Nigerdə Fransa müstəmləkəçiliyinin izi ilə...
03.08.2023 [11:19]
Təqvimdə hər bir xalqın və yaxud dövlətin öz günü var. Afrikanın şimal-qərbində yerləşən Niger üçün belə əlamətdar gün avqustun 3-dür. Niger xalqı 1960-cı ildən etibarən avqustun 3-nü müstəqillik bayramı kimi qeyd edir. Həmin tarixədək isə bu ölkə Fransanın müstəmləkəsi olub. Niger uzun illər ərzində sərt müstəmləkəçilik dövrü yaşayıb. Burada yerli insanların ən adi hüquqları belə tapdanıb, ölkənin milli sərvətləri amansızcasına istismar edilərək daşınıb.
Niger sahillərində “Böyük çay” ölkəsi
Əhalisinin sayı 15 milyonu ötən Nigerin adı ölkə ərazisindən axan eyniadlı çaydan götürülüb. “Niger” tuareqlərin danışdıqları tamaşek dilində “Böyük çay” və ya “Çaylar çayı” deməkdir. Ölkə ərazisinin 80 faizi Saxara səhrasında yerləşir. Nigerin paytaxtı Niamey şəhəridir. Niger 7 ölkə - Əlcəzair, Liviya, Çad, Nigeriya, Benin, Burkina Faso və Mali ilə həmsərhəddir.
Tarixən Afrika müstəmləkəçi dövlətlərin maraq dairəsində olub. Bunun da əsas səbəbi burada zəngin təbii ehtiyatların və ucuz işçi qüvvəsinin olmasındadır. Afrika qitəsi qızıl, almaz, platin, kobalt, neft kimi qiymətli metal və enerji ehtiyatlarına malikdir. Nigerin də təbii ehtiyatlarının həcmi kifayət qədər böyükdür. Bu ölkədə qızıl, uran kimi qiymətli sərvətlərin ehtiyatları cəmləşib. O cümlədən burada neft hasil olunur. Bir neçə il bundan əvvəl Nigerdə ölkənin yeni ən böyük neft yartağı aşkarlanıb. Ekspertlərin qənaətinə görə, həmin yatağın işlənməsi ilə Nigerdə neft hasilatını gündəlik 20 min bareldən 110 min barelədək artırmaq mümkün olacaq.
Zəngin sərvətləri digər Afrika ölkələri kimi, Nigeri də müstəmləkəçi dövlətlərin maraq dairəsinə gətirib. Niger ərazisinə gələn ilk avropalı 1805-1806-cı illərdə Niger çayını tətqiq edən şotlandiyalı Munqo Park olub. Henrix Bart və Eduard Fogel 1853-1855-ci illərdə Niger çayından Çad gölünə qədər ərazini tətqiq etmək üçün ekspedisiya təşkil ediblər. Onlar Sey, Sokoto, Zinder, Qure və Bornu ərazilərinə də səyahətə çıxıblar. 1870-ci ildə Qustav Naxtiqal Saxara səhrasından keçərək Kane-Bornoya səyahəti zamanı Bilmu və Nqiqmi ərazilərində də olub. 1884-cü ildə keçirilən Berlin konfransının qərarına əsasən Niger Fransanın nüfuz dairəsinə daxil edilib.
Fransanın ağır müstəmləkəçilik siyasəti
Fransanın müstəmləkəçilik tarixinin 1524-cü ildən başladığı bildirilir. Fransa Afrikanın qərbində və şimalında 20-dən çox ölkədə hökmranlıq qurmağa nail olub. Afrikanın ərazilərinin təxminən 35 faizi 300 il ərzində Fransanın nəzarətində qalıb.
