Ərəblər Əsəd rejimini legitimləşdirməyə çalışırlar
05.05.2023 [11:04]
Suriyanın Ərəb Liqasına üzvlüyü məsələsi yenidən gündəmdədir. Bu, ərəb dünyasının Bəşər Əsəd rejimi ilə münasibətləri normallaşdırmağa çalışması kimi də başa düşülə bilər. Xatırladaq ki, Suriya 2011-ci ildə ölkədə vətəndaş müharibəsi başlanandan sonra Ərəb Liqasından çıxarılmışdı. Hazırda Yaxın Şərqdə müzakirə olunan əsas məsələ Liqanın mayın 19-u baş tutacaq növbəti sammitinə Suriyanın dəvət edilib-edilməməsidir. Əgər Dəməşq təşkilatın növbəti toplantısına çağırılarsa, bunu ərəb dövlətlərinin Əsəd rejimi ilə münasibətləri normallaşdırmaq cəhdi yönündə ilk addım kimi dəyərləndirmək olar.
Suriya uğrunda nüfuz savaşı: Səudiyyə, yoxsa İran?
Bu ərəfədə Dəməşq diplomatik səylər burulğanının mərkəzinə çevrilib. Suriyanın Ərəb Liqasına üzvlüyü məsələsi mayın 1-də ərəb diplomatlarının İordaniyada keçirilən görüşündə müzakirə olunub. Səudiyyə Ərəbistanı, Misir və İraqın xarici işlər nazirləri suriyalı həmkarları ilə görüşmək üçün Omana gəliblər.
Ərəb ölkələrinə Suriyada əsas söz sahibi olduğunu xatırlatmaq üçün İran prezidenti İbrahim Rəisi də Dəməşqə səfər edib. Xatırladaq ki, bu, son on üç ildə İran rəhbərinin Suriyaya ilk səfəridir.
Bu səfər həm də İranın Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlərini bərpa etmək məqsədi güdür. Əgər İranla Səudiyyə arasında siyasi istiləşmə baş verərsə, bu, potensial olaraq regiondakı qüvvələrin konfiqurasiyasını dəyişə bilər. Suriya Ərəb Liqasına qayıdacağı təqdirdə İran özünə düşmən bildiyi ölkələrə qarşı indiyə qədərki ənənəvi siyasətini dəyişmək məcburiyyətində qalacaq.
Rəsmi Tehran əslində, Səudiyyə Ərəbistanının Əsəd rejiminə himayədarlıq edəcəyindən narahatdır. Səudiyyənin xarici işlər naziri bin Fərhan aprel ayında Dəməşqə səfər edib və bu, Ərəbistan Xarici İşlər Nazirliyi rəhbərinin Suriyaya 12 ildə ilk səfəri olub. Bundan başqa, Səudiyyə Ərəbistanı Suriyanın Ərəb Liqasının tamhüquqlu üzvlüyünə qaytarılması məsələsini nəzərdən keçirmək üçün Körfəz toplantısını, yəni, Misir zirvə toplantısını təşkil edib. Xatırladaq ki, Səudiyyənin bu cəhdlərini Amerika Birləşmiş Ştatları qəti və açıq etirazla qarşılayıb.
Siyasi ekspertlər düşünürlər ki, Bəşər Əsədə ərəb legitimliyinin verilməsinin ardınca daha geniş beynəlxalq legitimlik də gələ bilər. ABŞ-ın razılığı və ya narazılığı bu məsələdə çox da əhəmiyyət daşımır. Bütün bunlardan əlavə, İranın Suriya məsələsində ərəb ölkələri ilə uğurlu əməkdaşlığı baş tutarsa, İsrailin Yaxın Şərqdə ümid bəslədiyi anti-İran koalisiyasının yaradılması səyləri də puça çıxa bilər.
Görünən budur ki, Səudiyyə Ərəbistanı Suriyanı poliqon olmaqdan qurtarıb, Ər-Riyadın himayəsi altında suveren ölkəyə çevirməyə çalışır.
Sanksiya “qonaqlığı”ndan kimlərə pay düşə bilər?
Bütün hallarda Suriyanın Ərəb Dövlətləri Liqasının üzvlüyünə qaytarılması və Əsəd rejiminin beynəlxalq aləmdə legitimləşdirilməsi olduqca problemlidir. “The Wall Street Journal” nəşrinin yazdığına görə, Ərəb Liqasının iyirmi iki üzvündən ən azı beşi - Mərakeş, Küveyt, Misir, Yəmən və Qətər Dəməşqi öz sıralarına qəbul etməkdən imtina edir. Adı çəkilən dövlətlər prezident Bəşər Əsəddən ilk növbədə Suriyadakı siyasi müxalifətlə dialoqa başlamasını, eləcə də bir sıra siyasi islahatlara getməsini gözləyirlər.
Məlum olduğu kimi, Qərbin, Körfəz ölkələrinin, o cümlədən Türkiyənin, hətta rejimin yaxın müttəfiqi olan Rusiyanın təzyiqlərinə baxmayaraq Əsəd son on ildə ölkədəki müxalif qruplarla danışıqlar masasına əyləşməkdən dəfələrlə imtina edib. Bütün bunlara baxmayaraq, körfəz ölkələrinin gözünün Dəməşqdə olduğu bu günlərdə Birləşmiş Ərəb Əmirliklərinin sərmayəçiləri artıq Suriya hökumətinin müxtəlif layihələrinə milyonlarla vəsait yatırmaq barədə düşünürlər. BƏƏ-nin yolunu gedən İordaniya da Suriya ilə ticarət və investisiyaların artırılması ilə bağlı müzakirələrə başlayıb. Ərəb ölkələrinin bu cəhdlərinə baxmayaraq, son sözü həmişəki kimi Qərbin deyəcəyi ehtimalı böyükdür. Suriyadakı böhran siyasi həllini tapmayana qədər ABŞ və Aİ cütlüyünün Əsəd rejiminə qarşı sanksiyaları qüvvədə qalacaq. Əksinə, bu sanksiyalar genişlənə və Suriya hökuməti ilə əlaqələr qurmaq istəyən region dövlətlərinin başında çatlaya bilər.
Hələliksə hər şey Suriyanın Ərəb Liqasına qayıdıb-qayıtmayacağından asılıdır. Mayın 19-na təyin olunmuş sammitdə bu məsələyə aydınlıq gələcək.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxSiyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33

