Təhsil proqramlarımız qənaətbəxşdir?
01.08.2024 [10:35]
Böyük potensialımız var, amma...
Məlum olduğu kimi elmi-kütləvi, mədəni-maarif, təhsil proqramları insanların bilik səviyyəsinin artmasında mühüm əhəmiyyətə malikdir. Təhsil proqramlar cəmiyyətin həyatında önəmli rol oynadığı üçün onların inkişaf etdirilməsi, həmçinin icrası da vacib şərtlərdəndir. Bu baxımdan təhsil proqramlarında əks olunanların icrasında hər hansı bir ləngimələr olmamalıdır.
Qeyd edək ki, hər bir ölkənin inkişafında onun təhsili və elminin inkişafı əsas rol oynayır. Nəzərə almaq lazımdır ki, elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması istiqamətində ciddi islahatların keçirilməsi hər zaman, yəni bütün dövrlərdə öz aktuallığını qorumaqdadır. Çünki dünyada bu sahədə hər zaman yeniliklər ortaya çıxır və inkişafdan geri qalmaq olmaz. Hətta bu sahənin inkişafının daha da sürətləndirilməsi ən doğru addım hesab olunur.
Hazırda təhsil proqramlarımızın hazırlanmasında diqqət yetirilən məqamları qənaətbəxş hesab edə bilərik?
Sualımızı cavablandıran təhsil üzrə ekspert Elşən Qafarov “Yeni Azərbaycan”a açıqlamasında bildirdi ki, hər bir ölkənin inkişafı onun elm, təhsil və mədəniyyətinin səviyyəsi ilə ölçülür: “Azərbaycan tarixən elmi, təhsili və mədəniyyəti ilə seçilən və dünyaya nümunə göstərilən ölkə olub. Əgər tarixə qısa ekskursiya etsək görərik ki, xalqımız dünya elminə, mədəniyyətinə həm görkəmli elm və mədəniyyət xadimləri, həm də təkrarsız elm-mədəniyyət nümunələri, əsərləri, ixtiraları bəxş edib. Təkcə elmdə akademik Yusif Məmmədəliyev, onun İkinci Dünya müharibəsinin taleyini həll edən benzinin donmasının qarşısını alan “yüksən oktanlı benzin” adlı kəşfi və ya Lütfi Zadənin 21-ci əsrdə dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsi xüsusi vurğulamaq yerinə düşər. Bundan başqa, musiqi-mədəniyyət sahəsində Azərbaycanı böyük Şərqdə ilk opera məkanına çevirən ölməz bəstəkar Üzeyir Hacıbəyovun adını, özü kimi ölməz əsərlərini sadalamaq kifayətdir ki, xalqımızın nə qədər zəngin elm və mədəniyyətə sahib olması haqqında fikir formalaşdıraq. Elə sovet dövründə Azərbaycanın ayrı-ayrı elm sahələri üzrə konkret elm dahilərinin adları ilə bağlı olan elmi məktəblər də olub. Görkəmli alimimiz Azad Mirzəcanzadənin təşkil etdiyi bir elmi seminara məruzəçi kimi dünyanın hər yerindən elm adamları təşrif buyurublar. Bütün bunları deməkdə məqsədim odur ki, bu gün bu ənənələri görə bilmiriksə, deməli, bu istiqamətdə həyata keçirilən elmi-kütləvi, mədəni-maarif proqramlarımız yetərli deyil. Bu gün heç kim deyə bilməz ki, Azərbaycanda elm-təhsil və ya mədəniyyət yoxdur. Əsas odur ki, xalqımızın böyük potensialı var. Amma etiraf edək ki, elm-təhsil-mədəniyyət sahələrinin hər birinin ayrı-ayrılıqda inkişafı mövcud potensialımıza adekvat deyil”.
Ekspertin sözlərinə görə, Azərbaycanın istər elm, istər təhsil, istərsə də mədəniyyətinin inkişafı ilə bağlı qanunlar və ya 5 illik, 10 illik strategiyaları olub, yenə də var: “Qanunvericilik baxımından onlar dünyanın ən inkişaf etmiş analoji qanunları ilə müqayisə oluna bilər. Hər bir sahənin inkişafı üçün qəbul edilən strategiyanın həyata keçirilməsi üçün fəaliyyət proqramları hazırlanır. O proqramlar hazırlanarkən şübhəsiz ki, sahib olduğumuz ənənələrin qorunub saxlanması, gələcək nəsillərə ötürülməsi ilə yanaşı yeni reallıqları nəzərə almaqla, müasir çağırışlarla da səsləşməlidir. Çünki elm və mədəniyyətin sərhədləri olmadığı kimi, konkret vətəni də yoxdur. Təbii ki, elm, mədəniyyət Şərqdə yaranıb, Qərbə yayılıb, amma müasir dövrümüzdə elm, mədəniyyət dünyəvidir. Biz də bunun ayrılmaz parçası olmalıyıq”.
Elmdə kütlə yox, istedadlar olmalıdır...
Ekspert elmin kütləviləşdirilməsinin tərəfdarı olmadığını qeyd edib: “Düşünürəm ki, elmdə kütlə yox, istedadlar, başqa sözlə demək mümkünsə, elmin “fanat”ları olmalıdır. Lakin bu, o demək deyil, elmin populyarlaşdırılması tərəfdarı da deyiləm. Təxirə salınmadan elmi kütləyə dünya təcrübəsində olduğu kimi populyar dildə çatdıra bilən televiziya proqramları işlənib hazırlanmalıdır. Dövlət səviyyəsində hazırlanan, dəstəklənən müxtəlif həvəsləndirmə proqramları istedadların aşkarlanmasında həlledici amilə çevriləcək. Belə olan halda, çox keçmədən ölkəmizi yenidən dünyanın elm-mədəniyyət beşiyinə çevirəcəyik, elm və mədəniyyətimizin, təhsilimiz yeni dahilərinə və onların elmi məktəblərinə rast gələcəyik”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

