Bayden estafeti Kamala Harrisə verir
23.07.2024 [11:00]
Tramp isə Kamala Harrisə qalib gəlməyin daha asan olacağını düşünür
ABŞ Prezidenti Cozef Bayden prezident seçkilərində iştirakdan imtina edib. O, bununla bağlı sosial mediadakı hesabında bildirib. “Yenidən seçilmək niyyətim olsa da, geri çəkilməyim, partiyam və ölkəmin maraqları naminə bütün diqqətimi prezident kimi vəzifələrimin icrasına yönəltməyim ən doğrusudur”,- deyə Bayden qeyd edib. ABŞ Prezidenti bu addımı iyunun 27-də əsas rəqibi Donald Trampla debatda uğursuz çıxışından sonra Demokratlar Partiyasından gələn təzyiqlər nəticəsində atıb. Trampa qarşı sui-qəsd cəhdi Baydenlə müqayisədə onun reytinqini daha da yüksəldib.
Seçki yarışından çəkilən Bayden...
Seçki yarışından geri çəkilən ABŞ Prezidenti Co Bayden prezident seçkilərində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb. ABŞ Prezidenti qeyd edib ki, bu, onun verdiyi ən yaxşı qərardır.
Kamala Harris də noyabrda keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasından namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib. “Prezident Co Baydenin dəstəyini almaqdan qürur duyuram və namizədliyimi irəli sürmək niyyətindəyəm”, - deyə Harris qeyd edib.
CNN teleradio kompaniyası öz mənbələrinə istinadla məlumat yayıb ki, ABŞ-ın vitse-prezidenti Kamala Harris iyulun 21-də Prezident Cozef Baydenin seçki yarışdan çıxdığını elan etdikdən və bu posta onun namizədliyini dəstəklədikdən sonra demokratlarla telefon danışıqlarına on saatdan çox vaxt sərf edib. Məlumata görə, Kamala Harris gün ərzində 100-dən çox siyasətçiyə zəng edib. O, həmçinin Cozef Baydenlə bir neçə dəfə əlaqə saxlayaraq bu məsələ ətrafında onunla fikir mübadiləsi aparıb. Qadın siyasətçi hər söhbətində dəstəyə görə Cozef Baydenə minnətdarlığını ifadə etsə də, namizədliyi haqq etmək üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Tramp: Baydenin ətrafında olanlar bilirdilər ki, o, prezident olmağa uyğun deyil
ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasının prezident seçkilərindəki namizədi Donald Tramp da ABŞ Prezidenti Co Baydenin seçki mübarizəsindən çəkilməsinə reaksiya verib. O, Baydenin prezidentliyə namizədliyinin uyğun olmadığını bildirib: “Onun ətrafında olan hər kəs, həmçinin həkimi və media bilirdi ki, o, prezident olmağa uyğun deyil və heç zaman da olmayıb. Biz onun prezidentliyinə görə çox əziyyət çəkəcəyik, lakin onun vurduğu zərəri çox tez aradan qaldıracağıq?”. Tramp “NBC News” kanalına müsahibəsində deyib ki, ABŞ tarixində ölkəsinə bu qədər zərər verən ikinci prezident olmayıb və Bayden, ABŞ-ın bu günə kimi hakimiyyətdə olmuş ən pis prezidentidir.
CNN-ə müsahibəsində isə Tramp Kamala Harrisə qalib gəlməyin daha asan olacağını açıqlayıb.
Mayk Conson: Kamala Harrisin namizədliyi demokratların mövqeyini gücləndirməyəcək
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Mayk Conson da hesab edir ki, ABŞ-ın vitse-prezidenti Kamala Harrisin seçkilərdə namizədliyi demokratların mövqeyini gücləndirməyəcək. Çünki o, hazırkı dövlət başçısı Co Baydenin uğursuz siyasətinin həmmüəllifi olub. “Demokratlar Partiyasının perspektivləri Bayden administrasiyasının siyasi uğursuzluqlarının həmmüəllifi olan vitse-prezident Kamala Harrislə yaxşılaşmayacaq”, - deyə o qeyd edib. Conson, həmçinin qeyd edib ki, Harris Baydenin prezidentlik vəzifələrini yerinə yetirə bilməməsi barədə məlumatlı olub və bunu ört-basdır edib.
