Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qəbul imtahanlarında yüksək bal toplayan bərdəli gənclərə hədiyyələr verilib

Qəbul imtahanlarında yüksək bal toplayan bərdəli gənclərə hədiyyələr verilib

31.08.2017 [10:31]

Bu il Bərdə rayonunun orta ümumtəhsil məktəblərini bitirən 1317 məzundan 794-ü ali və orta ixtisas təhsil müəssisələrinə sənəd verib. Onlardan 469-u ali, 144-ü orta ixtisas, 15-i isə xüsusi təyinatlı məktəblərə qəbul olub. Qəbul imtahanlarında iştirak edən 72 məzun 500-600 arası, 33 məzun isə 600-dən yuxarı bal toplayıb.
AZƏRTAC xəbər verir ki, bu faktlar Bərdədən ali məktəblərə qəbul olmuş gənclərlə rayon mədəniyyət mərkəzində keçirilən görüşdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə Bərdə şəhərinin mərkəzi meydanında Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar.
Sonra rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının sədri Fəqət Şadlinskaya təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə əldə edilən uğurlardan danışıb.
Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov diqqətə çatdırıb ki, qəbul imtahanlarında rayonun ümumtəhsil məktəblərindən ən yüksək nəticəni akademik Zərifə Əliyeva adına məktəb-lisey göstərib. Bu təhsil ocağını bitirən 91 məzundan 86-sı ali məktəblərə sənəd verib və onlardan 78-i tələbə adını qazanıb. Qəbul imtahanlarında məktəb-liseyin 15 məzunu 500-dən yuxarı, 7 məzunu isə 600-dən çox bal toplayıb. Bundan başqa, Bərdə şəhər 3 nömrəli tam orta məktəbindən 25 nəfər, 8 nömrəli tam orta məktəbdən 16 nəfər, 5 nömrəli tam orta məktəbdən 13 nəfər, Qaradəmirçi kənd tam orta məktəbdən 20 nəfər müxtəlif ali məktəblərə qəbul olunublar. İmtahanlarda akademik Zərifə Əliyeva adına məktəb-liseyin məzunu Ayxan Mikayılov 695 bal, 5 nömrəli tam orta məktəbin məzunu Fəhmin Cavadzadə 695 bal, Zümürxan kənd tam orta məktəbin məzunu Əli Allahverdiyev 686 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstəriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Dövlət İmtahan Mərkəzi Bərdə regional bölməsinin müdiri Samir Əliyev və başqaları tələbə adını qazanan gəncləri təbrik edərək, onlara bilikli mütəxəssis kimi yetişməyi və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə ediblər.
Gənclər görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, onlar üçün yaradılan şəraitdən lazımınca yararlanaraq ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.
Sonda yüksək bal toplayan 200 gəncə hədiyyələr verilib.

Paylaş:
Baxılıb: 493 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31