Heydər Əliyev – xalqın xilaskar lideri
11.06.2026 [11:40]
Tarixdə elə şəxsiyyətlər olur ki, onların fəaliyyəti bütöv bir xalqın taleyi ilə qovuşur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev məhz belə dövlət xadimlərindən biridir. Onun siyasi fəaliyyəti yalnız müəyyən bir dövrlə məhdudlaşmır, müasir Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmlənməsi ilə birbaşa bağlıdır.
1987-ci ildə Heydər Əliyevin Sovet İttifaqı rəhbərliyinin siyasətinə etiraz edərək vəzifələrindən istefa verməsindən qısa müddət sonra Azərbaycana qarşı ərazi iddialarının irəli sürülməsi təsadüfi hadisə kimi qiymətləndirilmir. Sonrakı illərdə baş verən hadisələr göstərdi ki, ölkənin taleyi güclü liderlik amili ilə sıx bağlıdır. Ulu Öndər Heydər Əliyevi siyasi fenomen kimi fərqləndirən əsas xüsusiyyətlərdən biri onun xalqın etimadını qazanması idi. 1993-cü ildə baş verən hadisələr zamanı Azərbaycan cəmiyyətində belə bir ümumi qənaət formalaşmışdı ki, ölkəni ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxs məhz Heydər Əliyevdir. Bu inam dahi liderin tarixi missiyasının əsas dayaqlarından birinə çevrildi.
Ümummilli Liderin fəaliyyətində xüsusi yer tutan məqamlardan biri vətəndaş həmrəyliyinə verdiyi önəm idi. O hesab edirdi ki, ictimai-siyasi sabitlik olmadan heç bir inkişaf proqramı uğur qazana bilməz. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” fikri də məhz bu məsuliyyət hissinin ifadəsi idi.
Ulu Öndər Heydər Əliyevin peşəkar dövlət xadimi kimi uğurunun əsasını bütün sahələri əhatə edən dərin biliklər, uzaqgörənlik, qətiyyət və diplomatik məharət təşkil edirdi. O, mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın milli maraqlarını qorumağı, dövlətçilik ənənələrini möhkəmləndirməyi və gələcək inkişaf üçün strateji hədəflər müəyyənləşdirməyi bacardı. Buna görə də dahi liderin adı tariximizə həm xilaskar, həm də müstəqil Azərbaycanın memarı kimi daxil olub.
Qeyd edək ki, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması da Heydər Əliyevin siyasi irsinin mühüm hissəsidir. Qısa müddətdə ölkənin aparıcı siyasi qüvvəsinə çevrilən bu təşkilat sonrakı dövrlərdə dövlət idarəçiliyində mühüm rol oynadı.
Ulu Öndərin ən böyük arzularından biri Azərbaycanın ərazi bütövlüyünün bərpası idi. Şuşa, Laçın və digər işğal altında olan torpaqların azad ediləcəyinə dair ifadə etdiyi inam sonradan reallığa çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Zəfər Heydər Əliyev siyasi kursunun davamlılığını və strateji uzaqgörənliyini təsdiqlədi. Bu gün dövlətimizin başçısı azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada, Xankəndidə Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.
Bu gün müstəqil, güclü və beynəlxalq aləmdə nüfuzlu Azərbaycan Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyasının nəticəsi kimi qiymətləndirilir. Onun adı xalqın yaddaşında dövlətçilik ideyasının, milli birliyin və müstəqilliyin simvolu kimi yaşayır və yaşayacaq.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40