Onu da qeyd edək ki, seçki yarışını dayandırdığını elan edən ABŞ Prezidenti Co Bayden vəzifəsini vaxtından əvvəl tərk etmək niyyətində deyil. Bu barədə Ağ evin mətbuat katibi Endryu Beyts bildirib. O deyib ki, Bayden ən yüksək dövlət postunu vaxtından əvvəl başa vurmağı planlaşdırmır: “Bayden partiyanın maraqları naminə seçki yarışını tərk etmək qərarına gəldiyini bildirmişdi. O söz verib ki, səlahiyyət müddəti başa çatana qədər bütün diqqətini üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışacaq”. Donald Tramp isə hesab edir ki, ABŞ Prezidenti Co Bayden dövlət başçısı postuna namizəd olmayacağı təqdirdə, ölkəni idarə edə bilməyəcək.
Obama Harrisin namizədliyinə “yox”, Klinton isə “hə” deyir
Bu arada Birləşmiş Ştatların sabiq prezidentləri Barak Obama və Bill Klinton Prezident Co Baydenin noyabrda keçiriləcək prezidentlik yarışından çıxmaq qərarına reaksiya veriblər. Co Baydeni Birləşmiş Ştatların ən ardıcıl siyasət yürüdən prezidentlərindən biri və ən yüksəksəviyyəli vətənpərvər adlandıran Barak Obama qeyd edib ki, o, ABŞ-ı Donald Tramp administrasiyasını xarakterizə edən dörd illik xaos, yalan və parçalanmadan uzaqlaşdırıb. Bununla belə, sabiq Prezident Kamala Harrisin namizədliyini dəstəkləməkdə çətinlik çəkdiyini bildirib.
Bill Klinton isə bəyanatında Co Baydenin qeyri-adi xidmət karyerasını Amerikanı görünməmiş pandemiyadan çıxaran, milyonlarla yeni iş yerləri yaradan, dağılmış iqtisadiyyatı yenidən quran, demokratiyamızı gücləndirən və ABŞ-ın dünyada mövqeyini bərpa edən prezidentlik ilə başa vurduğunu deyib. Onun və həyat yoldaşı Hillari Klintonun birgə bəyanatında deyilir: “Biz milyonlarla amerikalının Prezident Baydenə gördüyü bütün işlərə görə təşəkkür etməklə, onun Amerikanın müdafiəsində durmaq, “Şimal Ulduzu”nun həmişə ölkə üçün ən yaxşısı olduğunu bildirmək üzrə fikirlərinə şərikik”.
Obamadan fərqli olaraq, Klinton ailəsi Kamala Harrisi dəstəkləyib və onun seçilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
Soros Trampın məğlub olmasına çalışacaq
Demokratlar çevrəsinin ən nüfuzlu ailələrindən biri, maliyyəçi Corc Soros və onun oğlu - “Açıq cəmiyyət” fondunun sədri Aleks də ABŞ-ın hazırkı Prezidenti Cozef Baydenin seçki yarışından çıxmasından sonra vitse-prezident Kamala Harrisin dövlət başçısı postuna namizədliyini dəstəkləyib. Bu barədə Aleks Soros özünün sosial media hesabında yazıb. “Biz Kamala Harrisin arxasında birləşməli və Donald Trampı məğlub etməliyik. O, mümkün olan ən yaxşı və ən bacarıqlı namizəddir”, - deyə Aleks Soros bildirib.
“The Wall Street Journal” qəzetinin məlumatına görə, demokratların ən böyük donorlarından biri olan 93 yaşlı amerikalı milyarder Corc Soros da Kamala Harrisin seçki yarışında iştirakını dəstəkləyib. Qeyd edək ki, Soros ailəsi ABŞ-ın hazırkı dövlət başçısına dəstək üçün böyük maliyyə ianələri ilə tanınır. Ailə namizədlər arasında baş tutan debatdan sonra Cozef Baydeni dəstəkləyən təşkilata 5 milyon dollardan çox ianə ödəyib. Soroslar, həmçinin yanvar ayında həmin təşkilata 60 milyon dollar köçürmüşdü.
N. BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20

