Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / ADA Universitetinin bir qrup tələbəsi Azərbaycanın Polşadakı səfirliyində olub

ADA Universitetinin bir qrup tələbəsi Azərbaycanın Polşadakı səfirliyində olub

14.01.2016 [09:10]

Azərbaycanın Polşadakı səfirliyində ADA Universitetinin bir qrup tələbəsi ilə görüş keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə ADA Universitetinin psixoloqu Zöhrə Məlikova və 14 tələbə iştirak edib.
Səfir Həsən Həsənov tələbələri maraqlandıran sualları cavablandırıb. O, Azərbaycanın dövlətçilik ənənələri, xarici siyasəti haqqında danışıb. Eyni zamanda, Azərbaycan-Polşa münasibətləri, hər iki ölkənin tarixində xüsusi xidmətləri olmuş şəxslər, səfirliyin fəaliyyəti, təşkil olunan silsilə tədbirlər, qurulan xatirə lövhələri, abidələr və ölkəmiz haqqında polyak dilində nəşr olunan kitablar barədə məlumat verib.
Səfir ölkəmizin təbliği istiqamətində fəaliyyətin uğurla aparılmasında gənclərin rolunun mühüm olduğunu vurğulayıb. Bildirib ki, buna görə də gənclərimiz vətənpərvər olmalı, Azərbaycanın tarixini, mədəniyyətini, ədəbiyyatını və dilini öyrənməli, ölkəmizin maraqlarının müdafiəsində fəal iştirak etməlidirlər.

Paylaş:
Baxılıb: 603 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30