Bakıda Azərbaycan gənclərinin maarifçilik forumu keçirilib
16.12.2015 [10:00]
Gənclər üçün Təhsil Mərkəzinin, “Kaspi” qəzetinin və “Mənim təhsilim, mənim gələcəyim!” kampaniyasının birgə təşkilatçılığı ilə dekabrın 15-də Azərbaycan gənclərinin maarifçilik forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, forumun əsas məqsədi gənclər arasında maarifçiliyin təbliği, bu sahədə həyata keçirilən tədbirlərin müzakirəsi və görüləcək işlərin müəyyənləşdirilməsidir.
Forumun açılış hissəsində Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev və “Mənim təhsilim, mənim gələcəyim!” kampaniyasının rəhbəri Rövşən Nəcəfov tədbirin prioritet istiqamətləri olan təhsil, gənclik və gələcək mövzularında məruzələrlə çıxış ediblər.
Fəxrəddin Həsənzadə çıxışında deyib ki, Azərbaycanda milli maarifçilik hərəkatının banilərindən olan Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin təsis edilməsi ilə milli mətbuatımızın əsası qoyulub. O, gənclər arasında maarifçilik ideyalarının təbliği baxımından bu forumun əhəmiyyətini xüsusi vurğulayıb.
“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev Azərbaycanda maarifçilik ideyalarının təbliğində və həyata keçirilməsində xidmətləri olan görkəmli şəxsiyyətlərdən danışıb.
Maarifçilik ənənələrinin hər bir cəmiyyətin inkişafında önəmini xüsusi qeyd edən Rövşən Nəcəfov bildirib ki, Azərbaycan gəncliyi son 25 ildə beynəlxalq arenada öz sözünü deməyi bacarıb.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, bu gün Azərbaycan gəncliyi öz dilini, tarixini yaxşı bilməli, müasir dövrün çağırışlarına vaxtında reaksiya verməlidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini vurğulayan nazir müavini deyib ki, bu gün Azərbaycan gənclərinin yüksək təhsilli olması üçün hər cür şərait yaradılıb. Görülən işlər öz bəhrəsini verir və Azərbaycan gəncliyi mühüm uğurlar qazanır. Gənclər geniş dünyagörüşünə malik olmalı, Ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq Prezident İlham Əliyevin ətrafında sıx birləşməlidirlər.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev maarifçilik ənənələrinin təbliğindən, gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasından və bu istiqamətdə görülən işlərdən söhbət açıb. Müasir dövrdə Azərbaycanda maarifçilik ənənələrinin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladan V.Quliyev maarifçiliyin təbliğində gənclərin potensialından səmərəli istifadə edilməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, müasir gənclər maarifçilik ideyalarının fəal təbliğatçılarına çevriliblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bu gün ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının maarifçilik ənənələrini uğurla davam etdirdiklərini diqqətə çatdırıb. Qeyd olunub ki, hazırda Azərbaycan gəncliyi yaradılmış əlverişli şəraitdən istifadə edərək yanlış informasiyaların cəmiyyətdə yayılmasının qarşısının alınmasına ciddi fikir verməlidir.
Gənclərin cəhalətə qarşı mübarizədə rolundan danışan Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Azərbaycan gəncliyinin üzərinə düşən vəzifələrdən bəhs edib.
Sonda Azərbaycan gənclərinin maarifləndirilməsi istiqamətində göstərdiyi fəaliyyətə bir qrup şəxsə və quruma “Təhsil açarı” mükafatları təqdim edilib.
Xatırladaq ki, bu tədbir Azərbaycan gənclərinin sayca ikinci maarifçilik forumudur. Ötən il keçirilmiş birinci forumun əsas mövzusu Qarabağa həsr olunmuşdu.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34

