“İstanbul masası” genişlənir
31.05.2025 [09:47]
Avropa danışıqlar prosesinə daxil olur
Rusiya ilə Ukrayna arasında üç ildən çox davam edən müharibə atəşkəsöncəsi intervala daxil ola bilər. Son aylarda aktiv fazaya qədəm qoyan hərbi qarşıdurma nəticəsində hər iki tərəf çoxsaylı itki verib - bunların arasında həm mülki vətəndaşlar, həm də əsgəri qüvvə var. Paralel olaraq hər iki tərəf həm də texniki qüvvə baxımından gün ərzində xeyli itkilər verməkdədir. Lakin son zamanlar münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlar, xüsusilə ABŞ və Türkiyənin vasitəçiliyi ilə intensiv diplomatik təmaslar formalaşıb. Bu isə özlüyündə müharibənin başa çatacağına ümidlər yaradıb. Hər iki tərəf döyüş əməliyyatlarının dayandırılması və cəbhə xətti boyunca atəşkəsin təmin olunması üçün memorandumun tərtibatı üzərində işləyir. Belə ki, Qərb və rus KİV-nin məlumatına görə, iyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndələrinin növbəti görüşü baş tuta bilər. Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərə açıqlamasında bildirib ki, Tramp administrasiyası gələn həftə İstanbulda Rusiya və Ukrayna arasında danışıqların bərpasına ümid edir. Livitt vurğulayıb ki, Tramp hər iki tərəfi dialoqa və birbaşa danışıqlara sövq etmək üçün səylərini davam etdirəcək. ABŞ rəsmisi, həmçinin qeyd edib ki, Vaşinqton danışıqlarda iştirak etmək üçün Türkiyəyə nümayəndə heyəti göndərməyəcək. Ukraynada səfərdə olan Türkiyənin XİN rəhbəri Hakan Fidan isə həmkarı Andrey Sibiqa ilə birgə mətbuat konfransında bəyan edib ki, İstanbulda planlaşdırılan danışıqlar sülh prosesini irəli aparacaq - o, Ukraynada müharibənin bu ilin sonunadək başa çatmasının mümkün olduğunu deyib.
“Avropalılar” da İstanbula gələcək
Amerikanın “ABC News” telekanalının məlumatına görə, iyunun 2-də İstanbulda planlaşdırılan danışıqlarda Almaniya, Fransa və Böyük Britaniyanın təhlükəsizlik üzrə müşavirləri də iştirak edəcəklər. Qeyd etmək lazımdır ki, mayın 29-da Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak ilə Böyük Britaniya, Almaniya, Fransa və İtaliya liderlərinin müşavirləri arasında telefon danışığı baş tutub. “İnterfaks-Ukrayna” agentliyi xəbər verir ki, Yermak Böyük Britaniya Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell, Almaniya kanslerinin xarici siyasət və təhlükəsizlik üzrə müşaviri Günter Zautter, Fransa Prezidentinin diplomatik müşaviri Emmanuel Bonn və İtaliya baş nazirinin diplomatik müşaviri Pietro Karini ilə söhbətində yekun sülh üçün atılacaq addımlar, diplomatik səylərin koordinasiyası, Rusiya tərəfi ilə danışıqlar prosesi çərçivəsində növbəti görüşə dair müzakirələr aparıb.
Müharibə bitsə... Güc balansı yenidən qurulacaq
Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Yeni Azərbaycan” qəzetinə açıqlamasında avropalı rəsmilərin danışıqlar masasına dəvət olunmasının prosesə müsbət təsir göstərə biləcəyini deyib. “Müharibənin başa çatması üçün danışıqlar prosesində ABŞ, Rusiya və Ukrayna ilə yanaşı, Avropa İttifaqı, o cümlədən Böyük Britaniya, Fransa və Almaniyanın da iştirakı labüddür. Çünki danışıqlar masasında Ukraynanın taleyi ilə yanaşı, Şərqi Avropa regionunda geosiyasi müstəvidə mövqelərin bölüşdürülməsi və güc balansının müəyyən olunması ilə bağlı məsələlər də diqqət mərkəzində olacaq. Ukrayna münaqişəsi ətrafında aparılan hazırkı proses məhz buna hesablanıb. Bir müddət əvvəl ABŞ ilə Rusiya danışıqları birbaşa öz aralarında aparmaqla Avropa İttifaqını prosesdən kənarda qoymuşdu - bu isə Aİ-ni və Avropa ölkələrini ciddi narahat edirdi. Avropa anlayır ki, Ukrayna müharibəsinə onların fikri nəzərə alınmadan son qoyularsa, bu, kontingentin mövqelərinin zəifləməsi ilə nəticələnəcək”,- deyə A.Nərimanlı vurğulayıb. Ekspert əlavə edib ki, Avropa ölkələri danışıqlarda iştirakçı olmayacaqları təqdirdə, Ukraynanın Rusiya ilə mübarizəsinin davam edəcəyi şübhəsizdir.
Ortaq məxrəc əldə olunmur
“Əgər İstanbulda növbəti görüş baş tutacaqsa, bu görüşdə hər iki münaqişə tərəfi bir-birinə öz memorandumunu təqdim edəcək. Növbəti görüşün mahiyyəti məhz bu memarandumlardır. O ki qaldı, ortaq məxrəcə gəlinməsinə, bu, hələ qeyri-mümkün görünür. Həm Ukraynanın, həm də Rusiyanın şərtləri bəllidir və bir-biri ilə ziddiyyət təşkil edir. Rusiya daha sərt tələblər irəli sürür. Moskva Ukraynanı öz ərazilərindən imtina etməyə vadar edir. Ukrayna isə tələblərindən geri çəkilmir. Qərbin Ukraynaya hərbi və maliyyə dəstəyinin davam edəcəyi təqdirdə Kiyev asanlıqla güzəştə getməyəcək. Düzdür, ABŞ hazırda əvvəlki dövrlərdə olduğu kimi Kiyevə güclü hərbi dəstək göstərmir və bu da Ukraynanı müqavimət imkanlarını məhdudlaşdırır. Amma sülh danışıqları başlamayana qədər mübaribə davam edir və döyüşlərdə hər iki tərəfin müqavimət gücü ortaya çıxır”, -deyə A.Nərimanlı bildirib.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30

