/ / Hikmət Babaoğlu: Avropa Parlamentində təcili “qətnamə”nin qəbulu anti-Azərbaycan mərkəzlərin yazdığı siyasi ssenaridir
Hikmət Babaoğlu: Avropa Parlamentində təcili “qətnamə”nin qəbulu anti-Azərbaycan mərkəzlərin yazdığı siyasi ssenaridir
18.01.2019 [15:35]
Avropa Parlamentində Mehman Hüseynovla bağlı təcili “qətnamə” qəbul olunması ilə əlaqədar tədbirin keçirilməsi ilk növbədə onu göstərir ki, elə əvvəldən Mehman Hüseynov məsələsi ölkəmizə qarşı anti-Azərbaycan mərkəzləri tərəfindən qurulmuş bir oyun, yazılmış bir siyasi ssenari idi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Deputat deyib: “Qısa bir zamanda bəlli oldu ki, Mehman Hüseynov aclıq aksiyasını dayandırıb. Özü onun vəziyyətinin yaxşı olduğunu bəyan etdi. Keçirdiyi aksiyanı dayandırdığını bildirdi. Hüquqlarının qorunduğunu, ona qarşı heç bir təzyiqin olmadığını ifadə etdi. Üstəlik, Azərbaycanda olan Avropa İttifaqına üzv ölkələrin diplomatik korpusların nümayəndəlikləri də orada oldular. Hadisəni təsdiq etdilər. Ancaq buna baxmayaraq, beynəlxalq Soros şəbəkəsi bu mövzudan əl çəkmək istəmir. Bunu Azərbaycana qarşı siyasi şantaj rıçaqına çevirməyə davam edir. Necə deyərlər Papadan artıq katolik olmağa çalışır. Ancaq həqiqət isə bundan ibarətdir ki, Azərbaycan dövləti üçün onun hər bir vətəndaşı qiymətlidir və kiməsə qarşı humanist davranmaq lazımdırsa, bunu artıqlaması ilə edir. Yetər ki, heç kəs azadlıq və hüquq məsələsini siyasi alver predmetinə çevirməsin”.
Hikmət Babaoğlunun sözlərinə görə, əgər bu “qətnamə”nin müəllifinin kimliyinə nəzər salsaq görəcəyik ki, burada birbaşa bütün post-sovet məkanında rəngli inqilabların müəllifi kimi tanınan Sorosun dəst-xətti aydın görünür. Rebekka Harms Sorosa yaxın olan şəxslərdən biridir. Bir sıra hallarda o, rəngli inqilabların ilhamvericisi və dəstəkvericisi qismində çıxış edib. Eyni zamanda, Avronestdə daima bu cür məsələləri dəstəkləyib.
“Analiz etsək görəcəyik ki, struktural formada beynəlxalq təşkilatlara yerləşdirilmiş Soros şəbəkəsi milli dövlətlərə qarşı müxtəlif inqilab ssenariləri yazmaqla, sabitliyi pozmaq, beləliklə, həmin dövlətlərin intellektual və maddi resurslarını mənimsəmək niyyətindədir. Düşünürəm ki, qısa müddətdə davam edən bu ssenari istər beynəlxalq ictimaiyyət, istərsə də Azərbaycan ictimaiyyəti tərəfindən düzgün əsaslarda dərk edildi, eyni zamanda, Soros şəbəkəsinin özünüifşası ilə nəticələndi. Bənzər ssenarilər vaxtaşırı təkrar edildiyi üçün fikrimcə, Azərbaycan ictimai şüuru bu cür hadisələrə qarşı siyasi immunitetə malikdir. Çünki bənzər ssenarilər dəfələrlə Azərbaycanın üzərində oynanılıb. Hamı bilir ki, bu cür ssenarilərin məqsədi xaos, qarşıdurma yaratmaq, beləliklə, Qarabağ probleminin həllini unutdurmaqdır” ”,- deyə baş redaktor vurğulayıb.
Azərbaycanın 2019-cu ildə problemin həlli ilə bağlı mühüm hədəflər müəyyənləşdirdiyini qeyd edən deputat bu məsələ ilə bağlı bir sıra yeni gözləntilərin olduğunu söyləyib. Məhz Azərbaycanın siyasi gündəmini dəyişdirib, bu məsələləri unutdurub demokratiya, insan hüquqları kimi süni məsələlərlə gündəm yaratmaq məqsədi ilə yazılmış bir ssenari həyata keçirilib. Ancaq Azərbaycan ictimaiyyəti nəyin doğru olduğunu daha dəqiq bilir və öz milli məqsədlərinə çatmaq üçün prinsipial mövqeyini davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37

