Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır
14.11.2023 [10:43]
Ceyhun Bayramov Birgə Ərəb İslam Fövqəladə Sammitində dövlətimizin mövqeyini bir daha səsləndirib
N.BAYRAMLI
Yaxın Şərqdə hərbi qarşıdurmanın qarşısının alınması istiqamətində beynəlxalq təşəbbüslər davam edir. Səudiyyə Ərəbistanında Birgə Ərəb İslam Fövqəladə Sammitinin keçirilməsi də bu məqsədə yönəlib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində Birgə Ərəb İslam Fövqəladə Sammitində iştirak edib.
Tədbirdə çıxış edən Ceyhun Bayramov İsrail-Fələstin münaqişə zonasında mövcud gərginliyin davam etməsinin, xüsusilə mülki şəxslərin hazırkı eskalasiyadan ən çox əziyyət çəkən tərəf olmasının ciddi narahatlıq doğurduğunu vurğulayıb. Ölkəmiz adından münaqişə qurbanlarının ailələrinə başsağlığı ifadə olunub. Azərbaycanın vəziyyətin təcili deeskalasiyası, habelə hərbi əməliyyatların təxirəsalınmaz şəkildə dayandırılması istiqamətində çağırışlara qoşulduğu, həmçinin bütün Yaxın Şərq bölgəsi üçün həssas olan mövcud vəziyyəti daha da ağırlaşdıra biləcək davranışlardan çəkinilməsinin vacibliyi vurğulanıb. Bu istiqamətdə, beynəlxalq ictimaiyyətin bütün səylərinin səfərbər edilməsinin əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Nazir İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüququn normaları və Birləşmiş Millətlər Təşkilatının (BMT) müvafiq qətnamələrinə uyğun olaraq, iki dövlət prinsipi əsasında həllini dəstəklədiyini bir daha diqqətə çatdırıb. Fələstin məsələsinin ədalətli həllini tapması, o cümlədən münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində göstərilən səylərə ölkəmizin aktiv şəkildə töhfə verdiyi, Qoşulmama Hərəkatına sədrliyimiz dövründə məsələyə göstərdiyimiz həssaslıq, habelə BMT-nin müvafiq ixtisaslaşmış qurumları vasitəsilə Fələstin xalqının humanitar ehtiyaclarının ödənməsi istiqamətində edilən yardımlar qeyd olunub. Ölkəmizin Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisi təsis etməsinin bu istiqamətdə əməkdaşlığa daha yaxından töhfə verəcəyi diqqətə çatdırılıb. Azərbaycanın Fələstin xalqına humanitar dəstəyi bundan sonra da davam etdirəcəyi bildirilib. Son dövrdə regionda və dünyada baş verən hadisələr, mövcud qeyri-sabitliyin birbaşa olaraq beynəlxalq hüququn tətbiqində ikili standartlar problemindən qaynaqlandığı, bu istiqamətdə beynəlxalq təşkilatlar, o cümlədən BMT sistemində islahatların zəruri olduğu vurğulanıb.
C. Bayramov 30 ilə yaxın müddət ərzində Ermənistanın hərbi işğalı və münaqişədən əziyyət çəkən bir ölkə kimi İslam Əməkdaşlıq Təşkilatının dəstəyini və həmrəyliyini yaxından hiss etdiyimizi bildirib. Münaqişə zamanı, habelə postmünaqişə dövründə bir sıra beynəlxalq təşkilatların ikili standartları ilə üzləşdiyimiz bir vaxtda göstərilən ədalətli mövqeyə görə təşəkkür ifadə olunub. Ərazilərimizin qanunsuz işğalına son qoyan 44 günlük Vətən müharibəsindən sonra bu il sentyabrın 19-20-də Azərbaycan tərəfindən görülən antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində işğal dövrünün qalıqları olan erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyulduğu, bununla da bölgədə sülh və reinteqrasiya istiqamətində yeni imkanların yarandığı diqqətə çatdırılıb.
Tədbirin sonunda birgə kommünike qəbul edilib.
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30

