaf etdirilməsidir: “Bu, çox mühüm məsələlərdən biridir. Dünyada qloballaşma getdikcə hər bir ölkədə ən böyük silah, ən böyük özünümüdafiə qabiliyyəti və tərəqqi üçün ən mühüm olan amil məhz vətənpərvərlik hissidir. Vətənpərvərlik olmayan ölkə nə özünü müdafiə edə, nə də inkişaf edə bilər. Bu səbəbdən müstəqil dövlətin qarşıya qoyduğu mühüm vəzifələrdən biri ölkə əhalisi arasında sağlam vətənpərvərlik hisslərini inkişaf etdirməkdir.
Sağlam vətənpərvərlik nədir? Bu elə bir hissdir ki, bu hisslə yetişən gənc həm öz ölkəsinə, həm də dünyaya töhfə verə bilir. İlk əvvəl hər kəs öz vətənini sevməli, xarici qüvvələrin təsiri altına düşməməli, yalnız xalqı üçün çalışmalıdır. Bu sahədə Azərbaycan xalqının çox böyük üstünlüyü var. Çünki fəxr edə biləcəyimiz böyük keçmişə malik dövlətik. Tariximiz qədimlərə dayanır. Əlavə olaraq dünya ədəbiyyatına, elminə, texnologiyanın inkişafına mühüm töhfələr verən alimlərimiz var. Vətənpərvər olmaq üçün hər bir gənc öz dövlətinin tarixi nailiyyətlərini dərindən öyrənməlidir”.
Gənclər dövlətin gələcək sütunlarıdır...
Sosioloqun sözlərinə görə, bir xalqın, millətin təşəkkül tapmasında onun gənclərinin necə tərbiyə aldığı, vətənpərvər olduğu, milli-mənəvi dəyərlərə bağlılığı böyük önəm kəsb edir: “Gənclər, yeniyetmələr xalqın, millətin, dövlətin gələcək sütunlarıdır. Onlar bu gün necə yetişirlərsə, gələcəkdə bütün sahələrdə dövləti eləcə də irəli aparan insanlardırlar. Ona görə də, onlarla işin görülməsi, onların bütün sahələrdə hərtərəfli inkişafı, əsasən də təhsili, mədəni dəyərləri qavraması, kökünə, soyuna bağlı olması əsas vəzifələrdən biridir”.
Ə. Qəşəmoğlu bildirib ki, ölkə başçısının tapşırıq və tövsiyələrini əldə rəhbər tutan təhsil müəssisələri, təhsil işçiləri, eləcə də əsas fəaliyyəti gənclərlə iş olan digər qurumlar insana xas keyfiyyətlərin ən üstünü olan vətənpərvərlik hissinin gənclərə aşılanmasına böyük diqqət yetirirlər: “Razılıq hissi ilə qeyd etmək olar ki, son illər ölkədə gənclərlə aparılan vətənpərvərlik tərbiyəsi işinin bir sistemi formalaşıb, bu iş məzmun və forma cəhətdən xeyli zənginləşib. Həyata keçirilən tədbirlər silsilə xarakter alıb. Bütün bunlar isə təbii ki, aparılan tərbiyə işlərinin nəticəyönümlülüyünə müsbət təsir edir”.
Qəhrəmanlarımız nümunə kimi göstərilməlidir
Sosioloqun fikrincə, gənclərlə aparılan vətənpərvərlik tərbiyəsi işinin mühüm istiqamətlərindən birini də ayrı-ayrı şəxsiyyətlərin, milli qəhrəmanların nümunə olaraq göstərilməsidir: “Tariximizdə, müasir dövrümüzdə həyatı gənclərə vətənpərvərlik nümunəsi olan şəxsiyyətlər çoxdur. Təhsil ocaqlarında milli qəhrəmanlarla, Qarabağ uğrunda savaşda böyük igidliklər göstərmiş Vətən oğulları ilə keçirilən görüşlər olduqca mühümdür. Onların həyat və döyüş yolu ilə gənclərin yaxından tanış edilməsi də gənclərdə vətənpərvərlik hisslərinin tərbiyəsinə güclü təsir göstərən amillərdəndir. Vətənpərvərlik tərbiyəsi Vətəni sevməkdən qaynaqlanır. Vətəni sevmək üçün isə onu yaxşı tanımaq, yeraltı və yerüstü sərvətlərinə, tarixdən boy alıb gələn maddi-mədəniyyət abidələrinə, adət və ənənələrimizə dərindən bələd olmaq lazımdır. Sevindirici haldır ki, son illər bu sahədə işlər xeyli canlanıb, belə tərbiyə işlərinin əsas mərkəzləri olan tarix-diyarşünaslıq muzeylərinin sayı artıb”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

