Azərbaycan - Vyetnam: Qarşılıqlı münasibətlərdə yeni səhifə
13.05.2025 [10:57]
Azərbaycanla Vyetnam coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşsə də, iki ölkə arasında qarşılıqlı münasibətlər dövlətlərin siyasi qətiyyətinə və cəmiyyətlərin istəyinə uyğun olaraq uğurla inkişaf edir. Diplomatik münasibətlərin qurulduğu son otuz ildə siyasi dialoq, iqtisadi əməkdaşlıq, o cümlədən energetika, müdafiə sənayesi, ticarət, mədəni-humanitar və digər sahələrdə yaxşı nəticələr əldə edilib. Bu günlərdə Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın respublikamıza baş tutan uğurlu səfəri çərçivəsində isə “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” qəbul edilib. Bu, hər iki tərəfin münasibətləri daha yüksək səviyyəyə qaldırmaq istəyinin əyani təsdiqidir. “...İmzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır”, - deyə Prezident İlham Əliyev mətbuata bəyanatında vurğulayıb.
Münasibətlərin tarixi...
Azərbaycanla Vyetnam arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. To Lamın respublikamıza baş tutan səfəri iki ölkə arasında diplomatik münasibətlər qurulduqdan sonra Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana ilk səfəridir. Beləliklə, qarşılıqlı münasibətlərdə yeni bir səhifə açılır. Bu, Azərbaycanla bütün sahələrdə əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsində Vyetnamın qətiyyətli olduğunu nümayiş etdirir. To Lam mətbuata bəyanatında ölkəsi ilə Azərbaycan arasında dostluq münasibətlərinin 1959-cu ildən başladığına xüsusi diqqət çəkib. “Şadıq ki, ölkələrimizin münasibətləri Prezident Ho Şi Minin Azərbaycana 1959-cu ildə səfəri ilə başladı”, - deyə qonaq məmnunluqla bildirib.
Bu səfərin xatırlanması heç də təsadüfi deyil. O dövrdə Vyetnamda vəziyyət ağır idi. Uzun illər ərzində Fransa kimi istilaçı dövlətlərin müstəmləkəçilik siyasətindən əziyyət çəkmiş ölkənin bərpasına ciddi ehtiyac var idi. Biz qürur duyuruq ki, zamanında çətinliklərlə üzləşən Vyetnamın quruculuq prosesində Azərbaycanın da xüsusi rolu olub. Vyetnam tam azad olandan və birləşəndən sonra neft-qaz sənayesinin qurulmasında Azərbaycan neftçiləri tarixi xidmətlər göstəriblər.
Ciddi əməkdaşlıq potensialı
Tarixi zəmin və tərəflərin xoş məramı əsasında qurulan Azərbaycan-Vyetnam münasibətləri hazırda çoxşaxəvi səciyyə daşıyır. Prezident İlham Əliyev bildirib ki, bizim birgə səylərimiz nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var. Səfər çərçivəsində baş tutan tədbirlərdə ayrı-ayrı istiqamətlər üzrə əməkdaşlıq imkanları geniş müzakirə olunub. Həmçinin Bakıda imzalanan sənədlər əlaqələrin əhatə dairəsinin genişləndirilməsi üçün möhkəm hüquqi əsaslar yaradır. Tərəflər iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verirlər. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. Sözsüz ki, bu həcm mövcud potensialla adekvatlıq təşkil etmir. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında perspektiv əməkdaşlığın bir sıra mühüm istiqamətlərinə diqqət çəkib. Energetika sahəsində imzalanmış sənədlər və aparılan müzakirələr deməyə əsas verir ki, yaxın gələcəkdə bu sahədə əməkdaşlıq daha da genişlənəcək. Qarşılıqlı sərmayə qoyuluşu aktual müzakirə mövzusudur. Artıq göstəriş verilib ki, müvafiq qurumlar həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri ilə bağlı konkret addımlar atsınlar.
Hökumətlərarası Komissiyanın iclası uzun illərdir ki, keçirilmir. Artıq bununla bağlı razılıq əldə olunub. İclasın tezliklə keçirilməsi bu və digər istiqamətlər üzrə mümkün əməkdaşlığı daha da sürətləndirəcək. Prezident İlham Əliyev mətbuata bəyanatında mühüm bir məsələyə ayrıca diqqət çəkib. Söhbət ticarət dövriyyəsinin şaxələndirilməsindən gedir. Təəssüf doğuran haldır ki, ticarət dövriyyəsinin dinamikası Azərbaycanın Vyetnama neft satışından asılıdır. “Əlbəttə, biz ticarət dövriyyəmizi daha da balanslaşdırılmış formada görmək istərdik və bunun üçün, təbii ki, qarşılıqlı informasiya mübadiləsi lazımdır. Hansı layihələr ölkələrimizdə həyata keçirilir, investisiya imkanları nədən ibarətdir, qaydalar, qanunvericilik bazası, vergi inzibatçılığı - bütün bu məsələlər biznes dairələri üçün gərək aydın olsun. Belə olan halda əminəm ki, ticarət dövriyyəsi təkcə neft amilindən asılı olmayacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Perspektivli əməkdaşlıq istiqamətlərindən biri bərpaolunan enerji sahəsidir. Həmçinin müdafiə sənayesi sahəsində çox böyük potensial var. Prezident İlham Əliyevin bildirdiyi kimi, hər iki ölkədə sənayenin bu istiqaməti kifayət qədər inkişaf edib. Burada da səylərin birləşdirilməsi, birgə müəssisələrin yaradılması və qarşılıqlı əməkdaşlıq fayda gətirə bilər. Eyni zamanda, hər iki ölkə həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarəti stimullaşdırmaq imkanlarına malikdir.
Beş mühüm təklif...
Öz növbəsində Vyetnam lideri Birgə Bəyanatda əks olunan müddəaların səmərəli icrası məqsədilə beş təklif irəli sürüb. Bunlar aşağıdakılardır:
-Birinci məsələ partiya, dövlət, parlament və rayonlar kimi bütün səviyyələrdə əlaqələri və təmasları fəallaşdırmaqdır.
-İkincisi, hökumətlərarası komissiya vasitəsilə ticari-iqtisadi əməkdaşlığı fəallaşdırmaq.
-Üçüncüsü, müdafiə və təhlükəsizlik sahələrində əlaqələri fəallaşdırmalıyıq, informasiya təhlükəsizliyi, transmilli cinayətkarlıq və kibercinayətkarlıqla mübarizə sahələrində münasibətlərimizi inkişaf etdirməliyik.
-Dördüncüsü, mədəniyyət, idman və turizm, təhsil, xalqlararası təmaslar və regionlar sahələrində əməkdaşlığı genişləndirməliyik.
-Beşincisi, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparmalıyıq və BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Toplantısı kimi təşkilatlarda bir-birimizi dəstəkləməliyik.
Bəli bu təkliflər, əldə olunan razılaşmalar, perspektiv planlar yeni dövrdə ən mühüm siyasi-iqtisadi aktorlardan birinə çevrilən Azərbaycanın Vyetnam ilə əlaqələrində yeni səhifələr açır...
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDiaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12

