Azərbaycan COP29-a ev sahibliyi etməklə...
02.08.2024 [10:30]
Müxtəlif ölkələr arasında körpü rolunu oynayacaq!
Yeganə BAYRAMOVA
Azərbaycan qlobal tədbirə ciddi hazırlıq mərhələsindədir. Söhbət noyabrda paytaxtda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) gedir. Azərbaycanda ekologiyanın qorunması, təbiətə qayğı, yaşıl dünyanın inkişaf etdirilməsi istiqamətində atılan addımlar dünyaya real nümunədir. Bu baxımdan COP29 dünyada baş verən təbii fəlakətlərin, iqlim dəyişikliklərinə səbəb olan amillərin aradan qaldırılması yollarını müzakirə edəcək.
Ekologiyamıza vurulan “yaralar” sağalır...
Məlumdur ki, Azərbaycan ekoloji terrordan daha çox əziyyət çəkən ölkələrdən biridir. Məsələn, mühüm bir fakta nəzər yetirək: Erməni işğalçıları Qubadlı, Füzuli və Cəbrayıl rayonlarının ərazisində yaşı 1600, 900 və 500 il olan Şərq çinarlarını məhv ediblər. Həmin ağacların yerində bitən 2 metrə qədər pöhrələr bu qədim çinarların son illərdə kəsildiyini təsdiqləyir.
Ancaq Qarabağın ekologiyasına vurulan “yaralar” sağalmağa başlayır. Oğurlanan, talan olunan sərvətlərin yerini doldurmaq istiqamətində böyük işlər görülür. Təkcə ötən il ərzində Zəngilan rayonunda 14,4 min ədəd müxtəlif cinsli ağacdan doldurma-bərpa əkinlərində istifadə olunub. Füzuli, Zəngilan və Ağdam rayonları ərazilərində əsasən, Şərq çinarı olmaqla minlərlə müxtəlif növ ağac əkilib, palıd və digər meşə ağaclarının toxumları səpilib. Ağacəkmə aksiyaları Qubadlıda, Cəbrayılda da aparılır. İşğaldan azad olunmuş bütün ərazilər minalardan təmizlənib təhlükəsiz vəziyyətə gətirildikcə ağacəkmə tədbirləri də davam edir.
“Yaşıl gələcək naminə toxum ək”
İyulun 31-də COP29 könüllüləri paytaxtda “Yaşıl gələcək naminə toxum ək” şüarlı aksiya keçiriblər. Aksiya Bakının mərkəzi ərazilərində əhalinin ekoloji fəallığının artırılması və ətraf mühitin mühafizəsi istiqamətində maarifləndirilməsi məqsədilə baş tutub. COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən bildirilib ki, ekoloji dayanıqlılığın, yaşıl həyat tərzinin təşviqinə yönələn aksiyaya qatılan 50 könüllü yerli sakinləri də kampaniyaya cəlb ediblər.
Tədbir “Zirə Gülçülük” kompleksində start götürüb. Burada könüllülər kompleksin fəaliyyəti ilə tanış olub, müxtəlif bitki növləri və dayanıqlı bağçılıq təcrübələri haqqında məlumat əldə ediblər. Tur başa çatdıqdan sonra könüllülər şəhər sakinlərinə əvvəlcədən hazırlanmış toxum torbalarının paylanılması və dayanıqlı bağçılıq vərdişlərinin təşviqi üçün Hüseyn Cavid parkı, Sahil bağı, İçərişəhər, eləcə də dənizkənarı bulvar ərazisində yerləşən COP29 Məlumat Mərkəzi kimi müxtəlif məkanlara baş çəkiblər. Aksiya çərçivəsində əhali ilə məlumatlandırıcı söhbətlər və sorğular aparan könüllülər paytaxt sakinlərinə ekoloji öhdəlikləri yerinə yetirmək üçün atdıqları addımlar və digər təşəbbüslər barədə suallar ünvanlayıb, müvafiq sahələrdə praktiki məsləhətləri bölüşüblər.
Dünya mediasının diqqəti Azərbaycanda...
Qeyd edək ki, ölkəmizin ev sahibliyi edəcəyi COP29 dünya mediasının da diqqətindədir. Belə ki, mötəbər tədbirlə bağlı müxtəlif ölkələrin tanınmış media orqanlarında məqalələr dərc olunur. Azərbaycanın ekologiya və ətraf mühitin mühafizəsi, qlobal ekoloji böhranlarla bağlı ölkəmizin yürütdüyü siyasətindən söz açılır.
Bu günlərdə Birləşmiş Ərəb Əmirliklərinin “The National News” nəşrində ölkəmizin COP29-a ev sahibliyi etməyə hazırlaşmasına dair məqalə yayımlanıb. Məqalədə qeyd olunub ki, Azərbaycan bu ilin noyabrında COP29-a ev sahibliyi etməklə dünyanın müxtəlif bölgələri arasında növbəti dəfə körpü rolu oynayacaq. Azərbaycan Prezidentinin “Bizim üçün bu, misilsiz bir şansdır ki, ən yüksək liqaya daxil oluruq”, - sözlərini xüsusi vurğulayan müəllif qeyd edib ki, İlham Əliyev Azərbaycanın Qlobal Cənub və Qlobal Şimal arasında körpülər qurur.
Yazıda Azərbaycanın neft sənayesinin tarixindən geniş bəhs olunub, dünyada sənaye üsulu ilə ilk neft quyusunun ölkəmizdə qazıldığı, Bakının bir vaxtlar dünyanın neftə olan tələbatının yarısını ödədiyi vurğulanıb. Bildirilib ki, həm də buna görə Azərbaycan qədim dövrlərdən “Odlar yurdu” adlandırılır.
Müəllif qeyd edib ki, zəngin qazıntı yanacağı resurslarına malik ölkə hazırda iqlim dəyişikliyi məsələlərinin müzakirə olunduğu COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməyə hazırlaşır. Təxminən üç aydan sonra 200-ə yaxın ölkədən nümayəndələr Bakıda bir araya gələrək iqlim dəyişikliyi məsələsini həll etməyə çalışacaqlar. Azərbaycanın iqlim dəyişikliyindən əziyyət çəkən ölkələrin problemlərinə xüsusi həssaslıq göstərdiyi vurğulanıb. Prezident İlham Əliyevin iqlim dəyişikliyi məsələsində hələ də qeyri-müəyyənliklərin olması, xüsusilə Qərbin bu məsələdə qeyri-obyektiv mövqeyi barədə fikirləri diqqətə çatdırılıb.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

