/ / Bahar Muradova: Heydər Əliyev xalqımızın milli iftixarı, güvənc yerimiz və qürur duyduğumuz ən böyük azərbaycanlımızdır
Bahar Muradova: Heydər Əliyev xalqımızın milli iftixarı, güvənc yerimiz və qürur duyduğumuz ən böyük azərbaycanlımızdır
04.10.2019 [09:37]
Azərbaycanın son yarım əsrinin möhtəşəm tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. XX əsrin 70-ci illərindən etibarən Onun böyük səyləri sayəsində yeni inkişaf mərhələsini yaşamış Azərbaycan müstəqilliyimizin ilk dövründə üzləşdiyi çətinliklərdən də məhz bu dahi şəxsiyyətin mətinliyi və bənzərsiz siyasi iradəsi hesabına çıxaraq tərəqqi yoluna qədəm qoya bilmişdir.
Bunu “Trend”ə özəl açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. Sədr müavini bu gün Ulu Öndər Heydər Əliyevin ilk dəfə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildiyi möhtəşəm tarixi gündən 26 il ötdüyünü vurğulayaraq bildirib: “Prezident olduğu 10 il ərzində bir əsrin çərçivəsinə sığmayan fəaliyyəti ilə təkrarsız həyatının bütün mərhələlərində ali məqsədinin xalqa və dövlətə vicdanlı və əzmkar xidmət olduğunu və bu yoldan heç bir vaxt dönmədiyini sübut etmişdir. Bu bir həqiqətdir ki, məhz Onun sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Azərbaycanda demokratiyanın inkişafı və insan hüquqlarının qorunması, milli qanunvericiliyimizin təkmilləşdirilməsi, hüquqi və sosial-iqtisadi islahatların reallaşdırılması, nəhəng transmilli layihələrin reallığa çevrilməsi ilk növbədə Heydər Əliyev ideyalarından bəhrələnmişdir. Məhz Onun xeyir-duası və rəhbərliyi ilə həyata vəsiqə qazanmış və bu ideyalara ruh verən Yeni Azərbaycan Partiyası da yarandığı gündən etibarən ölkəmizin son onilliklərdə nail olduğu ən böyük uğurların carçısına, xalqımızın müqəddəs arzularının, sabaha olan ümidlərinin, müstəqilliyinin və azadlığının təminatçısına və beləliklə də, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilmişdir.
İşgüzar və mənəvi keyfiyyətlərlə fitri istedadın vəhdətini özündə ehtiva edən fövqəladə cəhətləri Ona ən çətin anlarda siyasi iradə nümayiş etdirərək xüsusilə ölkədə ictimai-siyasi sabitliyin əsaslarını formalaşdırmağa və xarici siyasətlə bağlı taleyüklü məsələlərin həllində əhəmiyyətli irəliləyişlərə nail olmağa imkan vermişdir.
Dünya siyasətinin və mədəniyyətinin kamil bilicisi kimi yüksək intellekti, ensiklopedik biliyi, analitik düşüncə tərzi ilə hər kəsi heyrətləndirən Heydər Əliyev təkcə Azərbaycan səviyyəsində deyil, eyni zamanda, qlobal miqyasda sözünün keçəri olan görkəmli mütəfəkkir və Tanrının siyasi fəhm kimi nadir keyfiyyətlə mükafatlandırdığı qüdrət sahibi olmuşdur. Bu mənada, O, xalqımızın milli iftixarı, güvənc yerimiz və qürur duyduğumuz ən böyük azərbaycanlımızdır.
Beləliklə, Heydər Əliyev xalqımızın əsrlər boyu qəlbində daşıdığı ən ümdə arzuları - Azərbaycanın əbədi müstəqil olması, qüdrətlənməsi, dirçəlişi və davamlı inkişafı yolunda bütün ömrünü sərf edərək Özünün möhtəşəm əsərini - müstəqil Azərbaycanı quraraq etibarlı əllərə əmanət etmişdir. Ona görə də Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələri, 1993-cü il oktyabrın 3-ü isə qüdrətli və zəngin Azərbaycan naminə sabitliyin, inkişafın və tərəqqinin başlanğıcı kimi xarakterizə edilir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur. Həyatımızı əhatə edən bu tarixi gerçəkliyin qərarlaşması birbaşa Heydər Əliyevin fövqəladə xidmətlərinin nəticəsidir və bu xidmətlər kənarında Azərbaycanın müasir tarixi təsəvvür belə oluna bilməz.
Xoş amalları və əməlləri ilə qədirbilən xalqımızın tükənməz sevgisini qazanmış Ulu Öndərin adı tarixdə təkrarolunmaz siyasətçi, qüdrətli dövlət başçısı, əfsanəvi şəxsiyyət kimi qalacaq, Onun parlaq xatirəsi əbədi olaraq yaddaşlarda yaşayacaqdır”.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19

