Ermənistan diplomatiyasına növbəti ləzzətli şapalaq dəydi
26.01.2017 [09:45]
Ermənistan diplomatiyasına növbəti ləzzətli şapalaq dəydi. Bu ölkənin nümayəndə heyətinin Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu təsdiq edən qətnamənin AŞPA-da qəbul edilməsinə yol verməmək üçün göstərdiyi bütün cəhdlər iflasa uğradı. Yanvarın 24-də plenar iclasda Ukrayna nümayəndə heyətinin başçısı, elm, mədəniyyət, təhsil və media komitəsinin sədri Vladimir Aryevin “Avropada jurnalistlərə və mətbuat azadlığına hücumlar” mövzusunda məruzəsi dinlənilib.
Ermənistan nümayəndə heyətinin öz ampluasına uyğun coşub özündən çıxması ilə müşayiət olunan dinləmələrin və sərt müzakirələrin yekunlarına görə qəbul edilən qətnamənin 9-cu bəndində Dağlıq Qarabağın Azərbaycana, Abxaziya və Cənubi Osetiyanın Gürcüstana, Dnestryanı bölgənin Moldovaya məxsus olması növbəti dəfə təsdiq edilib, həmin əraziləri nəzarətdə saxlayan rejimlərin separatçı mahiyyəti (“de facto controlled by separatist regimes”) qabardılıb, bu ərazilər “qanunsuzluğun hökm sürdüyü tamamilə qeyri-şəffaf zonalar” (“totally non-transparent and lawless areas”) adlandırılıb. Ermənistan nümayəndə heyətinin bu müddəaları çıxarmaq ilə bağlı düzəliş etmək üçün iki uğursuz cəhdi təyini-müqəddərat nəzəriyyəsindən infuzoriya və amöb mütəxəssisi Şavarş Koçaryandan daha yaxşı başı çıxan AŞPA üzvlərinin əksəriyyəti tərəfindən rədd edilib. Yolunu azaraq səhvən XİN-ə gəlib çıxmış Ş.Koçaryan bu yaxınlarda tarix sahəsində bilikləri ilə “parlayaraq” xatırladıb ki, Azərbaycan Respublikası dünyanın xəritəsində cəmi 100 il əvvəl yaranıb, amma o, əlavə etməyi unudub ki, Ermənistan Respublikası da elə həmin xəritədə ilk dəfə nə bir gün tez, nə də bir gün gec, məhz həmin gün peyda olub. Cəhənnəm olsun Koçaryan. İndi o, ölkəsi üçün növbəti rüsvayçı qətnamədə uzun müddət “konfet” axtarmalı olacaq.
Biz prinsipial mövqeyinə və Ermənistan nümayəndə heyətinin şantaj və təhdidlərindən çəkinmədiyinə görə məruzəçi Vladimir Aryevə təşəkkür edirik, Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətini və daimi nümayəndəlikdəki diplomatlarımızı bu sanballı işə görə təbrik edirik.
Fürsət düşmüşkən, Aryevə təzyiqlər barədə: Ermənistan nümayəndə heyətinin marginal səviyyəsini və onun xanım üzvlərinin küçə qadınları kimi vay-şüvən qoparmaq istedadını belə bir fakt da təsdiq edir ki, nüfuzlu məruzəçini guya onun ulu nənəsinin “azərbaycanlı” olmasında ittiham ediblər (məhz ittiham ediblər). Ah bu “azərbaycanlı ulu nənələr!” Gör onlar nə boyda “fəlakətə” səbəb olublar, bədbəxt ermənilərin nə qədər qanını içiblər! Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü xanım Rustamyana çətin çatsın ki, hesabat müəllifinin təkcə ulu nənəsi deyil, lap bütün nəsli azərbaycanlı olsa belə, onun məruzəsi AŞPA-nın BÜTÜN tərkibinin sərverməsinə çıxarılır və burada da belə deyək də, heç də hamının nəsil şəcərəsində “azərbaycanlı ulu nənə” kimi bir sərvət yoxdur və onların azad səsvermə zamanı ulu nənənin “iz qoyduğu” bəndlərdə ermənilərin düzəlişlərini dəstəkləmək imkanı var.
Ancaq burası da var ki, Şavarş Koçaryanın və bütün Ermənistan nümayəndə heyətinin səviyyəsindən intəhasız danışmaq olar.
Qəbul edilmiş qətnamə ilə bağlı Emin Hüseynov başda olmaqla, siyasi mühacirlər sırasından bir qrup üzüdönüyün səylərini xatırlamaq da xüsusi aktuallıq kəsb edir. Onlar bu günlərdə AŞPA-ya müraciət edərək, qurumu bütün Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu dayandırmağa çağırıblar. Hesab etmək olar ki, bu addım belə mühüm səsvermə ərəfəsində, əvvələn, sifarişçilərin qrantlarının əvəzini ödəmək, ikincisi, sözügedən qətnaməni darmadağın etməkdə erməni nümayəndə heyətinə kömək etmək məqsədi ilə atılıb. Bu petisiyanı imzalayan “vətəndaş cəmiyyətinin fəalları” deyilən 58 nəfər arasında yaxın günlərdə Prezident İlham Əliyevin Fərmanı ilə əfv olunanlar çoxdur.
AZƏRTAC
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49

