Dayaq nöqtələrimizdən biri!
20.08.2024 [10:50]
Vətənpərvərlik tərbiyəsi ailədən gəlir...
Yeganə BAYRAMOVA
Əsrlərlə yaddaşımıza həkk edilmiş, qəlbimizdə böyük ümidlərlə yaşatdığımız vətənpərvərlik ən ali və ülvi hisslərdən biridir. Vətəni sevmədən, qorumadan, dədə-babalarımızın keçdikləri yollara nəzər salmadan, onların qəhrəmanlıq nümunələrini öyrətmədən vətənpərvər nəsl yetişdirmək çətindir. Olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı özündə millətə sevgi hissini, müxtəlif səviyyə və istiqamətlərdə vətənə, xalqa xidmət etməyi birləşdirirsə, bunların zirvəsində Vətən üçün ölümə hazır olmaq dayanır. Bu isə vətənpərvərliyin ən uca və ali formasıdır...
Zəngin tarixi keçmişimizdən tutmuş bugünkü tariximizə qədər gənc nəslə örnək olası kifayət qədər qəhrəmanlıq səhifələrimiz var. Gənclərimizi Koroğlu, Babək, Cavanşir, Mübariz və s. qəhrəmanlarımızın ruhunda tərbiyələndirmək əsas vəzifəmiz olmalıdır. Bu baxımdan gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, hər kəsin milli soykökümüzə, tariximizə, folklorumuza, min illərdən bəri xalqımızın yaratdığı mənəvi dəyərlərə dərindən yiyələnməsi üçün mühüm işlər görülür.
Vətənpərvərlik bütövlüyümüzün təməlidir
Mövzu ətrafında fikirlərini “Yeni Azərbaycan”la bölüşən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədli bildirib ki, qloballaşan dünyanın əsas mövzularından biri də gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsidir. Bu istiqamətdə digər ölkələrdə olduğu kimi, ölkəmizdə də müəyyən tədbirlər görülür: “Ümumiyyətlə, gənc nəsil dövlətimizin dayaq nöqtələrindən biridir desək, yanılmarıq. Millətin vətənpərvərliyi onun tamlığının, bütövlüyünün təməlidir. Bir xalqın, millətin vətənpərvərlik şüuru onun digər xalqlar və millətlər tərəfindən qəbul edilməsi, tanınması, hörmətlə qarşılanması, ən əsası isə o xalqın yaratdığı dövlətin bütövlüyü, varlığı, suverenliyi ilə ölçülür. Tarixi keçmişimizə nəzər salsaq, görərik ki, doğma yurdumuz Azərbaycanın igid, cəsur oğulları, qeyrətli qızları həmişə vətənpərvər olub, işğalçılara qarşı qəhrəmancasına mübarizə apararaq Vətənimizi düşmən ayağına verməyiblər”.
Davamlı təbliğat önəmlidir
M.Məmmədlinin fikrincə, vətəndaşlıq tərbiyəsinin mənbəyi ailədir: “Təcrübə göstərir ki, ailədə vətəndaşlıq tərbiyəsi kor-koranə deyil, planlı, sistemli, məqsədli şəkildə təşkil olunmalıdır. Uşaqların vətəndaşlıq tərbiyəsi dedikdə, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə yiyələnmə və şəxsiyyət kimi yetişməsi nəzərdə tutulur. Onlar nizam-intizamlı, savadlı olmalı, hər zaman nümunəvi davranmalı, dövlətin tarixini, coğrafiyasını, xalqının mədəniyyətini, milli adət-ənənələrini bilməl?, bu torpağın hər daşını belə sevməlidirlər. Ona görə də gənclərin vətənpərvər ruhda yetişməsi üçün davamlı təbliğat və maarifləndirmə çox önəmlidir. Zaman-zaman digər dövlətlərin, xalqların nümayəndələri ilə görüşəndə bizim böyük qəhrəmanlıq nümayiş etdirdiyimizi, 30 il dayanmadan torpaqlarımızın azadlığı uğrunda mübarizə apardığımızı deyirlər. Bu nəyin sayəsində oldu? Davamlı təbliğatın, həyata keçirilən işlərin nəticəsi idi. Ona görə də həmişə qeyd etdiyimiz kimi, dövlətləri güclü edən onun dəyərləri, birliyi, həmrəyliyidir. Zəngin ənənələrimiz, tariximiz var. Güclü olmaq istəyiriksə, tariximizi yaxşı öyrənməli, dəyərlərimizi təbliğ etməliyik”.
Zehnimizdə daim həkk olunmalıdır ki...
Deputatın sözlərinə görə, hazırda dünyada ciddi proseslər gedir. O, qeyd edib ki, bəzən həmin prosesləri “qloballaşma” adlandırırlar: “Günümüzdə qloballaşma bizim də həyat tərzimizə keçib. Bunu bütün sahələrdə görürük. Dünyəvi proseslərdən sığortalanmaq üçün isə bayaq bildirdiyimiz kimi, davamlı təbliğat aparılmalıdır. Ailələrdə milli dəyərlər qorunmalıdır, məktəblərdə, ali təhsil müəssisələrində dəyərlərimizin müdafiəsi üçün bütün işlər görülməlidir. Davamlı olaraq vətəndaşların zehnində həkk olunmalıdır ki, bizim güclü olmağımız, inkişafımız bilavasitə bu təbliğatlardan asılıdır. Əslində xalq?mızın həmrəy olmağı Qarabağ zəfərini təmin etdi. Yenidən güclü olmaq istəyiriksə, birliyimizi qorumaq istəyiriksə, bu istiqamətdə fəaliyyətimiz davamlı olmalıdır. Keçmiş tariximizi də unutmamalıyıq. Hazırda yeni bir mərhələyə qədəm qoymuşuq. Keçmişi unutmamaq, amma gələcəyə baxmağı da bacarmaq lazımdır. İndiki zamanda qarşıda duran ən mühüm vəzifələrdən biri dəyərlərimizi, birliyimizi, həmrəyliyimizi qorumaq və gücləndirməkdir. Bu məqsədlə yeni filmlərin çəkilməsi, musiqilərin yazılması və yeni əsərlərin ərsəyə gətirilməsi xüsusi əhəmiyyət daşıyır”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48

