Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İstanbulda “Qüds və hazırkı mərhələnin çağırışları” mövzusunda konfrans keçirilir

İstanbulda “Qüds və hazırkı mərhələnin çağırışları” mövzusunda konfrans keçirilir

30.11.2016 [09:27]

Noyabrın 29-da Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə İstanbulda “Qüds və hazırkı mərhələnin çağırışları” mövzusunda konfrans işə başlayıb.
Konfransda Azərbaycanı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov təmsil edirlər.
Əvvəlcə “Qurani-Kərim”dən ayələr oxunub.
Konfransın rəsmi açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, Parlamentlərarası Qüds Platformasının rəhbəri Hamid əl Ahmar və digərləri çıxış ediblər.
Çıxışlarda 29 noyabr - Fələstin xalqı ilə Beynəlxalq Həmrəylik Gününün tarixi əhəmiyyətinə toxunulub. Əminliklə ifadə olunub ki, bu konfrans Fələstin xalqı ilə beynəlxalq həmrəyliyin möhkəmlənməsinə və Yaxın Şərq probleminin sülh yolu ilə ədalətli həllinə töhfə verəcək. Parlamentlərarası Qüds Platformasının gələcək fəaliyyətinin daha səmərəli olması ilə bağlı maraqlı təkliflər səsləndirilib.
Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın iştirakı ilə keçirilən növbəti iclasda çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov son illər Fələstin dövlətinə və xalqına göstərilən beynəlxalq dəstəkdən məmnunluq ifadə edib. Fələstinin müşahidəçi statusu ilə BMT-də təmsil olunmasını və UNESCO-ya üzv qəbul edilməsini dünya ictimaiyyətinin Fələstin xalqına göstərdiyi dəstəyin nəticəsi kimi dəyərləndirən Ziyafət Əsgərov bildirib ki, Azərbaycan xalqı bundan sonra da dost Fələstin xalqına və dövlətinə hərtərəfli, o cümlədən beynəlxalq tədbirlər səviyyəsində dəstəyini davam etdirəcək. O, əminliklə qeyd edib ki, mövcud proses bu bölgədə sülh və əmin-amanlığın bərpa olunmasına müsbət təsirini göstərəcək.
Tədbirdə Fələstin xalqının azadlıq mübarizəsini və 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdinin ağır nəticələrini əks etdirən sənədli filmlər nümayiş olunub.
Konfrans noyabrın 30-da işini davam etdirəcək.

Paylaş:
Baxılıb: 418 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Dünya

Dünya

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30