Qarabağ həsrəti
20.11.2010 [10:48]
Bir gün bir igidin ayaq səsləri eşidildi bu müqəddəs torpaq üstündə. Yoxsa Qarabağın gözlədiyi bu idi? Bir həyəcan keçdi içindən. çiçəklər sanki gülümsədi, dağlar titrədi, torpaq hökm etdi, o an şimşəklər çaxmaq istədi, ana Vətənin qoynunda səslənən doğma addımlara. Səssizlik içinə qərq olmuş bu torpaq bir daha çalxalanmaq istədi, bir daha qərq olmamaq üçün sükunətə. İgid addımlarını mətanətlə basdı doğma yurdunun qan bağrına. O qədər əmin və cəsarətli addımlar, o qədər doğma hərarət idi ki, Qarabağ onu Vətəndən ayıran sərhədlərin yıxılacağını, qan bağlamış bağrına məlhəm olacağını düşündü. Gecə o qədər aydın, ulduzlar o qədər parlaq idi ki... İgidin gözlərində daha parlaq bir ulduz yanırdı-həsrətdə qovrulmuş Qarabağ. İgid də əsir yurdun üstünə gün doğurmuşdu bu zülmət gecədə- aşılmaz dağlar aşmış, imkansızı mümkün etmişdi-Qarabağa gəlmişdi. Qarabağa həsrətlə baxarkən qarşısına çıxan 52 faşisti sildi torpaqlarımızdan. Bir az da olsa, təmizləndi Qarabağ. Sanki rahatladı bir an da olsa, Azərbaycanın and yeri əsir yurdumuz! Bu igid Mübariz İbrahimov idi. O gün doğmuş aylı gecədə şəhid oldu igidimiz. Gözlərini yumarkən həsrətlə baxdı Qarabağına. Qarabağ yenə çarəsiz, yenə o sükunətin içinə qərq olmağa məhkum. Amma bu son deyildi. Qarabağ həsrətiylə yanan qəlblərdə Vətən eşqi çağlayır. Və bu eşqə qəhrəmanlıq yazısı qarışır: Savaş və şəhidlik türkün qismətinə yazılmış! Mübariz İbrahimov kimi. Yaddaşlara, qəlblərə, duyğulara hopur bu qəhrəmanlıq.
Əminəm ki, bir gün Mübariz kimi Azərbaycanın mərdləri, igidləri içlərində Vətən eşqi Qarabağın zəncirlərini qırmağa qalxacaqlar.
Bir gün qovuşacaq ana Vətənimizə və bir gün güləcək Qarabağ. Başında əsən yelləri qovacaq, qədərinə yox deyib azad olacaq, sevinc dolu bir qəlbə çevrilib bütün dünya azərbaycanlılarının köksündə çarpacaq Qarabağ!!!
Ayla Məmmədova
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05