Lakin demokratik dəyərləri ilə öyünən Fransa özünün ağır şərtləri ilə fərqlənən müstəmləkə şəbəkəsinə daxil etdiyi Afrika ölkələrinə yaxşı heç nə gətirməyib. Əksinə ən qəddar vasitələrlə ram edilən ölkələr sivilizasiya ilə bir araya sığmayan mühafizəkar qanunlarla idarə olunub, təbii sərvətlər talanıb, baş qaldıran etirazlar ən sərt və qəddar müdaxilələrlə yatırılıb. Fransa, Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırım üçün məsuliyyət daşıyır. Tarixi sənədlərdə də öz əksini tapdığı kimi, 1945-ci il mayın 8-i Fransanın Əlcəzairdə soyqırımının başladığı tarixdir. Bu soyqırımda 5 milyondan çox müsəlman əlcəzairli həyatını itirib. 1994-cü ildə fransızlar Ruandada “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat həyata keçiriblər. Həmin əməliyyat zamanı yerli tutsi qəbiləsinin 800 mindən çox üzvü qətlə yetirilib. 2014-cü ildə Ruanda Prezidenti Pol Kaqamenin soyqırımı aktında Fransanın rolunu dəqiq müəyyən etdiyi barədə bəyanatı isə rəsmi Parisdə siyasi böhrana səbəb oldu. Fransa qoşunlarının Çadda keçirdikləri “Epervier”, Fildişi Sahilində “Licorne” hərbi əməliyyatları da çox sayda insan tələfatı ilə nəticələnib. 2011-ci ildə isə mülki insanları qorumaq bəhanəsi ilə Liviyada keçirilən “Harmattan” və iki il sonra Malidəki “Serval” hərbi əməliyyatları da böyük dağıntılar və qətllərlə sonuclanıb. Bütövlükdə, Afrikada yerləşən Benin, Çad, Cibuti, Qabon, Qana, Kamerun, Komor adaları, Mavritaniya, Seneqal, Tunis, daha sonra Suriya, Livan zaman-zaman Fransa tərəfindən törədilən dəhşətli qırğınlara şahidlik edib. Fransanın ilk nüvə silahı da məhz Əlcəzairdə sınaqdan keçirilib. Fransa hələ 1945-ci ildən etibarən Afrikada Fransız Müstəmləkələri frankı (CFA) adlı pul vahidini dövriyyəyə buraxıb. Məhz bu pul vahidinin sayəsində Fransa Afrika ölkələrini istismar edir, onların sərvətlərini mənimsəyir. Məlum olduğu kimi, Afrikanın Sahil regionu ölkələri, habelə Fildişi Sahili və Malidə baş verən münaqişələrin əsas səbəbi CFA-ya alternativ valyuta seçmək cəhdləri olub.
Nigerdə neokolonializmin davam etdirilməsi
Niger 1960-cı ildə müstəqilliyini elan etsə də, Fransa burada öz mövcudluğunu müxtəlif sahələrdə davam etdirir. Əslində, Fransanın Nigerin müstəqilliyi dövründə də buradan çıxmaması, əksinə təsir imkanlarını artırmağa çalışması neokolonializm anlamına gəlir. Bu ölkə çətin iqtisadi durumu fürsət kimi dəyərləndirərək Nigeri kredit aslılığında qoyub. Təkcə 2022-ci ildə Fransanın İnkişaf Agentliyi Nigerə 60 milyon avro kredit verib. Niger Seneqaldan sonra Fransanın İnkişaf Agentliyindən ən çox kredit alan ölkədir. Bu kreditlərin şərtləri isə çox ağırdır - Niger məcburiyyət qarşısında qalıb aldığı maliyyə vəsaitlərinə görə yüksək faizlər ödəyir və borclanmanın səviyyəsi yüksəlir. Fransanın Niger üçün strateji önəm daşıyan uran sənayesini bütünlüklə inhisara götürdüyü fikrini tam qətiyyətlə ifadə edə bilərik. Bu ölkənin uran yataqlarda dominantlıq məhz Fransanın “Orano” şirkətinə məxsusdur. “Orano” 50 ildən çoxdur ki, Nigerdə iş başındadır. 2021-ci ildə şirkət fəaliyyət göstərdiyi 2 yataqdan 2186 ton uran çıxardıb. Normaları aşan istismar yataqların ehtiyatlarının tamam tükənməsi ilə nəticələnib. Yataqlar ekologiyaya vurulan ziyan bərpa olunmadan tərk edilib. Köhnə yataqlarda arxasənca “ölü zonalar” qoyan Fransa şirkəti Nigerdəki yeni uran yataqlarının ələ keçirilməsi barədə planlar qurur. Bu şirkətin maraq dairəsində olan “İmouraren” dünyada ən böyük uran mənbələrindən biri kimi qiymətləndirilir. Yatağın ehtiyatları 174 min tondan çox uran həcmində dəyərləndirilir.
