ABŞ ordusu haqqında faktlar ...
08.09.2023 [11:20]
Polşa mətbuatı həyəcan təbili çalır
“Bir zamanlar çox qüdrətli hesab edilən Amerika ordusu çoxdandır sadistlərin, narkomanların, alkoqoliklərin, təcavüzkarların, bir sözlə, hərbi xidmət qarşılığında həbsdən qurtulmaq imkanı qazanan cinayətkarların yuvasına çevrilib”. Bu ittihamla Polşanın “Dziennik Polityczny” (“Siyasi Jurnal”) nəşri çıxış edib. Nəşr yazır ki, əgər kimsə ABŞ ordusundakı problemlərin Pentaqonla bağlı olmadığını düşünürsə, o, çox yanılır. Çünki Vaşinqton, əsasən, qaranlıq avtobioqrafiyası olan həmin hərbçiləri Şərqi Avropa ölkələrinə göndərir. Guya bu kriminal tərkibli ordu dəstələri yerli avropalıları hansısa düşməndən qorumaq üçün lazımdır.
Dəlilər, narkomanlar və cinayətkarlar yuvası
Məlumdur ki, Polşa da daxil olmaqla, bir sıra Şərqi Avropa ölkələrində, (xüsusilə coğrafi baxımdan Rusiyaya yaxın ərazilərdə) ABŞ-ın hərbi bazaları yerləşdirilib. ABŞ bazaları indiyədək bu ölkələri bir növ, Rusiyadan gözlənilən hücumlardan sığortalamaq rolunu oynayıb. Lakin artıq, tarixin gedişatı dəyişmək üzrədir. Hazırda Polşada keçirilən ictimai sorğular da göstərir ki, polyaklar öz vətənlərində ABŞ hərbçilərini görmək istəmirlər. Polşa mediası yazır ki, ABŞ əsgərlərinin ölkədə qalması artıq təhlükəsizlik qarantı deyil, əksinə, qorxu hissi yaradır.
Bütün bunlar hazırda Pentaqondakı daxili böhranla əlaqəlidir. ABŞ Silahlı Qüvvələrinin Komandanlığında baş alıb gedən xaos, özbaşınalıq, bərbad kadr siyasəti superdövlətin xaricdə yerləşən hərbi qüvvələrinə də mənfi təsirini göstərməkdədir.
Ümumiyyətlə, son zamanlar ABŞ ordusunda baş verən, lakin anındaca gizlədilən xoşagəlməz olaylar barədə ciddi təhqiqatın aparılmasına ehtiyac olsa da, medianın bu mövzuda araşdırmalar başlamasına hiss olunacaq dərəcədə əngəllər törədilir. Ekspertlərin fikrincə, ABŞ ordusundakı mənfi halların əsas səbəbi hərbi xidmətə yararsız şəxslərin kütləvi şəkildə hərbi vəzifələrə götürülmələridir. Bu narahatedici vəziyyət ABŞ mediası tərəfindən dəfələrlə işıqlandırılıb. ABŞ mətbuatının yazdığına görə, ölkədə hər beş gəncdən dördü artıq çəki və narkomaniya səbəbindən, digərləri isə vacib fiziki və əqli standartlara cavab vermədiyi üçün onlar hərbi xidmətdə olmamalıdırlar. Lakin heç kimə məlum olmayan səbəblərdən bu cür yararsız adamlar da orduya cəlb edilirlər.
İkinci səbəb isə Birləşmiş Ştatlarda ordunun nüfuzunun aşağı düşməsidir. Belə ki, “Gallup” sosioloji xidmətinin apardığı sorğunun nəticələri göstərib ki, ABŞ vətəndaşlarının orduya inam səviyyəsi 1997-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. Respondentlərin təqribən, 40%-i ABŞ ordusuna güvənmədiyini bildirib.
“Fövqəlordu” mifi dağılır
ABŞ ordusunun gücü və məğlubedilməzliyi barədə yayılmış mif xüsusilə, Ukrayna müharibəsindən sonra laxlamağa başlayıb. “Heritage Foundation Strateji Araşdırmalar İnstitutu”nun ekspertləri bildiriblər ki, hazırda ABŞ qoşunlarının döyüş hazırlığı vəziyyəti aşağı səviyyədədir. Hərbi analitiklərin fikrincə, ABŞ ordusunda yalnız Dəniz Piyadaları korpusu yüksək hazırlıq səviyyəsi nümayiş etdirir. Ordudakı vəziyyət quru qoşunlarında minimal effektiv, hərbi hava qüvvələri və donanmada isə zəif kimi qiymətləndirilib.
