Əvvəl Xilə, indi isə Əmircan
09.09.2023 [12:53]
Abşeron kəndləri
Şahanə
Əmircan Bakının qədim kəndlərindən sayılır. Abbasqulu Ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində öz doğma kəndinin adını "Əmir Hacan" yazıb. Əmircanın digər adı isə Xilədir. Abşeronun əksər kəndləri və Bakını birləşdirən ticarət yolları buradan keçdiyi üçün bura Dərxilə, yəni Xilə qapısı deyirdilər. Maştağaya gedən yol isə Xiləlan adlanıb.
Başqa adıyla Əmirhacıyan kimi bilinən bu kənd 14-cü əsrdə Şirvanşahlar dövrünə aiddir. O zaman Şirvanşahlar tərəfindən buraya Nizaməddin adlı birisi əmir təyin edilir. Ona Əmirhac deyirdilər. Əmirhacın əsas vəzifəsi Məkkəyə, həccə gedənlərə başçılıq etmək idi. Nizaməddin Əmirhac yerli əhali içərisində böyük şöhrət qazanmışdı. Hazırda bu kənddə qalmış qədim Nizaməddin məscidi də məhz onun adına 1329-1330- cu illərdə tikilib. Məscidin üstündəki kitabədə aşağıdakı sözlər yazılıb: “Bu Allah evinin tikilməsini həşəmətli Fəxrəddin oğlu əmir Nizaməddin Əmirhac əmr edib”.
Əmircandakı qədim abidələrdən biri də Əmirhacın türbəsidir. Türbə kiçik tağlı bir binadan ibarətdir. Bu kənddə A. Bakıxanovun yaşadığı evin uçuq hasarı qalıb. Kənddəki iki minarəli əzəmətli məscidi Bakı milyonçusu və əslən əmirhacıyanlı olan Murtuza Muxtarov tikdirib. Məscidi məşhur memar-usta Mirzə Məlik Abbas oğlu tikib.
Suraxanıda və Əmirhacıyan ətrafında neft çıxarıldığından kənd əhlisinin çoxu əkinçiliyi tərk edərək, mədənlərdə fəhləlik edirdilər. Neft və təbii qazdan istifadə edərək, Əmirhacıyanda əhəng bişirən karxanalar var idi. Burada bişirilən əhəng ulaq və arabalarla daşınaraq, ətraf kəndlərdə satılırdı.
Bundan başqa kəndin Şor adlanan yerində ağ duz istehsal olunurdu. Əhali yay aylarında göldən duzu toplayıb, bazarlarda satardılar. Bu kənddə kərpic də bişirilirdi. Kərpic üçün xammalın — gilin mənbəyi Zığ ilə Xilə dağı arasındakı düzənlik idi.
Əmirhacıyanda kustarçılıq ta qədimdən çox inkişaf etmişdi. Kənddə xüsusilə xalçaçılıq daha geniş yayılmışdı. Kənddə, demək olar ki, hər evdə hana qurulmuşdu. Burada bütöv bir xalçaçı nəsli yaradılmışdı. Əmirhacıyan qadınlarının toxuduqları xalça və xalılar, xüsusilə Xilə puta və Xilə əfşan xalıları daha məşhurdu.
Bu kənddən ziyalı dəstəsi: mühəndis, texnik, alim yetişmişdi. Neft istehsalı sahəsində ən güclü mühəndis və alimlərin əksəriyyəti bu kənddən çıxıb. Bütün dünya şöhrəti qazanmış rəssam Səttar Bəhlulzadə də bu kənddəndir.
Əhali sayı 1959-cu ildə 12,2 min, 2009-cu ildə 30,3 min və 2016-ci ildə 31,5 min nəfər olub. Hazırda isə əhali sayı 60 min nəfərə yaxındır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31

