ABŞ NATO-da təmsilçiliyini azaldır?
22.01.2026 [09:14]
Qrenlandiya problemi ABŞ-la Avropa ölkələri arasındakı münasibətlərə zərər vurur. Donald Trampın dünyanın ən böyük adasını ələ keçirməkdə israrlı olması Avropa ölkələrini çətin vəziyyətdə qoyub. Çünki ada Danimarkaya məxsusdur və bu dövlət həm NATO-nun, həm də Avropa İttifaqının üzvüdür. Belə bir halda, bir NATO üzvünün digər üzvə qarşı ərazi iddiası ilə çıxış etməsi alyans daxilində ziddiyyətlər yaradır. Amma Tramp iddia edir ki, ABŞ-sız NATO-nun heç bir gələcəyi yoxdur.
Alyansın təxminən 30 strukturunda ixtisarlar gözlənilir
Bütün bunların fonunda, Pentaqon ABŞ-ın bir sıra NATO məsləhət qruplarındakı iştirakını azaltmağı planlaşdırır. Bu barədə “The Washington Post” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, nəzərdə tutulan addım təxminən 200 ABŞ hərbi qulluqçusuna təsir edəcək və ABŞ-ın NATO-nun təxminən 30 strukturu, o cümlədən müxtəlif döyüş sahələrində alyans qüvvələrinə təlim keçən “Mükəmməllik mərkəzləri”ndə iştirakının azaldılmasını nəzərdə tutur.
Qeyd olunur ki, ABŞ bütün personalı eyni vaxtda geri çəkmək niyyətində deyil. Bunun əvəzinə, xidmət müddəti başa çatan hərbçilərin əvəz olunmaması planlaşdırılır. Nəşr bildirir ki, ABŞ-ın sözügedən mərkəzlərin fəaliyyətində iştirakı tamamilə dayandırılmayacaq. İki ABŞ rəsmisinin sözlərinə görə, bu dəyişikliklər bir neçə aydır müzakirə olunur.
Donald Tramp bir neçə gün əvvəl jurnalistlərə açıqlamasında deyib ki, NATO Qrenlandiya məsələsində bizimlə danışıqlar aparır. Onun sözlərinə görə, milli təhlükəsizlik üçün ABŞ-ın Qrenlandiyaya çox ehtiyacı var. “Əgər ora bizdə olmasa, xüsusilə də Qızıl Qübbə və digər məsələlərdə milli təhlükəsizlikdə böyük bir boşluq yaranacaq. Hərbi sahəyə çoxlu investisiyalarımız var. Dünyada hərbi sahə getdikcə güclənir. Biz bu məsələdə NATO ilə danışırıq”, - deyən Tramp əlavə edib ki, Qrenlandiya məsələsi ilə bağlı görəcəyimiz işdən həm NATO, həm də biz məmnun olacağıq. O bildirib ki, Qrenlandiya milli təhlükəsizlik və hətta qlobal təhlükəsizlik üçün çox vacibdir. Ağ Ev rəhbəri Qrenlandiya xalqının ABŞ-ın Arktika ərazisini əldə etməsini dəstəkləyəcəyini hesab edir: “Mən onlarla danışmamışam. Onlarla danışanda əminəm ki, çox sevinəcəklər”.
Konnektikut ştatından olan demokrat senator Kris Mörfi isə “NBC News” telekanalının efirində deyib ki, rəsmi Vaşinqton tərəfindən Qrenlandiyanın ilhaqı Şimali Atlantika Alyansının sonu olacaq. Onun sözlərinə görə, Qrenlandiyanın ilhaqı NATO-nun sonunu gətirəcək: “Şimali Atlantika Alyansının Qrenlandiyanı müdafiə etmək öhdəliyi var və bu halda ABŞ Avropa, Böyük Britaniya və Fransa ilə müharibə vəziyyətinə düşəcək”.
Qərar Avropa ölkələrinə təzyiq məqsədi daşıya bilər
Ümumiyyətlə, Donald Tramp ikinci dəfə hakimiyyətə gəldikdən sonra ABŞ-ın NATO-nu tərk edəcəyi ilə bağlı bir neçə dəfə xəbərdarlıq edib. Bunu əsas səbəbi isə alyansın “yükünün” daha çox ABŞ-ın üzərində olması ilə bağlıdır. Bir çox siyasətçilər bunu yalnız hədə tonu kimi qəbul etsə də, “SOS” siqnalı səsləndirənlər də tapılırdı. Prezident Donald Tramp dəfələrlə müttəfiqlərinin müdafiə xərclərinin yetərli olmaması səbəbindən ölkəsinin NATO-dan çıxması ilə bağlı mövqeyini səsləndirmişdi. Hətta ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında belə bu amil nəzərə çarpır - qeyd edək ki, ötən il dekabrın 4-də Tramp administrasiyası Milli Təhlükəsizlik Strategiyasını açıqlayıb. Bu strategiya formal olaraq, ölkənin xarici və müdafiə siyasətinin fundamental prinsiplərini və prioritetlərini təsbit edən sənəddir...
Vaşinqtonun tənqidlərindən sonra NATO-nun Avropa müttəfiqləri alyans üçün xərclərini müəyyən qədər artırsalar da, bu, ABŞ-ı qane etmir. Vaşinqton ardıcıl şəkildə bildirir ki, Avropa ölkələrinin əksəriyyəti müdafiə sahəsinə kifayət qədər vəsait ayırmır. ABŞ ümumi NATO müdafiə xərclərinin təxminən 70 faizini qarşılayır və bu göstərici “ədalətsiz yük bölgüsü” kimi qiymətləndirilir. Bir çox siyasətçilər, xüsusilə Qərbi Avropadan olan politoloqlar Vaşinqtonun mövqeyini daha çox siyasi təzyiq aləti kimi dəyərləndirirlər. Onların fikrincə, bu bəyanatlar əsasən Avropa üzvlərini müdafiə xərclərini artırmağa vadar etmək məqsədi daşıyır.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24

