Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması ölkənin müdafiə qüdrətinin artırılmasıdır

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması ölkənin müdafiə qüdrətinin artırılmasıdır

04.02.2010 [10:18]

Dövlətin gənclər siyasətinin verdiyi səmərə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu kursun uzaq perspektivlərə hesablandığını bir daha sübut edir
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər və gender siyasətinin effektli nəticələrini hər bir siyasi kampaniyada daha qabarıq görürük. Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası isə öz növbəsində dövlətin bu siyasətinə özünəməxsus töhfələrini verməkdədir...
Belə ki, bələdiyyə seçkilərində gənclərin və qadınların bələdiyyələrdə təmsil olunmaq əmsalının 30-40 faizə qədər artması dövlət siyasətinin səmərəliliyini nümayiş etdirdi. Bu baxımdan, artıq formalaşmış bələdiyyələrdə təmsil olunan gənclərin və qadınların dövlət siyasəti ilə bağlı fikirlərinin ictimaiyyətə çatdırılması cəmiyyətin bu barədə daha geniş məlumata malik olmasına şərait yaradar:
Lökbatan bələdiyyəsinin üzvü, YAP Qaradağ rayon təşkilatının Aparat rəhbəri Ruslan İsmayılov bildirib ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu ölkənin müdafiə qüdrətinin artırılmasıdır: “Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O, öz həyatını qurarkən, ilk növbədə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, əməli fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Həmçinin, hər bir xalqın tarixində onun borclu olduğu şəxsiyyətlər vardır. Azərbaycan xalqı isə bu günü və sabahı üçün Ulu öndərimiz Heydər Əliyevə borcludur. ümummilli liderimiz həmişə xalqına arxalanır, onun gəncliyinə böyük ümidlər bəsləyirdi. Dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu öndər sağlam düşüncəli gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xüsusi əhəmiyyət verirdi. Bu gün də həmin siyasəti Prezidentimiz İlham Əliyev səmərəli şəkildə davam etdirir”.
YAP-ın Lökbatan bələdiyyəsi üzrə seçilmiş üzvü Sənurə Orucova söyləyib ki, Ulu öndər gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib: “ümummilli liderimiz Heydər Əliyev gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. ümummilli liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. Forumlarda Ulu öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulmuşdur. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
Sənurə Orucova, həmçinin, deyib ki, Azərbaycan dövlətinin gələcəyinə hesablanmış gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi ölkəmizin gəncliyi qarşısında daha geniş perspektivlər açıb: “Azərbaycanda gənclərlə bərabər gender siyasətinin də səmərəsini qeyd etmək lazımdır. ölkəmizdə ictimai və ya digər vəzifələrdə çalışan qadınlara bərabər imkanlar yaradılır. Bunların hamısı reallıqdır”.
YAP-ın Lökbatan bələdiyyəsi üzrə seçilmiş üzvü Fərid Tağıyev isə deyib ki, hələ ötən əsrin 70-80-ci illərində Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdir: “Ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilmiş, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi qısa müddətdə dövlət gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək uğurla həyata keçirməyə başlamışdır”.
Fərid Tağıyev bildirib ki, bu gün gəncliyimiz Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin qayğısını, diqqətini yüksək səviyyədə hiss edir.
Ramil VƏLİBƏYOV

Paylaş:
Baxılıb: 1078 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30