AMEA ilə DAAD arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
21.07.2016 [09:48]
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətində Alman Akademik Mübadilə Xidməti (DAAD) Bakı Məlumat Mərkəzinin ofis meneceri Ştefani Düfo ilə görüş olub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu qurumun prezidenti, akademik Akif Əlizadə DAAD vasitəsilə onlarla azərbaycanlı gəncin Almaniyada doktorantura və magistratura təhsili aldığını vurğulayıb.
Akademik A.Əlizadə qeyd edib ki, gənc alimlərin DAAD-ın təkilf etdiyi tədris proqramlarından xəbərdar olmaları üçün AMEA-nın rəsmi internet portalında bu barədə elanlar yerləşdirilməlidir. Alim qonağı AMEA-nın elmi müəssisələri ilə tanışlığa və orada fəaliyyət göstərən alimləri DAAD barədə ətraflı məlumatlandırmağa dəvət edib.
Ş.Düfo bildirib ki, Almaniyanın dövlət qurumu olan DAAD dünyada tələbə və alimlərin beynəlxalq mübadiləsini dəstəkləyən ən böyük təşkilatdır. 1925-ci ildən fəaliyyətə başlayan DAAD Almaniya və digər ölkələrdən 1,5 milyondan çox alim və tələbəyə maliyyə dəstəyi göstərib. Qurumun əsas vəzifəsi tələbələrin və elm adamlarının mübadiləsi vasitəsilə xarici ölkələrlə akademik münasibətləri dəstəkləməkdir. DAAD tələbə və məzunlar, eləcə də gənc alim və doktorantlar üçün müxtəlif tədqiqat təqaüdləri, dil kursları təklif edir.
Qonaq AMEA ilə DAAD arasında həyata keçirilən birgə layihələrdən də söz açıb. Vurğulanıb ki, DAAD Azərbaycanda elmin inkişafını həyata keçirən bir qurum kimi akademiya ilə sıx əməkdaşlıq edir. O, AMEA-nın müxtəlif institut və təşkilatları ilə əlaqələrin Azərbaycan elminə mühüm töhfələr verəcəyinə əminliyini bildirib.
Ş.Düfo DAAD-ın təklif etdiyi proqramlarda hər bir elm sahəsi üzrə orta hesabla 12-15 magistrin iştirak edə biləcəyini söyləyib. Bildirilib ki, bu yolla təhsil alan tələbələr həm Azərbaycana, həm də Almaniyaya məxsus müvafiq ali məktəbin diplomlarına yiyələnə biləcəklər. O, həmçinin mübadilə proqramlarının təkcə gənclər üçün deyil, alimlər üçün də geniş imkanlar yaratdığını vurğulayıb.
AMEA rəyasət heyəti aparatının beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva DAAD-ın nümayəndəsi ilə birgə magistratura təhsilinə dair bir neçə tədris proqramının müzakirə edildiyini bildirib. Qeyd edilib ki, Almaniyada fəaliyyət göstərən alim və mütəxəssisləri Azərbaycana dəvət etmək üçün DAAD-ın dəstəyinə ehtiyac var.
AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev DAAD-ın Azərbaycan alimləri üçün təklif etdiyi imkanları yüksək dəyərləndirib. Alim iki qurum arasında prioritet elmi istiqamətlərdə seminar və treninqlərin təşkilinin məqsədəuyğun olduğunu deyib.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09

