Bakıda keçirilən beynəlxalq İbn Ərəbi simpoziumunun iştirakçıları Qobustanda olublar
10.10.2009 [09:52]
Simpoziumda iştirak etmək üçün paytaxtımıza gələn ABŞ, Böyük Britaniya, Fransa, İspaniya, Rusiya, Misir, Türkiyə, İran, Suriya, Əlcəzair, Latviya, Qazaxıstan və başqa ölkələrin aparıcı elm adamlarına burada ilk olaraq “Qobustan” sənədli filmi təqdim edilib. Dünyanın nadir möcüzələrindən olan Azərbaycanın Qobustan qayaüstü rəsmlərindən, bu qədim abidənin tarixindən və hazırkı vəziyyətindən bəhs edən film iştirakçılar tərəfindən maraqla qarşılanıb. Əməkdar artist Natiq Şirinovun rəhbərliyi ilə “Ritm” nağaraçılar qrupunun ifası da iştirakçılarda xoş əhval-ruhiyyə oyadıb.
Burada qonaqlara məlumat verilib ki, Bakıdan 65 kilometr aralıda yerləşən bu qoruqda qədim dövrlərə aid qayaaltı sığınacaqlar, kurqanlar və qayaüstü təsvirlər aşkar olunub. Qobustan qayalarında insan, heyvan, kollektiv əmək, qayıq şəkilləri, döyüş və ov səhnələri təsvir edilib. Oyma, sürtmə, çapma və cızma üsulları ilə çəkilmiş təsvirlərin ən qədimləri eramızdan əvvəl 8-ci minilliyə aiddir.
Bildirilib ki, Qobustanda 100 mindən artıq arxeoloji materiallar tapılıb. Buradakı Qavaldaş daş dövründə yaşamış qədim insanların istifadə etdiyi musiqi alətidir. Qobustan qayalarında qədim Azərbaycanın “Yallı” rəqs səhnələri təsvir olunub. Bu rəqsin uğurlu ov üçün ovsun mərasimi olduğu bildirilib. Diqqətə çatdırılıb ki, qayalardakı Roma yazısı eramızın 81-96-cı illərinə aiddir və altı sətirdən ibarətdir. Bu, Roma imperatoru Domisianın dövründə 12-ci Roma legionunun burada olduğunu göstərir.
Məlumat verilib ki, Qobustan qoruğu dünya əhəmiyyətli tarixi abidədir və 2007-ci ildə YUNESKO-nun Maddi-Mədəni İrs siyahısına daxil edilib.
Qayaüstü təsvirlərə heyran qalan İslam Konfransı Təşkilatı Parlament Assambleyasının baş katibi, türkiyəli ptofessor Mahmud Erol Kılıc deyib: “Azərbaycan insan yaranışından bugünədək bəşər tarixinin bütün dövrlərinə aid tarixi-arxeoloji abidələrlə zəngin bir ölkədir. Qobustan sirli-sehrli bir diyar, qədim qayaüstü təsvirlər və ilk insan düşərgələri və s. tarixi abidələrlə zəngin arxeoloji məkandır. Bu gün dünya tarixçiləri belə bir fikir irəli sürürlər ki, bir çox xalqlar hazırda yaşadıqları ərazilərə qədim zamanlarda buradan köç etmişlər. Burada olmaq mənim üçün çox xoşdur. Bu möhtəşəm abidənin, tarixi məkanın bütün dünyaya tanıdılması olduqca vacibdir”.
Türkiyəli qonaq, həmçinin bildirib ki, dünyada olduqca məşhur, İslam filosofları arasında əvəzsiz yeri olan İbn Ərəbi özündən sonra 800-ə yaxın əsər qoyub gedib: “Onun yazdığı bu əsərlər bu gün də dünyada məşhurdur. Onun əsərləri haqında dünyanın hər yerində müxtəlif tədbirlər, konfranslar keçirilib. Belə möhtəbər alimlərin əsərlərini, tapıntılarını böyük zəhmətlər hesabına öz xalqının övladlarına tanıdan, təqdim edən dünya alimlərindən biri də Azərbaycanın ilk qadın şərqşünası Aida İmanquliyevadır. Onun 70 illik yubileyi ərəfəsində qardaş ölkədə keçirilən bu simpoziumda dinləyəcəyimiz hər bir məruzə söz və fikir xəzinəsinə verilmiş ən dəyərli töhfə kimi qiymətləndirilməlidir. Ona görə ki, Aida xanım kimi alimlər min bir zəhmət hesabına Şərqin böyük söz sərraflarının əsərlərini tədqiq edib və onların yoluna işıq salıblar. Bütün bunların fonunda demək olar ki, biz Bakıya olduqca şərəfli bir iş üçün gəlmişik. Burada Şərq və Qərb sivilizasiyalarının dialoqu, qarşılıqlı təsiri və əlaqələri sahəsində Azərbaycan aliminin apardığı tədqiqatlarla, göstərdiyi xidmətlərlə, bütövlükdə onun zəngin irsi ilə yaxından tanış ola biləcəyik”.
Xəbər lenti
Hamısına baxGündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58

