Regionda şərtləri Azərbaycan diktə edir
10.11.2022 [16:57]
Ramil Orucov,
YAP Gəncə şəhər təşkilatının sədri
2020-ci il noyabrın 10-da imzalanan tarixi Bəyanat Azərbaycanın parlaq hərbi qələbəsinin, Ermənistanın isə məğlubiyyətinin hüquqi-siyasi təsdiqi oldu.
Cənubi Qafqazda yeni siyasi reallıqlar yaradan 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dövləti regiondakı lider statusunu daha da möhkəmləndirdi. Qalib Azərbaycan üçtərəfli bəyanatla BMT-nin 4 qətnaməsinin icra olunmasına rəsmi şəkildə nail oldu. Azərbaycanın zəfəri, ərazi bütövlüyünün təmin etməsi qlobal diplomatik müstəvidə uğurla tanındı, beynəlxalq ictimaiyyət tərəfindən ehtiramla qarşılandı. Ölkəmiz Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində 10 noyabr tarixli bəyanatla sadəcə əzəli torpaqlarını işğaldan təmizləmədi, eyni zamana regionda sülh və əminamanlıq yaratdı.
Vətən müharibəsinin yaratdığı reallıqlar fonunda bütün proseslər, üçtərəfli görüşlər Azərbaycanın milli maraqları və siyasi iradəsi çərçivəsində cərəyan etdi.
Uzun illər davam edən işğala son qoyan 10 noyabr tarixli Bəyanatının imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı, Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən əsl sahiblərinə qaytarıldı.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi birdəfəlik dağıtdı. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu. Dost da, düşmən gördü ki, 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, “Böyük Ermənistan”, “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi puç oldu. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.
Bəyanat onu bir daha gəstərdi ki, Ermənistanın işğal siyasətindən əl çəkməkdən, regional əməkdaşlıqdan başqa yolu yoxdur.
44 günlük Vətən Müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının birliyini gördü. Artıq Azərbaycan xalqı tarixdə qalib xalq kimi qeyd olunur.
2020-ci il 10 noyabr tarixli bəyanatın 9-cu bəndinin regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması regionda sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasına xidmət edəcək. Bu da öz növbəsində Azərbaycanın maraqlarına, Dağlıq Qarabağa və regional əməkdaşlığa dair siyasətinin məzmununa uyğundur.
Sözsüz ki, işğalçı Ermənistan indi Azərbaycanın diktə etdyi şərtlərə uyğun davranmağa məhkumdur. Ölkə Prezidenti cənab İlham Əliyev həmişə bəyan edirdi ki, Ermənistan ərazilərimizdən öz xoşu ilə çıxmasa, Azərbaycan güc yolu ilə onu işğal etdiyi torpaqlarımızdan çıxaracaq. Dövlətinin milli maraqlarını uğurla təmin edən qətiyyətli liderimiz, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan öz məqsədlərinə doğru inamla addımladı, güclü dövlət, güclü ordu strategiyası 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad etdi. Azərbaycan qarşısına qoyduğu məqsədlərə çatan dövlətdir. Məğlub Ermənistanın üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyi gün də uzaqda deyil.
Xəbər lenti
Hamısına baxDünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49

