Fövqəladə Hallar Nazirliyi quruda və dənizdə “Xəzər-2015” komanda-qərargah təlimi keçirib
25.11.2015 [10:09]
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illik yubileyi münasibətilə noyabrın 24-də Dövlət Neft Şirkətinin Qaradağ rayonunda yerləşən Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin və Kompleks Qazma İşləri Trestinin ərazisində quruda və dənizdə “Xəzər-2015” komanda-qərargah təlimi keçirilib.
AZƏRTAC xəbər verir ki, təlimə FHN-in xilasetmə qurumlarının, həmçinin Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Müdafiə, Daxili İşlər, Səhiyyə nazirliklərinin, Dövlət Dəniz Administrasiyasının və bp şirkətinin şəxsi heyətləri, xüsusi texnika və avadanlığı cəlb edilib.
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qurumlarının fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda təşkil olunan təlimi fövqəladə hallar naziri Kəmaləddin Heydərov, İranın daxili işlər nazirinin müavini, Böhranlı Vəziyyətlərin İdarə Edilməsi Təşkilatının sədri İsmayıl Nəccar, Rusiyanın müvafiq dövlət qurumunun, Beynəlxalq Mülki Müdafiə Təşkilatının yüksək səviyyəli nümayəndə heyətləri, xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin təmsilçiləri, Azərbaycan Silahlı Qüvvələrinin zabitləri, təlimdə iştirak edən müvafiq qurumların rəhbər heyəti izləyib.
Əvvəlcə təlimdə iştirak edən qurumların texnikalarına və avadanlığına baxış olub.
Təlimə 752 nəfər şəxsi heyət, o cümlədən FHN-dən 600, Müdafiə Nazirliyindən 60, Xüsusi Dövlət Mühafizə Xidmətindən 15, Dövlət Sərhəd Xidmətindən (DSX) 25, Daxili İşlər Nazirliyindən (DİN) 22, Səhiyyə Nazirliyindən 10, bp şirkətindən 20 nəfər cəlb olunub. Bundan başqa, təlimə ümumilikdə 101 ədəd xüsusi təyinatlı hava, dəniz və avtomobil texnikası, o cümlədən 73 avtomobil texnikası, FHN-ə məxsus 4 helikopter və 1 “BE 200 ÇS” amfibiya təyyarəsi, 7-si Fövqəladə Hallar Nazirliyinə, 2-si Müdafiə Nazirliyinə, ikisi DSX-ya məxsus olmaqla ümumilikdə 11 xüsusi təyinatlı gəmi, 10-u FHN-ə, 2-si DİN-ə məxsus olmaqla ümumilikdə 12 sürətli kater cəlb edilib.
Təlim planına uyğun olaraq birinci mərhələdə fövqəladə hallar zamanı xəbərdarlığın təşkili, axtarış və qəza xilasetmə işlərinin həyata keçirilməsi, ikinci mərhələdə isə neftlə çirklənmiş ərazilərin təmizlənməsi, qurğuların sualtı hissələrinə baxış və obyektlərin təhvil verilməsi əməliyyatları uğurla yerinə yetirilib.
Sonda təlimdə iştirak edən qüvvə və texnikaların paradı olub.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34

