Azərbaycan polisi öz xidməti borcunu layiqincə yerinə yetirir
15.08.2019 [09:40]
Polis orqanları ictimai asayişi və vətəndaşların təhlükəsizliyini yüksək səviyyədə qoruyur
Dinamik inkişafa malik olan Azərbaycan ictimai-siyasi sabitliyin təmin olunduğu, pozitiv beynəlxalq imicə sahib olan ölkələr sırasında yer alır. Bu gün ölkəmiz, sözün əsl mənasında, sabitlik adası kimi xarakterizə olunur. Başqa sözlə, Azərbaycanın milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda hökm sürən sabitliyin əsasında duran başlıca faktor həyata keçirilən strateji kursun milli maraqlara tam cavab verməsidir. Bütövlükdə, Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsində, sosial rifahının daha da yaxşılaşdırılmasında, inkişafın davamlı olmasında mühüm rol oynayan amillərdən biri etibarlı təhlükəsizlik və sabitlik mühitidir. Təsadüfi deyil ki, beynəlxalq reytinq agentliklərinin hesabatlarında da ölkəmizdə mövcud olan etibarlı sabitlik, təhlükəsizlik mühiti öz əksini tapır və yüksək qiymətləndirilir.
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, ölkəmizdə ictimai asayişin qorunmasında, vətəndaşların təhlükəsizliyinin təmin olunmasında Azərbaycan polisinin öz xidməti borcunu böyük əzmlə və layiqincə yerinə yetirməsi müstəsna əhəmiyyətə malikdir. Əfsuslar olsun ki, Azərbaycanda sabitliyin pozulmasını istəyən antimilli ünsürlər, eləcə də radikal müxalifət, ayrı-ayrı qərəzli şəxslər Azərbaycan polisi haqqında həqiqəti əks etdirməyən, qərəzli, subyektiv mülahizələrə əsaslanan məlumatlar yayırlar. Təbii ki, bu cür cəhdlər Azərbaycan polisinə, bütövlükdə isə, dövlətimizə qarşı “qara piar” kampaniyasının tərkib hissəsidir. Reallıq budur ki, Azərbaycan polisi cəmiyyətin, dövlətin və bütövlükdə Vətənin keşiyində durub, öz vəzifə borcunu yüksək səviyyədə yerinə yetirir.
Qeyd edək ki, polis orqanları cari il ərzində də dövlətin qanuni mənafelərinin cinayətkar qəsdlərdən qorunmasında digər hüquq-mühafizə orqanları ilə birgə məqsədyönlü tədbirləri davam etdirib, kriminogen durumu bütövlükdə nəzarətdə saxlayıb. Bu kontekstdə bir məqama da xüsusi diqqət yetirmək lazımdır. Belə ki, Azərbaycan polisinin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin daha da artırılması istiqamətində məqsədyönlü tədbirlər uğurla davam etdirilir. Başqa sözlə, Daxili İşlər Nazirliyində və onun yerli orqanlarında təşkilati-kadr və struktur islahatları davamlı xarakter daşıyır. Daxili işlər orqanlarında peşəkarlığın artırılması və gənc kadrların hazırlığı istiqamətində də ardıcıl tədbirlər reallaşdırılır. Xüsusilə də, BMT, NATO, Avropa Şurası, ATƏT və digər beynəlxalq qurumların, həmçinin xarici ölkələrin təşkil etdiyi forum, müşavirə və treninqlərdə polis əməkdaşları iştirak edir, təcrübə mübadiləsi aparırlar.
Bütövlükdə, bu gün ictimai asayişi, vətəndaşların təhlükəsizliyini yüksək səviyyədə qoruyan, insanların qanuna uyğun davranışını təmin edən polis orqanlarının fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34