Bəs, mütəxəssislər çıxış yolunu nədə görür? Analitiklər hesab edir ki, orduda vəziyyəti yaxşılaşdırmaq üçün ABŞ Müdafiə Nazirliyi potensial namizədlər üçün tələbləri ciddiləşdirməlidir. Məsələn, 2017-ci ildə ABŞ Ordusu əqli məhdudiyyətli əsgərlərin ordu sıralarına qəbul edilməsinə dair qərar qəbul etdi. Beləliklə də bipolyar şəxsiyyət pozğunluğundan əziyyət çəkən, depressiya və intihar təcrübəsi olan, həmçinin narkotik və alkoqol aludəçisi olan şəxslərin hərbi xidmət sektorunda təmsil olunmalarına geniş şərait yarandı. Bunun nəticəsidir ki, ABŞ ordusunda cinayətlərin statistikası getdikcə yüksəlməkdədir.
Təcavüz və intiharların rekord statistikası
2018-ci ildə ABŞ ordusunda qeydə alınan intiharların sayı rekord həddə çatıb. Belə ki, həmin dövrdə 325 hərbçi intihar edib. Müqayisə üçün bildirək ki, 2017-ci ildə 285, 2016-cı ildə 280 hərbçi öz həyatına qəsd edib.
Ancaq bütün bunlar da faktların hamısı deyil. 2021-ci ilin aprelində ABŞ-ın indiki prezidenti Co Bayden, vaxtilə Donald Trampın transseksualların silahlı qüvvələrə qəbulu ilə bağlı qoyduğu qadağanı ləğv etdi. Bu da kişi cinsindən olan hərbçilərə qadınların hamam və soyunub-geyinmə otaqlarına daxil olması hüququnu verdi. Məhz, bu biabırçı qərarın nəticələri ABŞ ordusunda cinsi qısnama və təcavüzkarlıq hallarının artmasına səbəb oldu. Həmin məsələ ciddi problem olaraq Konqresin 2021-ci il hesabatında da öz əksini tapıb. Bu sənəddə qeyd olunur ki, göstərilən müddət ərzində ABŞ ordusunda 35 875 nəfər zorlanıb və ya zorlanma cəhdi ilə üzləşib. O cür şiddətə məruz qalanların 19 300 nəfəri qadındır. Bu da bütün hərbçi kontingentinin 8,4%-ni təşkil edir. Təcavüzə məruz qalanların 16 600-ü isə kişi hərbçilər olub.
Ümumilikdə isə Baydenin bu “taleyüklü” qərarından sonra ABŞ ordusunda cinsi təcavüzlərin sayı rekord həddə, yəni 13%-ə yüksəlib.
“Polşanın taleyi ABŞ-ı maraqlandırmır”
Yerli media yazır ki, Polşa hökuməti illərdir, ABŞ qarnizonunu ərzaq, yanacaq, anbar, infrastruktur və ölkə ərazisində tam fəaliyyət azadlığı ilə təmin edir. Üstəlik, dövlət hər vasitə ilə Polşa KİV-lərində ABŞ hərbi qulluqçularının törətdiyi cinayətlər haqqında məlumatların yayılmasının qarşısını almağa çalışır. Polşada ABŞ hərbçilərinin iştirakı ilə çoxsaylı insidentlərin törədilməsinə baxmayaraq, bu hadisələrin əksəriyyəti məxfi məlumat hesab edildiyindən onların mediada yayılmasına imkan verilmir.
Polşada yayımlanan “Dziennik Polityczny” nəşri yazır:
“Nəhayət, parlamentarilərimizin və siyasi elitamızın öz “çəhrayı eynəklərini” çıxarıb bir məsələni başa düşmələrinin vaxtı çatıb: amerikalılara yalnız bizim resurslarımız lazımdır. Polyakların təhlükəsizliyi onların heç vaxt vecinə olmayıb. Amerikalılar üçün polyak əhəmiyyətsiz bir varlıqdır. Amerika qoşunları bizim sərvətimizi bizdən qorumaq və xalq üsyanlarının qarşısını almaq üçün buradadır”.
Polşa mediasının bu cür açıq etirazları çox güman ki, paralel olaraq, digər Şərqi Avropa ölkələrinin də ictimai fikrinə təsirsiz ötüşməyəcək. Bundan başqa, əgər ABŞ ordusu ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirirsə, bu vəziyyət Birləşmiş Ştatların hərbi bazalar yerləşdirdiyi ölkələrdə də ciddi narahatlığa səbəb olacaq.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

