Erməni Apostol Kilsəsinə xatırlatma...
27.05.2025 [10:26]
Qərbi Azərbaycanda mövcud olmuş 300-ə yaxın məscid Ermənistan tərəfindən məhv edilib
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının qərarı ilə İrəvan qazısı təyinatı təkcə dini idarəçilik aktı deyil, həm də milli-mənəvi varisliyin rəsmi olaraq tanınmasıdır. Bir zamanlar İslam mədəniyyətinin, dini təhsil və maarifçilik baxımından Cənubi Qafqazın mərkəzlərindən olan İrəvanın dini irsinin bərpası xalqımızın ruhuna qayıdışdır. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsində İrəvan Qazılığı ilə bağlı Əsasnamə də qəbul olunub. İrəvan Qazılığı ilkin mərhələdə Qafqaz Müsəlmanları İdarəsinin binasında yerləşəcək. Səsvermə nəticəsində Bəxtiyar Nəcəfov İrəvan qazısı seçilib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bildirib ki, bu təyinat İrəvan bölgəsində dini fəaliyyətin yenidən təşkili, tarixi-mənəvi irsin qorunması və dini dəyərlərin yaşadılması baxımından mühüm əhəmiyyətə malikdir. İrəvan Qazılığının bərpası mənəvi varlığımızın dirçəldilməsi, tarixi yaddaşımızın bərpası baxımından çox önəmli məsələdir. Şeyxülislam onu da qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi İrəvan Qazılığının yenidən bərpa olunmasını zamanın çağırışı və tarixi ədalətin təntənəsi kimi qiymətləndirir.
İcma: Bu qərar tarixi ədalətin bərpası baxımından əhəmiyyətli addımdır
Qərbi Azərbaycan İcması Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının İrəvan Qazılığının fəaliyyətinin bərpa edilməsi, İrəvan Qazılığının Əsasnaməsinin təsdiq edilməsi və İrəvan qazısının seçilməsi barədə qəbul etdiyi qərarları alqışlayıb. “Xatırladırıq ki, İrəvan şəhərindəki Göy məscid istisna olmaqla, Qərbi Azərbaycanda mövcud olmuş 300-ə yaxın məscidin hamısı Ermənistan tərəfindən məhv edilib. Eyni zamanda, 500-dən artıq qəbiristanlıq dağıdılıb, azərbaycanlıların mədəni və dini irsi sistemli şəkildə yer üzündən silinib. Bu, beynəlxalq hüququn və insan haqlarının kobud şəkildə pozulmasıdır”,-deyə İcma bəyan edib.
Həmçinin, vurğulanıb ki, İrəvan Qazılığının fəaliyyətinin bərpası dini etiqad azadlığının təmin edilməsi, Qərbi Azərbaycanda multikultural mühitin yenidən canlandırılması və tarixi ədalətin bərpası baxımından əhəmiyyətli bir addımdır. Bu qərar, eyni zamanda, Ermənistandan zorla çıxarılmış azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışına xidmət edən mühüm bir inkişafdır. Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən azərbaycanlıların Göy məsciddən sərbəst istifadəsinə şərait yaratmağı, dağıdılmış məscidləri və azərbaycanlılara məxsus digər mədəni abidələri bərpa etməyi və Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaratmağı tələb edib. “Biz dünya dövlətlərini, BMT-ni və digər müvafiq təşkilatları Ermənistanın törətdiyi haqsızlıqların aradan qaldırılması üçün bu dövlətə təzyiq etməyə çağırırıq”, - deyə İcmanın yaydığı bəyanatda vurğulanıb.
Erməni Apostol Kilsəsi siyasiləşmiş quruma çevrilib
Qərbi Azərbaycan İcması Erməni Apostol Kilsəsinin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının İrəvan Qazılığının bərpa edilməsi barədə qərarı ilə bağlı yaydığı bəyanatı da qınayıb. Sözügedən bəyanatında azərbaycanlılara qarşı irqi nifrət aşılayan və inkarçı mövqe sərgiləyən Erməni Apostol Kilsəsi humanizm dəyərlərindən uzaq, siyasiləşmiş bir qurum olduğunu və əsl məqsədinin xalqlar arasında nifaqı dərinləşdirmək olduğunu bir daha sübut edir. İcma bəyan edib ki, Erməni Apostol Kilsəsinin xalqlar arasında harmoniya, dinlərarası dialoq və sülhə töhfə vermək əvəzinə nifrət aşılaması, Qərbi azərbaycanlıların qayıdışına, onların dini etidaq azadlıqlarına, dini və mədəni irsinin bərpasına qarşı çıxması ciddi narahatlıq doğurur. Qərbi Azərbaycan İcması dünya ictimaiyyətinə müraciət edərək, Erməni Apostol Kiləsinin irqi ayrı-seçkiliyə əsaslanan siyasiləşmiş addımlarını pisləməyə çağırıb.
Əslində, Ermənistan Apostol Kilsəsinin belə bir mövqeyi təsadüfi deyil. Çünki ermənilərin uzun illərdir ki, azərbaycanlılara qarşı soyqırımı və işğal siyasətində erməni kilsəsi hər zaman “aparıcı” rol oynayıb. Hələ ötən əsrin əvvəllərində başlanan bu planda erməni kilsəsi vahid mərkəz kimi çıxış edib. Erməni siyasi partiyaları, əsasən də “Daşnaksütyun” partiyası, erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı basqınlarında aparıcı rol oynamağa başlayanda bütün proseslər kilsə tərəfindən idarə edilib, tədbirlər kilsələrdə keçirilib, kilsələr silah anbarı kimi istifadə olunub. Eləcə də kilsə xadimləri azərbaycanlılara qarşı hücumlarla bağlı çağırışlar ediblər.
Erməni kilsəsi humanizmi yox, zorakılığı “tərənnüm” edir
Müasir dövrdə də Azərbaycan torpaqlarına qarşı işğalçılıq ideologiyasının əsas ilhamvericilərindən biri məhz erməni kilsəsi və onun başında dayanan katolikos II Qaregindir. Məlumdur ki, keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasında, ermənilərin işğalçılıq siyasətini davam etdirməyə ruhlandırılmasında Qareginin “əməyi” çox yüksəkdir. II Qaregin dəfələrlə işğalçılıq siyasətini davam etdirmək məqsədilə maliyyə yardımları üçün erməni diasporuna çağırışlar edib. İnsani dəyərlərdən uzaq olan erməni katolikosu, din adı ilə təxribat yaradır, sülhə doğru addımları pozmağa çalışır. Erməni kilsəsi hazırda da Ermənistan vətəndaşlarını revanşizmə çağırır, sülh əvəzinə müharibə təşviq edir. Bu baxımdan, Erməni Apostol Kilsəsinin İrəvan Qazılığının bərpasına aqressiv yanaşma ortaya qoyması təəccüb doğurmamalıdır. Lakin bütün hallarda Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı onların hüququdur. O cümlədən, İrəvan Qazılığı da tarixi şəhərimizdə fəaliyyətini bərpa etməlidir. Ermənilərin etirazlarına baxmayaraq, tarixi ədalət öz yerini tapacaq. Proseslər bu hədəfə doğru gedir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09