Bütün etirazlara baxmayaraq, Fransa özünün bir sıra keçmiş müstəmləkələrində olduğu kimi, Nigerdə də hərbi mövcudluğuna da nail olub. Bu ölkə neokolonializm siyasətinə uyğun olaraq öz ordusunu terrorizmə, təmayülçülüyə qarşı mübarizə adı altında 2014-cü ildə Nigerə yeridib. Dəyişən isə heç nə yoxdur. Son illərdə ölkə boyunca Fransa ordusunun Nigerdə mövcudluğuna qarşı etirazlar keçirilir. Həmin etirazlarda bildirilir ki, Fransa ordusunu Nigerə yeritməkdə məqsədi heç də terrorizmlə mübarizə deyil, əksinə neokolonializm siyasətini davam etdirməkdir. Nigerlilər ölkədə terrorizmin hələ də davam etməsini, terror aktlarının azalmamasını anlaya bilmirlər və haqlı olaraq düşünürlər ki, Fransa regionda öz mövcudluğunu uzunmüddətli şəkildə təmin etmək üçün cihadçılara müxtəlif yollarla dəstək göstərir.
Rədd ol, Fransa!
Nigerdə Fransa ordusunun mövcudluğuna növbəti etiraz aksiyası cari il iyulun 27-də keçirilib. Nigerin paytaxtı Niamey şəhərində yüzlərlə insan parlament binası qarşısına toplaşaraq, Fransanın destruktiv fəaliyyətinin əleyhinə çıxış edib. Aksiya iştirakçıları “Rədd ol, Fransa! Fransa, bizi rahat burax!”, “Fransa bizim problemləri həll edə bilmədi, taleyimiz öz əlimizə götürməliyik” və bu kimi digər antifransa şüarları səsləndiriblər. Onlar həmçinin, Fransa qoşunlarının Nigerdən çıxarılmasını tələb ediblər. Qeyd edək ki, Malidən qovulan fransız hərbi qüvvələrinin böyük hissəsi məhz Nigerdə yerləşdirilib. Hazırda Nigerdəki hərbi bazada ən azı 1 500 fransız hərbiçisinin olduğu bildirilir. Xüsusi qüvvələr - “Reaper” dronları və qırıcı təyyarələrin heyətləri bu siyahıya daxil deyil.
Nigerdən Fransa ilə bağlı yeni qadağa
Bu günlərdə Nigerdən Fransaya uran və qızıl ixracının dayandırıldığı barədə xəbər gəlib. Bu barədə “Arab Africa” Teleqram kanalı məlumat yayıb. “Müvafiq bəyanatı ölkədə çevriliş həyata keçirmiş Hərbi Şuranın rəhbərliyi verib”, - deyə məlumatda bildirilir.
Dünyanın dördüncü ən böyük uran istehsalçısı olan Niger Fransada elektrik enerjisi istehsal etmək üçün istifadə edilən uranın əsas mənbəyidir. 2020-ci ildə Fransa reaktorlarında istifadə olunan uranın təxminən 35 faizini Nigerdən gətirilib.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52

