Uğurlu yoldayıq...
13.07.2024 [10:55]
Vətəndaşların hüquq və azadlıqları təmin olunur
Yeganə BAYRAMOVA
İnsan hüquq və azadlıqlarının təmin edilməsi həmişə bəşəriyyəti düşündürən problemlərdən olub. Tarixə nəzər salsaq, hələ qədim Roma dövründə qanunun aliliyinin təmin edilməsi ilə yanaşı, hüquqi dövlətin digər mühüm əlaməti olan hakimiyyətin bölünməsi prinsipinin rüşeyiminə rast gəlirik. Həmin dövrün mütəfəkkirləri insanların qanun qarşısında bərabərliyini və şəxsiyyətin azadlıqlarını, ictimai həyatın hüquqi nizama salınmasını tələb edirdilər.
İnsan hüquqları sahəsində qürur duyacaq tarixi ənənələrimiz var. Hələ uzun illər öncə müsəlman ölkəsi olan Azərbaycan qadınlara seçki hüququnun verilməsi sahəsində mühüm işlər görüb. Beləliklə, dövlətimiz nəinki Şərqin, hətta Qərbin bir çox aparıcı ölkələrini qabaqlayıb.
Yeni siyasi mədəniyyət formalaşıb...
Aparılan tədqiqatlar göstərir ki, Azərbaycan sosial-mədəni dəyişikliklər baxımından uğurlu yoldadır. Azərbaycanda siyasi mədəniyyətin formalaşması həm də cəmiyyətin siyasi cəhətdən yeniləşməsi səviyyəsi ilə ölçülməlidir. Müasir Azərbaycanın sosial-siyasi həyatında əsaslı islahatlar həyata keçirilməkdə və ölkə müasirlik yolunda böyük uğurlar əldə etməkdədir. Nəticə etibarilə yeni siyasi mədəniyyət formalaşıb.
Xalqımızın da əzəldən azadlığa, bərabərliyə, ədalətə, siyasi və sosial fəallığa can atması insan hüquqları sahəsinə böyük töhfələrin verilməsi ilə nəticələnib. Dövrünün mütəfəkkiri olan Nizami Gəncəvinin yaradıcılığında insan hüquqları, bərabərlik, ədalət, istiqlaliyyət xüsusi yer tuturdu. Qüdrətli söz ustadı əsərlərində insan hüququnu, insanlığı tərənnüm edirdi, həyatda fəal, cəsur adamlara böyük ehtiyac olduğunu bildirirdi.
Dünya üzrə 1989-cu ilin xalqı...
Müxtəlif zamanlarda baş vermiş repressiyalar, deportasiyalar, soyqırımlar xalqımızı öz məfkurəsindən, hüquq və azadlıqlarını qoruma fikrindən daşındıra bilmədi. Mikayıl Müşfiq yazırdı:
“Mənim azadlığım, mənim işimdir,
Həyatım, qüvvətim, yüksəlişimdir.
Mənə öz əməyim, öz haqqım yetər,
Bu zəngin Vətənim, bu Xalqım yetər”.
Məhz bu düşüncələr və mübarizlik nümunəsi öz hüquq və azadlıqları uğrunda bir yumruq kimi birləşən Azərbaycan xalqının 1989-cu ildə dünya üzrə “İlin xalqı” adına layiq görülməsi ilə nəticələnmişdi.
Ancaq həmin dövrlərdən - 1988-ci ildən başlayan Qarabağ münaqişəsi dünya tarixinə azərbaycanlıların bütün fundamental hüquq və azadlıqlarının, ən əsası isə yaşamaq hüququnun kobudcasına tapdanması kimi yazılıb. Bütün dünyanın gözü qarşısında günahsız, dinc azərbaycanlılar erməni fazişmi ilə üz-üzə qalmışdılar. Soydaşlarımız doğma yurd-yuvalarından qovulur, qətlə yetirilir, yaralanır, soyqırıma, işgəncələrə, şərəf və ləyaqətlərinin alçaldılmasına məruz qalır, əsir götürülürdülər. Dünya birliyi isə bu hadisələrin hər birinə göz yumur və susqunluq nümayiş etdirirdi.
Kimliklər müəyyən edilir...
Torpaqlarımızın işğalından sonra apardığımız mübarizə bizə çox şeyləri öyrətdi. Millətin qəhrəmanlıq hissi, döyüş əzmi ilə yanaşı, milli kimliyinə qayıdışı bu sahədə böyük rol oynadı. Kimliyindən, yaşından asılı olmayaraq, hər kəs bu müqəddəs amal uğrunda düşmənə qarşı mübarizəyə köklənmişdi. Hələ Birinci Qarabağ müharibəsi başlayanda igid oğullarımız Vətən uğrunda gözünü qırpmadan mübarizə meydanına atılmışdılar. Həmin döyüşlərdə şəhid olanların böyük bir hissəsinin taleyi hələ də naməlum qalırdı.
Məlumdur ki, son illər işğaldan azad edilmiş ərazilərimizdə kütləvi məzarlıqlarda tapılan meyitlər üzərində aparılan analizlər nəticəsində bir çox itkin və əsir düşmüş şəxslərin kimliyi araşdırılır. Müharibədə şəhid olmuş, itkin düşmüş soydaşlarımızın qalıqları müəyyən olunduqdan sonra sonra dəfn edilir. Təbii ki, bu hal uzun illər ərzində bir məzarı belə olmayan şəhidlərimizin və itkin soydaşlarımızın ailə üzvlərinin ağrılı və həssas yeri idi. Amma 30 il öncə şəhid olan, itkin düşən soydaşlarımızın müəyyən edilərək dəfn olunması bir növ onların və ailə üzvlərinin hüquqlarının bərpa edilməsi idi.
Daha 11 şəhid...
İyulun 11-də qalıqları Xocalı rayonu ərazisində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 5 şəhidin nəşi Xocalı şəhəri Şəhidlər xiyabanında dəfn olunub.
Dünən isə qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 6 şəhidlə keçirilən vida mərasimi başa çatıb. Şəhidlərin nəşi Xocavənd rayonu Qaradağı kəndindəki Şəhidlər Xiyabanında dəfn olunub.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34

